Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
ABŞ Rusiya ilə həmsərhəd NATO ölkələrini gücləndirmək qərarı verdi
Tarix: 03.02.2015 / 01:23
Bölmə: Siyasət
Rusiyanın Ukraynada separatçılara verdiyi hərbi dəstəyi və Qərb üçün yaratdığı hərbi təhdidi artırması ABŞ və Avropanı adekvat tədbirlər görməyə vadar etməkdədir. Artıq Qərb ölkələri, xüsusən də ABŞ hərbi müstəvidə də Kremli açıq şəkildə hədələyir. Bildirilir ki, iqtisadi sanksiyalarla yanaşı, lazım olarsa, Moskvaya hərbi güclə də cavab verilə bilər.
Bununla bağlı artıq Amerika prezidenti Barak Obama tərəfindən Moskvanın ünvanına konkret mesajlar verilib. Rusiyanın Ukraynaya qarşı təcavüz siyasətinin davam etdiyini bildirən Obama deyib: «Krımın anneksiyası ilə Rusiya nə isə qazanmayıb, əksinə, itirib. Hansısa torpaq parçasının fəth edilməsinin dövlətin qüdrət göstəricisi sayıldığı dövrlər arxada qalıb. İndi dövlətin gücü onun intellektual səviyyəsi, bacarığı, mal və məhsul ixracı, yeni xidmət və məhsulların ixtirası ilə ölçülür». Onun sözlərinə görə, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar bu ölkə üçün ağır olsa da, həmkarı Vladimir Putin Ukrayna ilə bağlı siyasətini dəyişməyib, əksinə, Ukraynanın şərqində rusiyameylli separatçılar aktivləşib: «Putin üzdə sülhdən danışsa da, hərəkətləri başqa şeydən xəbər verir. Putin Qərbin Ukraynada hakimiyyət keçidini təmin etməsi ilə barışa bilmir və o zamandan bəri beynəlxalq normalara zidd qərarlar verir».
ABŞ prezidenti deyib ki, ölkəsinin Rusiya ilə hərbi münaqişəyə girməsi müdrik hərəkət olmazdı. Amma ABŞ Ukraynaya təcavüzünü davam etdirən Rusiyanın buna görə daha çox təzyiq altına düşməsi üçün fəaliyyətini davam etdirəcək. Üstəlik də Rusiya ilə həmsərhəd NATO ölkələrini gücləndirəcək ki, Rusiya qırmızı xətti keçəcəyi təqdirdə buna hərbi cavab veriləcəyini anlasın: «Düşünmürəm ki, ABŞ və dünya üçün Birləşmiş Ştatlar və Rusiya arasındakı real hərbi münaqişəni görmək arzuolunandır. Ukrayna hadisələri, xüsusi olaraq Krımın ilhaqı Rusiyanın diplomatik təcridinə gətirib çıxarıb. Həmçinin, Ukrayna böhranı Avropanın Rusiya ilə münasibətlərinin kəskin dəyişməsinə səbəb olub. Hazırkı vəziyyətdə Rusiya üçün yaxşı ola biləcək düstur yoxdur. Qərbin sanksiyalarla bağlı siyasəti öz effektivliyini sübut edib. ABŞ və Rusiya arasında hərbi münaqişə ehtimalını istisna edirəm. Ancaq Vaşinqton Şərqi Avropada NATO-nun gücləndirilməsinə çalışacaq». Qərbin Rusiya sərhədləri yaxınlığında hərbi gücünü artırması isə Moskva tərəfindən ciddi təhdid olaraq qəbul edilir.
İndiki halda Qərb saknsiyalara daha çox üstünlük verir. Xatırladaq ki, Avropa Birliyinin Xarici Əlaqələr Şurası son toplantısında məhz bu məsələni müzakirə edib. Qərara alınıb ki, Rusiyaya qarşı təzyiqlər artırılsın. Bu fonda ötən ilin martında Rusiyaya tətbiq edilən sanksiyaların müddəti bu ilin sentyabrına qədər uzadılıb. Bu, Krımın anneksiyasından sonra bəzi Rusiya şirkətləri və məmurlarına qoyulan viza qadağaları və bank hesablarının dondurulmasıdır. Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerini qeyd edib ki, sanksiya siyahısına salınması üçün yeni şirkət və şəxslərin adları müəyyən ediləcək. Bununla bağlı qərar Xarici Əlaqələr Şurasının fevralın 9-da keçiriləcək iclasında qəbul ediləcək. F.Moqerini onu da deyib ki, qərarın üçüncü elementi də var. bu da ondan ibarətdir ki, Avropa Komissiyası Minsk razılaşmasının həyata keçirilməsini təmin etmək üçün digər müvafiq ölçülərin götürülməsi yönündə hazırlıqlara başlayacaq. F.Moqerini əlavə edib ki, Avropa Birliyi əlavə ölçülərin götürülməsi ilə bağlı qərarı yekdil şəkildə qəbul edib: «Bu bizim gücümüzü göstərir». Lakin bir məsələ dəqiqdir ki, sanksiyalar Rusiyanı tam dayandırmaq gücündə deyil. Kremlə hərblə cavab verilməsə, o, Ukraynada işğalı genişləndirəcək. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Yevgeni Perebıynis qeyd edir ki, indiki durumda Rusiya «isti müharibə»ni» başlamağa hazırdır: «1.02.1992. Corc Buş və Boris Yeltsin «soyuq müharibə»nin tamamlandığını elan etdilər. Rusiya, görünür, hazırda «isti müharibə»ni başlamağa hazırdır». Xatırladaq ki, ATƏT, Ukrayna və Rusiya nümayəndələrinin təmsil olunduğu üçtərəfli əlaqə qrupunun növbəti Minsk toplantısı nəticəsiz başa çatıb. Əlaqə qrupunda Ukraynanı təmsil edən sabiq prezident Leonid Kuçma bildirib ki, Minsk danışıqlarında Ukraynanı genişmiqyaslı müharibə ilə hədələyiblər. Bu şəraitdə Qərbdən real hərbi kömək və silah istəyən Ukrayna Avropanın da taleyinin məhz Ukraynada həll olunduğunu bildirir. Ukraynanın xarici işlər naziri Vadim Pristayko bildirir ki, ölkəsinə yeni yüksək dəqiqliyə malik silahlar lazımdır. O, Ukraynanın silah bazarında kifayət qədər uğurlara sahib olduğunu bildirib: «Bizim kifayət qədər tank və «Kalaşnikov»umuz var. İndi Ukraynaya başqa şeylər gərəkdir. Hələlik isə bizə bu cür yüksək texnologiyaya malik silahlar satılmır». Vəziyyət dəyişməyəcəyi təqdirdə Rusiyanın Ukraynanı tam işğal etməsi və bu zaman Qərbin heç nə edə bilməyəcəyi də açıq etiarf edilir. Amerikalı politoloq Ceyms Kunstler də bildirir ki, bu gedişlə ABŞ Ukraynada uduzacaq. O, Ukraynada iqtisadi vəziyyətin bərbad olduğunu deyib: «Ukrayna bərbad vəziyyətdədir. İndi onlara edilən istənilən köməyi xalq qəbul etməyə hazırdır.
Amma nə ABŞ, nə də Avropa Birliyi öz milyardlarını bu qara dəliyə ötürəcək. Buradakı situasiya bir ildən artıq davam etməyəcək. Ukrayna hər zaman Rusiyanın təsir dairəsində olub və bundan sonra da olacaq. Bu sərhədlərə yaxınlaşmaq yaxşı düşünülmüş proyekt idi. Amma Amerika burada uduzacaq. O, Ukraynanı sakit-sakit tərk edəcək ki, heç kim bunu anlamasın».
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ