Rusiya bu il ərzində Xəzər donanmasının tərkibinə 4 ədəd 23370 layihəli çoxfunksiyalı hərbi kater daxil edəcək. APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxın vaxtlarda katerlərin dövlət sınaqları başlanacaq. Katerlərin cari ilin birinci yarısında istifadəyə qəbulu gözlənilir.
Katerlər qurulmuş avadanlıqlardan asılı olaraq dalğıc, axtarış-xilasetmə, yanğın söndürmə və ya ekoloji kater kimi müxtəlif təyinatlar üzrə istifadə oluna bilər. Katerin sürəti 10 mil, üzmə uzaqlığı 200 mildir.