Rusiyanın paytaxtı Moskvada keçirilən Suriya danışıqlarında müxalifətlə hökumət nümayəndələrinin 10 məsələdə razılıq əldə etdiyi bildirilir. Rusiya mətbuatı xəbər verir ki, bu çərçivədə tərəflərin müzakirələri davam etdirəcəyi də qeyd edilib.
Baki-xeber.com xəbər verir ki, Suriya müxalifəti adından 30-dan çox şəxsin və hökumət nümayəndələrinin bir il sonra ilk dəfə keçirdikləri yığıncaqda Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edib.
Hökumət və müxalifətdən 38 nümayəndənin qatıldığı toplantıya diqqət çəkən bir mənbə, "Müxalifət olaraq 10 məsələdə razılaşdıq. Xüsusilə qadın və uşaqlar başda olmaqla siyasi məhkumların azad edilməsi, Suriyanın bütün bölgələrinə qida yardımlarının çatdırılması və ölkədə humanitar yardımlar üçün ədaləti təmin edəcək komissiyaların qurulması və müharibənin sona çatması kimi maddələr önə çıxdı" – deyə bildirib.
Rusiya mətbuatına açıqlama verən başqa bir mənbə də Suriya lideri Bəşər Əsədin gələcəyi kimi mübahisəli mövzuların gündəmlərində olmadığını deyib.
Moskvadakı danışıqlara İstanbulda mərkəzləşmiş Suriya İnqilabı və Müxalifət Gücləri Milli Koalisiyası qatılmır.