Keçən həftə İngiltərə hava sahəsinə yaxınlaşan Rusiyanın Tu-95 strateji bombardmançı təyyarəsinin Trident tipli sualtı gəmilərin məhvi üçün istifadə edilən nüvə silahı daşıdığı iddia edilir.
Baki-xeber.com xəbər verir ki, Birləşmiş Krallığın Müdafiə Nazirliyindəki mənbələrə istinad edən ingilis «Express» qəzeti, Rusiyanın strateji bombardmançı təyyarələrindən birinin, avanqard tipli sualtı gəmilərin axtarışı və məhv edilməsi məqsədlilə istifadə edilən nüvə başlıqlı uzun mənzilli raket daşıdığını yazıb.
Norveçin rus pilotların danışıqlarını yazıb İngiltərə silahlı qüvvələrinə təslim etməsindən sonra sözügedən məlumatın Birləşmiş Krallığın baş naziri Devid Kemeron və müdafiə naziri Miçael Fallona da çatdırıldığı bildirilir.
Rus pilotların şifrəli danışdığını deyən Birləşmiş Krallıq Hava Qüvvələri rəsmisi, "Təyyarələrdən birinin nüvə silah daşıdığını, onların Birləşmiş Krallıq sərhədinə yaxınlaşmadan əvvəl də başqa qaynaqdan öyrənmişdik" – deyə bildirib.
Bundan əvvəl Rusiyanın strateji bombardmançı təyyarələrinin İngiltərə hava sahəsinə təcavüz etdiyi bildirilirdi.
«The Daily Mail» qəzeti, 28 yanvar tarixində sözügedən hadisənin qarşısını almaq üçün İngiltərənin ovçu təyyarələrinin havaya qalxdığını yazırdı.