Cümə axşamı günü, 12 noyabr 2026
     

Bolqarstanda XVI əsr Azərbaycan abidəsi - Dəmir Baba Təkə türbəsi

Image


Müxtəlif ali tədris müəssisələrində və AMEA-nın institutlarında hər il keçirilən elmi konfransların əsas məqsədlərdən biri elmi yeniliklərin, yeni elmi informasiyaların daha geniş yayılmasına dəstək verməkdir. Azərbaycan Turizm və Menecment Universitetində “İdarəetmədə multikultural dəyərlər” mövzusunda 25 noyabr 2020-ci il tarixdə keçirilmiş  beynəlxalq elmi konfrans bu baxımdan çox əhəmiyyətli oldu.

Konfransda elmi məruzə ilə çıxış edən Bolqarıstanın Paisii Xilendarski adına Plovdiv Universitetinin dosenti Valentin Pavlov Petruşenko  Azərbaycan ictimaiyyəti üçün həddidndən artıq maraqlı olan bir abidə, Bolqarstandaki Dəmir Baba Təkə abidəsi  haqqında məlumat verdi. Məruzəçi xüsusi qeyd etdi ki, “bu abidə XVI əsrə aid qızılbaş türbəsi kimi yerli əhali arasında məhşurdur. Abidənin əsasını Osmanlı Sultanı I Səlim tərəfindən bu ərazilərə Xorasandan köçürülmüş şiə-qızılbaşlar qoymuşlar. Tarixi abidə Dövlət tərəfindən mühafizə olunur”.

Bolqarstanlı qonağın verdiyi bu məlumat Azərbaycan tarixində mühüm rol oynamış Azərbaycan Səfəvilər dövlətinə aid olduğu üçün diqqətimiz cəlb etdi. Bu məlumat bizi bu abidə ilə yaxından maraqlanmağa, araşdırma aparmağa sövq etdi və nəticədə bu tarixi abidənin Azərbaycan abidəsi olduğunu sübut edən faktlarla rastlaşdıq.

Bolqarstanlı qonağın verdiyi məlumatı dəqiqləşdirərkən burada bir uyğunsuzluğun olduğu üzə çıxdı. Çünki Osmanlı Sultanın I Səlimin Xorasandan əhali köçürməsi tarixi həqiqətə uyğun deyil. Çünki I Səlimin rəhbərliyi ilə Osmanlı qoşunları 1514-cü il Çaldıran döyüşdəki qələbədən sonra Səfəvilərin paytaxtı  Təbriz şəhərinə qədər gəlib sonra geri qayıdıblar. Onlar heç zaman  Xorasanda olmayıblar və buna görə də I Səlimin Xorasandan Bolqarstana qızılbaş əhalini köçürməsi ilə bağlı irəli sürülən fikiri tarixi faktlar təkzib edir. Bəs onda I Səlim Bolqarstana əhalini hansı ərazidən köçürmüşdü?

Yeddi cildlik “Azərbaycan tarixi” kitabının 3-cü cildində I Səlim tərəfindən əhalinin köçürülməsi ilə bağlı aşağıdakı məlumat verilib: “Əsas döyüş 1514-cü il avqustun 23-də Maku şəhəri yaxınlığındakı Çaldıran düzündə baş verdi...Sentyabrın 6-da Sultan Səlim Səfəvilər dövlətinin paytaxtı Təbrizə daxil oldu, lakin bir həftədən sonra geri döndü. Qışın yaxınlaşması, ərzaq qıtlığı və ən nəhayət, qızılbaş döyüşçülərinin vətən torpağı uğrunda misilsiz igidliyi Sultan Səlimi Azərbaycandan tezliklə çıxmağa vadar etdi. Bundan əlavə, əsgərlər arasında şiə tərəfdarları da az deyildi və onlar Sultan Səlimə qarşı hətta sui-qəsdə də cəhd göstərdilər. Sultan Səlim geri dönərkən, bir neçə min mahir Təbriz sənətkarını ailəliklə əsir alıb Türkiyəyə apardı.”

Buradan belə nəticəyə gəlmək olar ki, I Səlim Bolqarstana qızılbaş əhalini Xorasandan deyil, müvəqqəti ələ keçirdikləri Təbriz və onun ətafından köçürüb ki, bu da azərbaycanlılardan ibarət olub.

Təbrizdən köçürülmüş həmin əhalinin bir hissəsi 1509-cu ildə İstanbulda baş vermiş güclü zəlzələdən sonra şəhərdə həyata keçirilən bərpa işlərinə cəlb edilmiş, bir hissəsi isə fikrimizcə o zaman Osmanlı imperiyasının ərazisi olan, hazırki Bolqarstana köçürülmüşdür. Dəmir Baba Təkə abidəsini də məhz bura köçürülmüş Təbriz əhalisi  içərisində  olan sənətkarlar inşa etmişlər.

Türbənin adında olan Təkə sözü haqqında müxtəlif fikirlər irəli sürülsə də tarixi faktlar sübut edir ki, Təkə-türkmən tayfalarında biridir və bu tayfanın bir qolu olan təkəlilər qızılbaş tayfalarından biri hesab olunurdu. Onlar Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Azərbaycan xalqının etnogenezində də fəal iştirak etmiş türk tayfalarından biridir. Qızılbaşlar əvvəlcə şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsaq, qaradağlı, sonralar isə bayat, qaramanlı, baharlı, alpaut, ərəşli, qazaxlı və başqa türk tayfalarını birləşdirirdi. Qızılbaşların başlarına ördükləri 12 zolaqlı qırmızı çalma da təkkə (incə materialdan olan baş örtüyü) adlanırdı.  Etimal etmək olar ki, türbənin adında olan Təkə sözü Təkə  tayfasının adından götürülüb.

Dəmir Baba abidə-ziyarətgahı Razqrad vilayətinin İsperix bələdiyyəsi ərazisinə daxil olan Malık Provers və Sveşarı kəndləri arasında yerləşir. Azərbaycanın Abşeron rayonunun Bolqarıstanın Razqrad vilayəti  ilə keçən əsrin 70-ci illərindən dostluq əlaqələri olmasına baxmayaraq bu abidə haqqında Azərbaycan əhalisində məlumatın olmaması təəccüb doğurmaya bilməz. Fikrimizcə bunun əsas səbini sovet dövründə dini abidələrə ögey münasibətlə izah etmək olar.

Tarixi abidə “Sobryano” tarixi-arxeoloji qoruğun ərazisinə daxildir.

Dəmir Baba Təkə türbəsi

Demir BabaTeke.

Felix Philipp Kanitz (1829-1904)

Dəmir Baba türbəsininin yanında üzün illər məscid və minarə olsa da sonradan dağıdılmışdır. Bu mavzoley abidəni müsəlman əhalinin ələvi və ya qızılbaşlar adlanan etno-dini qrupu  müqəddəs hesab etsə də, digər əhali qrupları, o cümlədən xristianlar da buraya ziyarətə gəlirlər. Xristian əhalinin buraya ziyarətə gəlməsinin əsas səbəblərindən biri kimi əfsanəyə görə burada əvvəl qədim frakiya, sonra bolqar müqəddəs ziyarətgahlarının olması göstərilir. Burada keçirilən ibadətlərdə müsəlman, xristian və bütpərəstlik adətlərinin qarışığından da istifadə olunur. Dəmir Baba Təkə türbəsi 1970-ci ildə mədəniyyət abidəsi elan olunmuşdur.Türbəyə bitişik dağda qədim mağara da mövcuddur.

Türbəni  yeddibucaqlı binasının ortasında insanların ziyarət etdikləri Dəmir Babanın məzarı var. Uzunluğu 3,7 metr olan bu məzarın üstü daim bura ziyarətə gələn insanların qoyduqları hədiyyələrlə dolu olur.

İslam dinin digər məhzəbindən fərqli olaraq şiə məhzəbinin tərəfdarları Allah, onun peyğənbəri Məhəmmədi müqəddəs hesab etməklə yanaşı, 12 imam və digər nüfuzlu şəxsiyyətləri də müqəddəs hesab edirlər ki, bunlardan biri də çox güman ki, Dəmir Baba olmuşdur.

Dəmir Baba haqqında dəqiq tarixi məlumatlar yoxdur. Lakin yerli əhali onun XVI əsrdə yaşadığını bildirirlər. Əhali arasında Dəmir Babanın böyük, cüssəli bir adam olması, daşı əzmək gücünə, insanlara kömək etmək üçün möcüzələr yaratmağa qadir olması haqqında çoxlu  əfsanələr mövcuddur.  Hazırda da türbəyə qurban gətirənlər, bol məhsul, uğur və sağlamlıq üçün dua edənlər çoxdur.

Türbənin içərisində divarda Həzrət Əlinin şəkili, Hacı Bektaş Vəlinin əllə çəkilmiş rəsmi asılıb.  Divarda həmçinin İmam Hüseyn, Osman Hoca 1837-1932 ruhuna salavat sözləri yazılmış palakatlar da var.

Həyətdə Dəmir babanın kiçik baralyefi olan  ağ daşın üstündə- “XVI əsrdə Dəmir Baba burada yaşamışdır” sözləri yazılıb.

Abidənin həyətində digər bir qəbir də var ki, onun da  baş daşında -Receb Celil Hüseynin ruhuna fatihə- 23.07.1943-06.09.1966- sözləri yazılıb.

Abidənin həyətində qaynayan bulaqla  bağlı maraqlı bir rəvayət mövcuddur. Rəvayətə görə bu ərazidə uzun müddət şox kəskin quraqlıq olub. Buna görə də insanlar Dəmir Babadan möcuzə göstərib su əldə etməyi xahiş ediblər. O barmaqlarını qayanın üstünə çirpması nəticəsində həmin yerdə su çıxmağa başlamışdır. Buna görə də həmin bulağa Beşbarmaq bulağı deyilir. Bulağın suyu gümüşlə zəngindir və temtratur 10 dərəcədən yuxarı qalxmır, qışda isə donmur. Bu suyu insanlar müqəddəs hesab edir və onun  şəfa suyu olduğuna inanırlar.

Abidənin əsas binasının divarındakı daşlardan birində iki kiçik oyuq var. Ziyarətə gələn insan kənarda gözlərini yumaraq irəlləyərək iki əlini açıb həmin daşın üstünə qoyur. Əllərin həmin oyuğun üstünə düşməməsi həmin insanın çoxlu günah işlətdiyinin göstəricisi hesb olunur. Bundan başqa digər daşlardan birinin içində maili kəsik yer var. İnsanlar  ürəklərində arzu tutaraq ora daş qoyurlar. Əgər daş orda dayansa deməli arzu yerinə yetəcək, dayanmasa isə əksinə.

Həyətdə müxtəlif yaylıqlar asılan pir var. Həyətin ortasında olan böyük daşda kiçik oyuq var. Ziyarətə gələnlər əvvəl yaylığı həmin daşdakı oyuğa qoyub, sonradan ordan götürüb pirin üstünə asırlar. Onların inamına görə yaylıq oyuqda olarkən oradan yaylığa müsbət enerji keçir.

Türbənin həyətində böyük bir qədimi qaya parçası var. Buranı ziyarət edən  insanlarda olan inama görə həmin daşın üzərinə baş aşağı üzandıqda insana müsbət enerji gəlir və həmin adam şəfa tapır.

Türbənin divarında olan qədim naxışlı daş, şəfa daşı hesab olunur. Buna inanan insanların dediyinə görə həmin daş müxtəlif xəstəlikləri, övladı olmayan insanlara şəfa verərək onlara övlad bəxş edir.

Tarixi abidənin həyətində vurulmuş plakatda yazılmışdır ki, 2005-ci ildə vilayət sovetinin sədri Günay H. Səfər və sovetin deputatı Kamen Kostandinov tərəfində abidə müsəlman və xristianların xoş münasibəti şərəfinə təmir edilmişdir.

Dəmir Baba Təkə türbəsindən başqa Bolqarstanda XVI əsrə aid digər müsəlman abidələri, İsperix şəhəri yaxınlığında Ağ Yazılı baba, Xaskov vilayətinin Trakiya kəndində Osman baba və Silivenskaya vilayətinin Qarafitovo kəndində Qədəmli baba abidələri var.

Fikrimizcə aidiyyatı qurumlar ölkə daxilində olduğu kimi, xarici ölkələrdə olan Azərbaycanın  tarixi abidələrinin tədqiqi və təbliğini xüsusi fikir verməlidirlər. Bu Azərbaycanın həmin ölkələrlər mədəni, turizm əlaqələrinin inkişafına yaxından kömək göstərə bilər.

MƏHƏRRƏM ZÜLFÜQARLI
Azərbaycan Turizm ve Menecment Universiteti,

“İctimai fənlər” kafedrasının professoru, t.ü.e.d.
[email protected]



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ