Rusiyanın strateji bombardmançı təyyarələrinin İngiltərənin hava sahəsinə girməsinin qarşısı alınıb.
Baki-xeber.com xəbər verir ki, «The Daily Mail» qəzeti 28 yanvar tarixində baş verən hadisənin qarşısını almaq üçün İngiltərənin qırıcı təyyarələrinin havaya qalxdığını yazır.
«The Daily Mail qəzetinə» açıqlama verən Birləşmiş Krallığın Müdafiə Nazirliyi rəsmilərindən biri, "Rusiya təyyarələrinin Birləşmiş Krallığın hava sahəsinin yanında təsbit edilməsindən sonra «Eurofighter Typhoon» ovçu təyyarələri havaya qaldırıldı" – deyə bildirib.
İngilis təyyarələrinin rus təyyarələrinin yanında yarım saat uçduğunu yazan qəzeti, Rusiya döyüş təyyarələrinin Birləşmiş Krallığın hava sahəsini pozmadığını qeyd edir.