İŞİD-in əlindəki yapon jurnalist Kenji Qotoya qarşılıq İordaniyada həbsdə saxlanan qadın terrorçu Sacide əl Rişavinin sərbəst buraxılmasını tələb etməsinin ardından dünən Türkiyə-Suriya sərhədində keçirilməsi planlaşdırılan mübadilə baş tutmadı.
Baki-xeber.com xəbər verir ki, buna səbəb İordaniyanın İŞİD-in əlindəki iordaniyalı F-16 pilotu Muaz Safi əl Kesasibenin sağ olduğuna dair dəlil istəməsidir.
İddialara görə İordaniya İŞİD-lə bazarlıqda təşkilata bir mesaj da verib. Küveytdəki «Al Rai» qəzetinin müxbiri Elijah Magnier «Daily Mail» qəzetinə iordaniyalı mənbələrin İŞİD-ə «Pilotu öldürsəniz Rişavi və digər cihadçı məhkumları edam edərik» mesajı göndərdiyini bildirib.
Rişavi haqqında edam qərarı var.
Ötən gün axşam saatlarında İŞİD-in mübadilə üçün verdiyi möhlət başa çatıb. Terror təşkilatı keçmiş «Əl-Qaidə» üzvü Rişavi azad olunmayacağı halda pilotu öldürəcəklərini açıqlamışdılar, ancaq yapon girovların taleyi ilə bağlı heç nə deməyiblər.
Yaponiya xarici işlər naziri Yasuhide Nakayama Qoto və əl Kesasibenin sərbəst buraxılması üçün İŞİD-lə aparılan danışıqların dalana dirəndiyini bildirib.