Bazar günü günü, 29 noyabr 2026
     

Bakıda tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsi müzakirə edilib

Image


Bu gün Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə "Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsinin reallıqları" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı müasir Azərbaycanın unikal inkişaf modeli və erməni təcavüzünün ölkəmizə vurduğu ziyanların qiymətləndirilərək beynəlxalq təşkilatlar qarşısında təqdimatlarının keçirilməsinin zərururiliyi barədə danışıb.

O, bildirib ki, Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində apardığı işğalçılıq siyasəti ölkəmizə böyük miqdarda zərərlər vurmaqla yanaşı, Cənubi Qafqaz regionunda sülhün pozulması və qeyri sabitliyin əsas səbəbidir: "İşğal nəticəsində çoxçeşidli təbii sərvətlərimiz, o cümlədən zəngin mineral xammal bazamız, ərazilərimizdəki zəngin və qiymətli fauna və floramız varlanmaq naminə ermənilər tərəfindən talan edilib. Bu kimi təcavüz hallarının cəzasız qalması və aparıcı dünya dövlətlərinin ikili yanaşmaları hazırda beynəlxalq aləmin geniş miqyasda əziyyət çəkdiyi terrorizmin artmasına rəvac verib".

X.Kazımlı vurğulayıb k, misli görünməmiş erməni təcavüzünə baxmayaraq, müstəqilliyimizin və inkişafımızın qarantı olan ölkə rəhbərliyinin xarici və daxili səviyyələrdə apardığı düzgün siyasi xətt, respublikamızın mövcud stabil və güclü iqtisadiyyatının yüksək tempdə inkişafı hər kəsdə fərəh hissi doğurur.

Daha sonra genetik fondumuza qarşı Ermənistan tərəfindən törədilmiş terror hadisələrindən bəhs edən qısametrajlı filmin nümayişi olub.

Konfransda məruzə ilə çıxış edən "MBA LTD" Qiymətləndirmə şirkətinin prezidenti, Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə İşçi Qrupunun üzvü Nüsrət İbrahimov deyib ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələri üzrə dəyən zərər 177 milyard ABŞ dolları, əhalinin mülkiyyətinə dəyən zərər isə 55,4 milyard ABŞ dolları təşkil edir: "Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər tərəfindən talan edilərək məhv olunması nəticəsində dəymiş birbaşa və dolayı zərərlərin 190 milyard ABŞ dollarından artıq olacağı heç kəsdə şübhə doğurmur. Azərbaycanın itkiləri düşmən təcavüzü davam etdiyi müddətdə ilbəil artır".

Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Hərbi ekologiya şöbəsinin rəisi Adil Məmmədov ermənilərin Azərbaycana qarşı törətdiyi ekoloji terrordan söz açıb.

Hər hansı bir ölkə tərəfindən və yaxud şəxslər tərəfindən bilərəkdən digər ölkənin təbiətinə, flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə vurulan ziyanın ekoloji terror hesab edildiyini deyən A.Məmmədov qeyd edib ki, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində döyüş mövqelərində hərbi hissələrin və hərbi texnikanın yerləşdirilməsi məqsədilə yollar çəkilən zaman ağaclar qırılır, yandırılır və torpaq qatları qazılaraq məhv edilir: "Bunun nəticəsində həmin ərazidə ağaclar torpaq altında qalmış, pöhrələr məhv olmuşdur. Əldə edilmiş məlumata əsasən həmin meşədə havadan müdafiə və piyadalar əleyhinə hərbi texnikalar yerləşdirilmişdir. Çəkilən yol müharibəyə xidmət etməklə yanaşı, Azərbaycan təbiətinin məhvinə səbəb olmuşdur".

A.Məmmədov əlavə edib ki, ümumilikdə götürdükdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olub, torpağın üst münbit qatı yararsız hala düşüb və yanğınlar zamanı ətraf mühitə milyonlarla manat məbləğində ziyan dəyib.

Konfransda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, itki və tələfatların beynəlxalq standartlara uyğun olaraq qiymətləndirilməsi olduqca vacibdir: "Maddi baxımdan qiymətləndirmə mümkündür, ancaq mənəvi baxımdan qiymətləndirmə isə kifayət qədər çətin və vacibdir".

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov da çıxışında qeyd edib ki, Ermənistan daim Azərbaycana maddi və mənəvi ziyanlar vurub. Onun sözlərinə görə, zaman keçdikcə maddi ziyanları aradan qaldırmaq mümkündür, lakin mənəvi ziyanları heç cür unutmaq olmur: "Biz erməni tapdağı altında olan torpaqlarımızı mütləq azad etməliyik və ermənilər də bilməlidirlər ki, o torpaqlar onlarda müvəqqətidir".

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev bildirib ki, bu gün Azərbaycanın sosial-iqtisadi və bütün digər sahələrdə inkişafında xüsusi bir sistem, təcrübə toplanıb ki, bunu da inkişafın Azərbaycan modeli adlandırırlar: "Yəni, Azərbaycanın uğurlarından çox danışmaq olar, çoxlu sayda nümunə göstərmək olar, rəqəmlər sadalamaq olar. Əgər bu bədnam qonşularımızın Azərbaycana qarşı bu təcavüzü olmasaydı, uğurlarımız daha çox ola bilərdi. Əlbəttə ki, bu təcavüzün bizə vurduğu ziyanları hesablayırıq. Mən hələ maddi itkilərimizi qoyuram kənara, bizim burada ən böyük itkilərimiz insan itkiləridir. Bizim 13 700 şəhid ailəmiz var".

Onun sözlərinə görə, hazırda 11 mindən çox Qarabağ müharibəsi əlilimiz var: "Ailələri ilə birgə götürdükdə 30 mindən çox təkcə müharibədə birbaşa ziyan görənlər var. 70 minə qədər isə müharibədə psixoloji və digər zərbələr alan veteranımız var. Bunlar da böyük itkilərdir".

Tədbirdə mövzu ətrafında məruzələr dinlənilib və bir sıra təkliflər səsləndirilib.

Konfransın sonunda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsinin birinci ilinin yekunlarına həsr olunan iclasda geniş, məzmunlu çıxışı ilə bundan sonra da xalqımız və dövlətimizin beynəlxalq səviyyədə mənafeyi naminə çalışacağını bəyan edən dövlət başçısı İlham Əliyevə təşəkkür xarakterli müraciət qəbul olunub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ