Bazar günü günü, 29 noyabr 2026
     

Ukraynanın tam işğalı üçün yeni bəhanə...

Image


Bu vaxta qədər Rusiya və Ukrayna arasında elan olunmamış şəkildə davam edən müharibə artıq rəsmi xarakter almağa başlayıb və bu gedişlə Krelin qonşusuna qarşı açıq formada hərbi əməliyyatlara başlaması istisna olunmur. Xatırladaq ki, Ukrayna parlamenti Rusiyanın təcavüzkar dövlət kimi tanınması barədə bəyanat qəbul edib.
Ukrayna qanunvericiləri, həmçinin, Rusiyanın dəstəklədiyi separatçıların Ukraynanın Donetsk və Luqansk regionlarında elan etdiyi "xalq respublikaları"nın terrorçu təşkilatlar kimi tanınmasına səs verib. Parlament beynəlxalq ictimaiyyəti qeyri-hərbi yardımı artırmağa və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Rusiyanın təcavüzkar dövlət kimi səciyyələndirilməsini məsuliyyətləsiz və düşüncəsiz addım adlandırıb və bunun Ukraynada kompromisin əldə edilməsi istiqamətində səylərin qarşısını aldığını deyib. Bütün bunların ardınca Rusiyadan daha çox yardım alan separçılar Ukraynada fəaliyyətlərini genişləndirib. Belə ki, Ukraynanın şərqində, yaraqlıların nəzarətində olan Donetsk və Luqanskın yol ayrıcında yerləşən Debaltseve şəhəri də separtçıların nəzarətinə keçmək üzrədir. Bu vəziyyət Qərbdə də böyük narahatlığa yol açır. Bu səbəbdən Avropa Birliyinin liderləri Ukraynanın şərqində separatçıları dəstəklədiyinə və regionda zorakılıqları qızışdırdığına görə Rusiyaya qarşı sanksiyaları genişləndirib. Avropa Rusiyanın separatçılara dəstəyi davam etdirib gücləndirdiyinə dair dəlilin olduğunu bildirib. O da məlum olub ki, ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel Ukrayna konflikti ilə bağlı Kremlə qarşı təzyiqlərin artırılması məsələsində razılığa gəlib. Tərəflər, həmçinin, Ukraynaya iqtisadi sabitliyin bərpa olunması və islahatların başlanması üçün maliyyə yardımını davam etdirmək məsələsində də razılığa gəlib. ABŞ hərbi rəsmiləri isə bildirir ki, Moskvanın separatçılara verdiyi dəstək və güclü rus qoşunlarının Ukrayna-Rusiya sərhədində toplaşması narahatedicidir. Moskva bəyan edir ki, Qərb onsuz da Ukraynaya hərbi qüvvələrini yerləşdirir və Kreml buna laqeyd qala bilməz. Xatırladaq ki, Şərqi Ukraynada baş verən döyüşlərdə Rusiya prezidenti Vladimir Putin Qərbi günahlandırır, Ukrayna ordusunu isə NATO legionu adlandırır: "Bu, xarici legiondur. Xüsusilə NATO legionu. Onların bura ilə bağlı Ukraynanın milli maraqlarına uyğun məqsədləri yoxdur. Onların başqa məqsədləri var. Buna isə Rusiyanın qarşısını almaq kimi geosiyasi məqsəd daxildir". Brüsseldən NATO-nun baş katibi Yan Stolenberqin isə buna cavabı gecikməyib: "Ukraynada NATO legionunun olması uydurmadır. Orada NATO legionu yoxdur. Ukraynadakı xarici qüvvələr Rusiyanındır". NATO həmçinin Rusiyanı separatçıları gücləndirmək üçün onlara raket sistemi, tanklar, ağır artilleriya və elektron müharibə sistemi daxil olmaqla müasir avadanlıq göndərməkdə ittiham edir. ABŞ dövlət xəzinəsinin katibi Cek Lyu məsələ ilə bağlı qeyd edir: "Rusiya həyasızcasına Ukraynaya insan və avadanlıq daxil edir ki, Ukraynanın stabilləşməsinin qarşısını alsın". Lyu bildirir ki, Rusiya artıq ən mürəkkəb sanksiyalarla üzləşib və bu onun iqtisadiyyatına böyük ziyan vurub.
Lakin ABŞ demokrat senatoru Kristofer Mörfi sanksiyaların yetərli olmadığını deyir: "Düşünürəm ki, biz Ukrayna hərbisini ciddi miqdarda müdafiə silahları ilə təmin etməliyik. Fikrimcə, onlar elə bir nöqtədədirlər ki, bu texnologiyadan istifadə edə bilərlər. Ümid edirəm ki, gələn həftələrdə və aylarda bu məsələ müzakirə olunacaq". ABŞ Quru Qoşunlarının generalı Con Kin də bildirir ki, Rusiyanın Ukraynaya təcavüzü yeni sanksiyaların tətbiqi və Ukrayna ordusunun gücləndirilməsi yolu ilə dayandırılmalıdır. Bu baş verməsə, Baltikyanı ölkələr də zərər çəkəcək: "ABŞ Ukraynaya silah yardımı ilə bağlı qərarlı hərəkət etməlidir. Moskva soyuq müharibədən sonra formalaşdırılan Avropa xəritəsini qəbul etmir, amma ABŞ da real addımlar atmalıdır. Neftin qiymətinin dramatik şəkildə düşməsindən sonra Rusiya iqtisadiyyatı ziyan çəkir. Əlavə sanksiyalar onu Ukraynanın işğalından əl çəkməsi üçün stol arxasına qaytara bilər". Lakin Ukrayna Analitik Mərkəzinin prezidenti Aleksandr Oxrimenko qeyd edir ki, heç bir yeni sanksiya Rusiyanı Ukraynanın ərazisini tutmaqdan imtina etməyə məcbur etməyəcək: "Putini artıq heç bir sanksiya qorxutmur. Avropa Birliyi Ukrayna hökumətinə anlatmağa çalışdı ki, Rusiya onların müttəfiqi və işgüzar partnyorudur. Avropa Birliyi həmçinin anlatmağa çalışdı ki, Ukrayna ərazisinin Rusiya tərəfindən tutulması Ukrayna hakimiyyətinin problemidir, Avropa Birliyinin baş ağrısı deyil". Onun sözlərinə görə, Ukrayna hakimiyyəti ABŞ və Avropa Birliyinin göstərişlərini yerinə yetirmədən öz ağlı ilə düşünsəydi, Rusiya ilə müəyyən güzəştlərə nail olmaq mümkün idi.
Hərbi ekspert Pavel Felqenhauer isə qeyd edir ki, Rusiya Ukraynaya qarşı hərbi, siyasi və iqtisadi təzyiqləri gücləndirməklə stabilliyi pozmaq və hakimiyyəti əvəz etmək istəyir. Felqenhauer Rusiyanın Ukrayna rəhbərliyinə sabiq prezident Viktor Yanukoviçi nəzərdə tutmadığını bildirib: "Ümidlər var ki, Poroşenko vəziyyəti anlayacaq və onunla razılaşmaq mümkün olacaq. Bunun üçün o, çarəsiz duruma düşməlidir. Necə ki, Çeçenistan uğrunda savaşdılar və Kadırovu tapdılar. Gürcüstanda da İvanişvilini tapdılar, ancaq o da öz növbəsində Saakaşvilini əvəz etmək üçün başqa insanları hakimiyyətə gətirdi. Poroşenko da razılaşmasa, başqa biri axtarılacaq". Poroşenko isə çarəsiz vəziyyətdə olduğunu etiraf edir. Polşa telekanalına müsahibəsində o deyib: "Biz terrorçuları zərərsizləşdirmək üçün yeni ordu yaratmışıq, amma bu konflikti hərbi yolla həll etməyəcəyik. Rusiyanın milyonlarla əsgəri var, dünyanın ən böyük və ən güclü ordusuna sahibdir. Biz ona müqavimət göstərə bilmərik".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ