çərşənbə günü, 11 noyabr 2026
     

Cənubi Azərbaycanın öz bayraq və simvolları...

Image


Tarixdə neçə-neçə dövlətlər quran cəngavər türk babalarımız bayrağa xüsusi ehtiram göstəriblər. Hər dövlətin, hər tayfanın öz bayrağı olub və cənglərdə bu bayraqlar qalibiyyət rəmzinə çevrilib.

Bu gün Cənubi Azərbaycanda başlanan və üç aydır davam edən milli azadlıq hərəkatının mütləq mənada qalibiyyətlə başa çatacağı şübhə doğurmur. Bu gün Güney Azərbaycanda müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağını dalğalandıran soydaşlarımız da az deyil. Bundan əlavə, internet resurslarında Güney Azərbaycana aid olduğu deyilən müxtəlif formalı bayraq fotoları yer alıb. Azərbaycanın dövlət bayrağının tam oxşarı olan, yalnız formasına görə müəyyən qədər fərqlənən bu bayraqlar maraq doğurur.

Vikipediya açıq ensklopediyasında Güney Azərbaycan bayrağı barədə bunlar qeyd edilir: “Güney Azərbaycanın bayrağı və ya Cənubi Azərbaycan bayrağı-irredentist siyasi qüvvələr üçün Güney Azərbaycanı təmsil edən bayraq. Azərbaycan milli hərəkətçıları tərəfindən Güney Azərbaycanı təmsil edən bayraq və simvolun olması bir zərurət kimi qəbul edilsə də, hələlik vahid bayraq formasını qəbul etmək mümkün olmamışdır”.

İnternet resurslarında qeyd edilən məlumatlara görə, bəzi qüvvələr Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatında Cənubi Azərbaycanı təmsil edən  Güney Azərbaycan Milli Oyanış Hərəkatının bayrağını Cənubi Azərbaycanın bayrağı kimi qəbul edir.

Qeyd edilənə görə, 2007-ci il fevralın 1-də Güney Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı – UNPO-nun üzvlüyünə qəbul olunub. Elə həmin mərasimdən sonra Güney Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı BMT-də dalğalanmağa başlayıb.

Güney Azərbaycanın milli bayrağı 2003-cü ildə Babək qalasına yürüş zamanı on minlərlə azərbaycanlı tərəfindən milli hərəkatın simvolu kimi qəbul edilib. BMT-də Güney Azərbaycanın UNPO-ya üzv qəbul olunması ilə bağlı keçirilən təntənəli qəbul mərasimində Güney Azərbaycan və onu təmsil edən GAMOH lideri doktor Mahmudəli Çöhrəqanlı iştirak edib. Güney Azərbaycan milli hərəkatının Şimali Azərbaycanın üçrəngli bayrağını qəbul etməsi barədə təkliflər səslənsə də, sonda nisbətən fərqli bayrağın qəbulu zəruri sayıldı. Ancaq bayraq yalnız rənglərinin ölçülərinə görə fərqlənir. Burda da müsavatçılıq, çağdaşlıq, müsəlmançılığın rəmzləri mövcuddur.

Digər bayraq forması ilk dəfə Cənubi Azərbaycanın ilk milli-siyasi təşkilatı olan CAMAH tərəfindən 1991-ci ildə hazırlanaraq təqdim olunmuş, Uzun müzakirələrdən sonra, nəhayət ki, həmin layihə 1994-cü il tarixində CAMAH-ın növbəti qurultayında təşkilat rəhbəri Piruz Dilənçinin müxalifətinə rəğmən səsçoxluğu ilə təsdiqlənmiş və qəbul olunub. P.Dilənçinin bayraq ideyası ilə müxalifəti isə Əbülfəz Elçibəyin "Bir millətin bir bayrağı olmalıdır" ideyasından doğurdu. O, "Cənubi Azərbaycanın ayrıca bayrağı olmamalıdır. İki bayrağın mövcud olması, hələ birləşməmiş bir milləti ikiyə parçalaya bilər. Bu isə Azərbaycan düşmənlərinin dəyirmanına su tökmək kimi bir şeydir. Buna görə də, Azərbaycan dövlətinin rəsmi bayrağı həm də Cənubi Azərbaycanın bayrağı kimi qəbul edilməlidir”-deyə vurğulayıb.

  • “50-60 milyonluq Azərbaycan türkünə hesablanmış üçrəngli bayrağımız hər kəs tərəfindən qəbul edilən bir bayraqdır”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, Güney Azərbaycanımızda gedən proseslər və onun nəticələri ilə bağlı əlbəttə, geniş fikir mübadilələri aparılmalıdır. “İstər Güney Azərbaycanın bayraq məsələsində,  istərsə də gələcək dövlət atributlarının müəyyənləşdirilməsində fərqli fikirlərin olması təbiidir. Bu istiqamətdə olan fikirləri, təklifləri, ayrı-ayrı düşüncələri, müəyyən ziddiyyətləri birmənalı şəkildə mənfi yöndə yozmaq düzgün deyil. Çünki bu ciddi bir prosesdir. Bu prosesin müəyyən qanunauyğun sonluqla nəticələnməsi hələ tezdur. Ancaq  məhz bayraq məsələsinin, dövlət ərazisinin, coğrafiyasının, himninin, eləcə də digər atributlarının müəyyənləşməsi Azərbaycanımızın Güneyində yeni bir dövlətin yaranmasının sonucu olaraq ortaya çıxacaq. Cənubi Azərbaycanın bayraq məsələsinin öndə olması və bu barədə müxtəlif fikirlərin mövcudluğu təbiidir. Bilirik ki, bayraq hər bir toplumun, millətin əsas atributudur, rəmzidir, simvoludur. Azərbaycanın Güneyində milli bayraqla bağlı əsasən iki fikir mövcuddur. Bunlardan biri müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağının qəbul edilməsi məsələsdir ki, burada da öz mövqeyini ortaya qoyan təşkilatlar, ictimai-siyasi fəallar kifayət qədərdir. Eyni zamanda Azərbaycan Respublikasının  bayrağına əsasən oxşayan, amma bir qədər fərqli bayraq təqdim edənlər və bunu müdafiə edənlər də vardı. Bilirsiz, məsələyə iki prizmadan yanaşmaq lazımdır. Biz əgər buna vahid Azərbaycan bayrağı prizmasından yanaşsaq bu sırf 50-60 milyonluq Azərbaycan türklərinə hesablanmış bir məsələdir. Bu məsələdə də aşağı-yuxarı heç bir problem yoxdur. Azərbaycanlıların böyük çoxluğu 1918-ci ilin noyabrın 9-da qəbul olunan Azərbaycan bayrağını qəbul edirlər. Bu bayraq ötən yüz ildən çox bir dövrdə öz təsdiqini tapmış bayraqdır. Yəni bu bayrağın rəngləri və üzərindəki ay-ulduz əksləri ilə bağlı həmrəylik var. 50-60 milyonluq Azərbaycan türkünə hesablanmış üç rəngli bayrağımız hər kəs tərəfindən qəbul edilən bir bayarqdır. Heç kəs bu məsələdə tərəddüd etdir. İnişallah gələcəkdə bütöv Azərbaycan Cumhuriyyəti qurulacağı təqdirdə birmənalı şəkildə böyük çoxluq bu bayrağı qəbul ediləcək. Daxili auditoriyada türklüyümüzü, çağdaşlığımızı və islamlığımızı demək olar ki, bütün Azərbaycan türkləri qəbul edirlər. Ancaq məsələyə ikinci prizmadan yanaşsaq buna xarici cəmiyyətlərə, toplulara, cəmiyyətlərə hesablanmış bir məsələ kimi də baxmaq lazımdır”.

F.Ələkbərlinin sözlərinə görə, əgər biz Azərbaycanın Güneyində gedən proseslərin müstəqil dövlətçiliklə yekunlaşacağını ortaya qoyuruqsa və buna inanırıqsa o zaman burada bir məsələ qalır. O qeyd etdi ki, keçmiş dövlətçilik ənənələrimizin əsasında yeni müstəqil bir dövlət meydana çıxacaqsa, bu yeni dövlətin dünyanın bir çox dövlətləri, o cümlədən də Azərbaycan, Türkiyə tərəfindən tanınması üçün eyni bayrağın qəbul edilməsi məsələsi bir az mübahisə doğura bilər: “Söhbət yüzdə-yüz eyni bayrağın qəbul edilməsindən gedir. Bu anlamda müəyyən fərqləndirici cəhətlər olmalıdır. Yəni Azərbaycan Respublikasının bayrağına oxşar, lakin ondan müəyyən qədər fərqlənən bir bayrağın olması mümkündür. Əgər Azərbaycan xalqının, Azərbaycan türklərinin ikinci bir dövləti yaranarsa və  Azərbaycan Respublikasının bayrağı onun bayrağı kimi qəbul edilərsə, bu Azərbaycan, Türkiyə, Pakistan və digər bizə dost olan ölkələr tərəfindən qəbul olunar. Amma digəriləri müəyyən anlamda bunu qəbul etməyəcəklər. Ona görə də bu məsələdə bir azca fərqli bayraqla çıxış etmək qaçılmazdır. Yox əgər İran adlanan ölkə dağılarsa və buradakı Azərbaycan türkləri yeni bir dövlət yaratmaqdan daha çox Azərbaycanın qüzeyində artıq mövcud olan Azərbaycan Respublikası ilə birləşmək qərarına gələrlərsə, bu zaman birmənalı şəkildə üç rəngli bayrağımız keçərli olacaq. Gördüyümüz kimi, məsələyə hər iki prizma ilə yanaşdıqda burada çox cüzi fərqlilik gözə çarpar, bir ziddiyyət yoxdur...” 

F.Ələkbərli hesab edir ki, Cənubi Azərbaycanda müstəqil dövlət qurularsa və onun BMT və digər təşkilatlar tərəfindən qəbul edilməsi üçün keçici də olsa Azərbaycan bayrağından fərqli bayraq ortaya çıxmalıdır, sonucda isə üçrəngli bayrağımız vahid bayraq olaraq qəbul edilər...

İradə SARIYEVA 
P.S.
Yazıda internet resurslarında mövcud olan yazılardan istifadə edilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ