"Vəfa Cümşüdlü mənə qarşı qərəzlidir. Çünki Qadınlar Birliyi sədrliyinə keçirilən seçkilərdə ona qalib gəlmişəm". Bunu APA-ya açıqlamasında Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib. E. Məmmədli bildirib ki, birliyin sabiq sədri, Divan üzvü Vəfa Cümşüdlü onunla "kreslo” davası aparır. O, partiyanın Nizamnaməsinə zidd fəaliyyət göstərmədiyini, bu səbəblə Divanda ona edilən xəbərdarlığı qəbul etmədiyini və buna qarşı mübarizə aparacağını açıqlayıb.