Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistan Azərbaycana müqavimət göstərə bilmədiyini etiraf edir, amma sülh prosesini də ləngidir

Image


Məlum olduğu kimi, Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Görüş 2022-ci il avqustun 31-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

Nazir Ceyhun Bayramov səylərin postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. O, bu xüsusda Azərbaycan tərəfindən təklif olunmuş beş baza prinsipi əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb. Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginlik nəzərə alınaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub. Ceyhun Bayramov Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xətlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb. Son sərhəd toqquşmasından sonra sülh üçün atılan addımlar ABŞ-da yerləşən Beynəlxalq Böhran Qrupunun da xüsusi diqqət mərkəzindədir. Qurum son toqquşmaların sülh perspektivinə kölgə saldığını yazır. Belə ki, tərəflər arasında güc fərqi genişlənir: “Azərbaycan son döyüşlərlə mövqeyini möhkəmləndirdi, döyüş zonasında üstünlüyünü göstərdi. O, həm də geosiyasi baxımdan güclü mövqedədir, Avropa ölkələri Rusiyadan qaz təchizatının kəsildiyi bir dönəmdə Bakıdan enerji ixracına nail olmağa çalışır. Ermənistanın əsas qoruyucusu olan Rusiya isə Ukraynada başlatdığı münaqişədə mövqeyini qorumaq üçün mübarizə aparır. Ermənistanın aparıcı rəsmisi bu xüsusda qeyd edir: “Hansı sənədi imzalamağımızdan asılı olmayaraq, bir saniyədə tualet kağızına dönür və yenə də müharibə aparırıq. Çox pis vəziyyətdəyik, çünki heç bir müharibə bizim üçün yaxşı deyil. Müqavimət göstərə bilmirik”. Bu şəraitdə Beynəlxalq Böhran Qrupu hesab edir ki, sülh müqaviləsinin tezləşdirilməsi Ermənistan üçün çox vacibdir. Əvvəla ona görə ki, Azərbaycan hərb baxımından daha da güclənir. İkincisi, Ermənistan silah alışında da ciddi çətinlik yaşayır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf edir. O, bu günlərdə bəzi ölkələrin, o cümlədən müttəfiqlərinin, öncədən sifariş olsa da, yüz milyonlarla dollar dəyərində silahı tədarük etməkdən imtina etdiyini deyib:  “Yüz milyonla dolların ödənilməsinə baxmayaraq, ölkələrin, o cümlədən müttəfiqlərin silah tədarükü öhdəliyini icra etməməsi halları var. Bu, acı reallıqdır və biz situasiyanı dərindən analiz etməliyik”.

İqtidaryönlü deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Armen Xaçatryan silah məsələsində çətinliyin iki səbəbini göstərir: Ermənistana silah satışının qarşısını almaq üçün hər şeyi edən Azərbaycan faktoru, eləcə də son geosiyasi proseslər və Rusiya-Ukrayna müharibəsi: “Təəssüf ki, bu silahların tədarükü ləngiyir, biz bu gün buna dözə bilmərik. Gecikmənin səbəbləri fərqli ola bilər. Təbii ki, Ermənistan Respublikasının silah əldə etməməsi üçün hər şeyi edəcək Azərbaycan amili də istisna edilmir. Amma həm də bugünkü geosiyasi vəziyyətlə bağlı bir sıra reallıqlarımız var və müxtəlif yerlərdə döyüşlər gedir, silah çatışmazlığı da bununla bağlıdır və müqavilə öhdəliklərini yerinə yetirmək və silah vermək əvəzinə Ermənistana satışı həyata keçirməli olan ölkələr özləri bu silahlardan istifadə etməyə çalışırlar. Amma heç bir səbəb əsaslı ola bilməz, çünki silah milli təhlükəsizlik, dövlətçiliyin qorunub saxlanması məsələsidir və silah verməməklə öz öhdəliklərini yerinə yetirməyənlər silah vermədikləri halda Ermənistan Respublikası üçün bunun hansı fəsadlarının olacağını yaxşı bilir”. Azərbaycanın öz müttəfiqlərinə müqavilə öhdəliklərini yerinə yetirməmələri üçün təsir göstərə bilməsi Ermənistanın diplomatik müstəvidə də Bakıya uduzması deməkdir. Armen Xaçatryanın fikrincə, realist olmaq lazımdır, bu gün müttəfiqlər öz geosiyasi maraqlarını rəhbər tuturlar: “Müttəfiqlərimizin də Azərbaycan və Türkiyə ilə ciddi maraqları və əlaqələri var. Sual ondan ibarətdir ki, hansı maraqlara üstünlük verilir və hansı maraqlar daha yüksəkdir. Təbii, bu o demək deyil ki, biz oturub Azərbaycanın bundan sonra nə edəcəyini gözləməliyik. Biz onsuz da başqa dövlətlərlə öz maraqlarımızı fərqli şəkildə təbliğ etməyə və silahlar əldə etməyə çalışırıq. Amma ən böyük və ən acınacaqlı fakt odur ki, bizim tərəfimizdən silah əldə etmə prosesinə əngəl törədən müttəfiq ölkələrdir”. Bu arada müxalifət müttəfiqlərin Ermənistana silah tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə baş nazir Nikol Paşinyanın özünü günahlandırır. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının üzvü, “Şərəf duyuram” müxalifət parlament fraksiyasının rəhbəri Hayk Mamicanyan bu xüsusda bildirir: “Ermənistanın üç keçmiş prezidenti niyə problemi həll edə bilirdi? Silah idxalı yalnız Paşinyan üçün uğursuz oldu”. Müxalifətçi deputatın sözlərinə görə, səbəb Rusiya-Ukrayna müharibəsi deyil, çünki Paşinyan bu müharibədən xeyli əvvəl baş nazir seçilib:  “Yalnız Serj Sarkisyanın prezidentliyi dövründə Ermənistan Respublikasına silah formasında əlli min tonluq dəstək pulsuz verilib. Yəni necə oldu ki, ondan əvvəl ölkənin üç lideri Ermənistana silah gətirə bildi, amma Paşinyan buna nail olmadı? Hesab edirəm ki, hər halda bu, Paşinyanın problemidir. Rusiyanın müharibə vəziyyətində olmasının burada rol oynaması ilə bağlı iddialar da gülüncdür. Rusiya fevral ayından Ukrayna böhranının birbaşa fazasına cəlb olunub. Nikol Paşinyan isə 2018-ci ilin mayından Ermənistanda hakimiyyətdədir”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ