İŞİD-in girov götürdüyü Yaponiya vətəndaşının sərbəst buraxılması üçün irəli sürdüyü şərt qəbul edilib. İŞİD girov qarşılığında İordaniyada edama məhkum edilmiş Sacidə Rişavinin azad edilməsini tələb etmişdi. İslamçılar bəyan ediblər ki, o azad edilməsə girovları 24 saat ərzində öldürüləcək.
Baki-xeber.com xəbər verir ki, Yaponiyanın İordaniyadakı səfirliyinin açıqlamasına görə, S.Rişavi azad edilərək İŞİD-ə təhvil veriləcək. İordaniya da ölüm hökmünə məhkum etdiyi İraq vətəndaşı olan qadın Sacidə Rişavini İŞİD yaraqlılarının girov götürdüyü iordaniyalı pilot Muath al-Kasaesbehə dəyişməyə hazır olduğunu bəyan edib. Bunu İordaniya hökumətinin sözçüsü Muhammad al-Momani deyib.
Ötən həftə girov götürdüyü iki Yaponiya vətəndaşının azad edilməsi üçün 200 milyon dollar istəyən İŞİD razılıq əldə olunmadığından girovlardan birini öldürmüşdü.
S.Rişavi 2005-ci ildə Əmmanda 3 hoteli partladaraq 60 nəfərin ölümünə səbəb olan hücumda iştirak edib.
«Həbsdəki bacı» kimdir?
Orta Şərqi qana boyayan İŞİD-in israrla azad olunmasını istədiyi sirli qadın, sonunda sərbəst buraxılır. İŞİD girov götürdüyü 2 yapon jurnalist və bir iordaniyalı pilotun qarşılığında çərşənbə axşamı o qadının verilməsini tələb edir. Təşkilat onun uğrunda dəfələrlə təhdidlər, hətta edamlar edib.
Ancaq hər kəs üçün maraqlıdır ki, bu qadın İŞİD üçün niyə bu qədər əhəmiyyətlidir. İŞİD-in «həbsdəki bacı» deyə müraciət etdiyi Sacidə ər-Sacidə ər-Rişavinin kimliyi isə isə sirrini qoruyur. İddialara görə, bu qadın İŞİD lideri Bağdadinin bacısıdır.
Bir müddət əvvəl İordaniya baş nazirinin köməkçisi Marvan Muaşer, ər-Rişavinin İraq «Əl-Qaidəi»sinin lideri Zərkavinin köməkçilərindən birinin bacısı olduğunu deyib, ancaq o köməkçinin kimliyini açıqlamayıb.
«Delta Force»dən təqaüdçü podpolkovnik Ceyms Riz isə bir az da irəli gedərək Zərkavinin sözügedən köməkçisinin hazırda İŞİD-in lideri olan Bağdadi olduğunu iddia edib.
Təşkilatın açıqlamalarında «həbsdəki bacı» ifadəsi də bu iddianı gücləndirir.