Ukrayna Nazirlər Kabineti terrorla mübarizə əməliyyatına qatılan və düşmənin hərbi texnikasını məhv edən ukraynalı əsgərlərə əlavə pul mükafatı nəzərdə tutan qərar qəbul edib.
Baki-xeber.com xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin qərarında, terrorla mübarizə əməliyyatı və qarşıdurmalara qatılan əsgərlərə maaşlarının 2 qatı, hərbi vəziyyət elan edilməsindən sonra birbaşa silahlı qarşıdurmalara qatılan əsgərlərə maaşlarının 3 qatının ödənilməsi nəzərdə tutulur.
Müdafiə Nazirliyinin bildirdiyinə görə, ukraynalı əsgərlər silahlı qarşıdurmalara birbaşa qatıldıqları hər gün üçün əlavə min qrivna (62 dollar) ödəniş alacaqlar.
Ayrıca düşmənin hərbi texnikasının məhv edilməsi üçün də mükafat veriləcək.
Məhv edilən hər bir avtomobil üçün əsgərə 10 minimum əmək haqqı (12 min qrivna/ 750 dollar), tank üçün 40 minimum əmək haqqı (48 min qrivna/ 3 min dollar), raket sistemləri üçün 50 minimum əmək haqqı (60 min qrivna/ 3750 dollar), döyüş təyyarəsi üçün 100 minimum əmək haqqı (121 min qrivna/ 7,5 min dollar) məbləğində pul mükafatı veriləcək.