Cümə axşamı günü, 12 noyabr 2026
     

Dağıstanda kumıklar səfərbərlikdən kütləvi narazıdır...

Image


Dünyanın ikinci ən güclü ordusuna sahib ölkə adını daşıyan Rusiya Ukraynada ciddi məğlubiyyətlə üzləşməkdə davam edir. Ukraynanın şərqindəki Liman şəhərindən Rusiya qüvvələrinin geri çəkilməsi də bunu açıq şəkildə göstərir.

Ötən həftə sonu Ukrayna qüvvələri ölkənin şərqindəki strateji əhəmiyyətli Liman şəhərini alıblar. Bu, Luqansk və Donetsk bölgələrinə doğru irəliləmək üçün yeni imkanlar açır. Rusiya Müdafiə Nazirliyi bildirib ki, minlərlə əsgərin mühasirəyə düşməsi təhlükəsindən yayınmaq üçün Limandakı qüvvələr daha sərfəli mövqelərə çəkilib: “Mühasirəyə alınma təhlükəsinə görə müttəfiq qoşunları Qırmızı Liman yaşayış məntəqəsindən daha əlverişli xətlərə çəkilib".

Britaniya hərbi kəşfiyyatı bildirir ki, əməliyyat baxımından Liman vacibdir, çünki ona nəzarət Severski Donetsk çayı üzərindəki əsas keçidə nəzarət deməkdir: “Rusiyanın Limandan çıxması həm də əhəmiyyətli siyasi uğursuzluqdur, çünki o, Rusiyanın guya “azad etmək” istədiyi və qeyri-qanuni ilhaq etməyə cəhd etdiyi Donetsk vilayətində yerləşir". Limanın alınması ardınca Çeçenistan lideri Ramzan Kadırov  şəhəri müdafiə edən hərbi komandanlığı tənqid edib. Kadırov baş verənlərdə ilk növbədə ərazidəki hərbi birləşmələrə rəhbərlik edən Mərkəzi Hərbi Dairənin komandiri, general-polkovnik Aleksandr Lapini günahlandırıb: “Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim və əlinə silah verib günahını qanla yumaq üçün cəbhəyə göndərərdim”. Çeçenistan başçısı, həmçinin, artıq kardinal tədbirlər görməyin - sərhədyanı rayonlarda hərbi vəziyyət elan etməyin və az güclü nüvə silahından istifadə etməyin lazım olduğunu da qeyd edib. Liman şəhərindəki uğursuzluğu Putin rejiminə sadiq başqa şəxslər də tənqid edib. Ukrayna lideri Volodimir Zelenski telemüraciətində belə tənqidlərə münasibət bildirib: “Yeri gəlmişkən, onlar artıq bir-birini dişləməyə başlayıblar: günahkarları axtarırlar, uğursuzluqlarda bəzi generalları günahlandırırlar... Bu, Rusiya hakimiyyətinin bütün səviyyələrində eşidilməli olan ilk zəngdir”. ABŞ-dakı Müharibənin Öyrənilməsi İnstitutu yazır ki, hazırda Moskva bu bölgədənsə, ölkənin cənubundakı ərazilərin müdafiəsinə üstünlük verir. Qurumun ekspertlərinə əsasən, Liman ətrafındakı cəbhə xəttinin zəifləməsi, demək olar ki, hərbi komandanlığın deyil, prezident Vladimir Putinin qərarıdır: “Bu onu deməyə əsas verir ki, Putin Luqansk vilayətindən daha çox Xerson və Zaporojye vilayətlərinin saxlanmasına əhəmiyyət verir. Ukrayna və Rusiya mənbələri son vaxtlar Xarkov-İzyum cəbhəsinin dağılmasına, hətta Liman ətrafındakı Rusiya müdafiəsinin çökməsinə baxmayaraq, Rusiya qoşunlarının Xerson və Zaporojye vilayətlərində mövqelərini möhkəmləndirməkdə davam etdiyini bildirir”.

Ukraynada məğlubiyyətə uğrayan Rusiya üçün daha bir ciddi problem səfərbərliklə bağlıdır. Məlumdur ki, prezident Vladimir Putinin sentyabrın 21-də qonşu Ukraynaya qarşı başladığı müharibədə canlı qüvvəsini artırmaq məqsədilə səfərbərlik elanından sonra Rusiyanın bir çox şəhər və kəndlərində etirazlar baş qaldırıb. Onlardan biri olan Dağıstan ən sürətli, ən böyük və qətiyyətli etirazlarla dünya mətbuatının gündəminə gəlib. Babayurt rayonundakı etiraz aksiyasının iştirakçıları bu xüsusda bildirir: “Son nəfəsimizə qədər mübarizə aparacağıq”. Bir neçə gün əvvəl Babayurt rayonunun sakinləri federal magistral yolu bağlayıblar. Eyni ərazidə başqa bir qrup yerli hərbi komissarlıqda hərbi heyətlə dalaşıb. Növbəti günlər ərzində qəzəbli etirazlar yaxınlıqdakı Xasavyurt rayonunun Endirey kəndinə, daha sonra Dağıstanın paytaxtı Mahaçqalaya yayılıb. Babayurt və Xasavyurt rayonlarının əhalisi əsasən türkdilli müsəlman kumıklardan ibarətdir. Sayları 500 minə yaxındır. Ümumiyyətlə, Dağıstanda onlarla etnik qrup yaşayır. “Azad Rusiya” Fondunun Şimali Qafqazda etnik araşdırmalar üzrə mütəxəssisi Denis Sokolov bu xüsusda qeyd edir: “Bu rayonlardan artıq çox sayda əsgər gedib. Çox sayda kumık müharibədə olub. Bəziləri müharibədə ölüb. Döyüşməkdən imtina edən kişilərin də sayı çoxdur. Bəziləri müharibədən yenicə qayıdıb, indi də təzədən səfərbərliyə cəlb olunur. Onlar başa düşürlər ki, geri qayıtsalar, onlar üçün çox çətin olacaq. Anaları, həyat yoldaşları və bacıları bunun necə bitəcəyini çox yaxşı bilirlər. Buna görə də münaqişə qaçılmazdır”. Sokolovun sözlərinə görə, səfərbərlik ətrafındakı həyəcan kumıklarla avarlar arasında gərginliyi artırıb:
“Babayurt və Xasavyurtda avarlarla kumıkların sayı demək olar eynidir. Ancaq icra hakimiyyətlərində, hüquq-mühafizə orqanlarında və təhlükəsizlik qurumlarında çoxlu avar var”. Onun sözlərinə görə, ortada artıq siyasi məcraya keçmiş ərazi münaqişəsi var: “Hər kəs başa düşür ki, səfərbərlik insanları müharibəyə göndərmək deməkdir. Hərbi komissarlıq avarlardan ibarətdirsə, səfərbərliyə də kumıklar cəlb olunursa, bu, gərginliyi artırır”. Etirazların davam etdiyi və 8 min nəfər əhalisi olan Endirey Xasavyurt rayonunun ən böyük kəndlərindən biridir. Sosial mediada yayılan videolarda 100-dən çox adamın qəzəbli nümayişlərdə iştirak etdiyini, polisin havaya atəş açdığını görmək olur. Yerli media 110 nəfərədək endireyliyə hərbi çağırış vərəqəsi gəldiyini bildirir. Onların arasında Ukrayna müharibəsindən yenicə gələnlər də var. “Zona Kavkaza” adlı “Telegram” kanalı yazır ki, səfərbərliyə dəstək nümayişlərinin tez-tələsik təşkilində məqsəd Dağıstan rəhbəri Sergey Melikovun “respublikada vəziyyətə nəzarət etdiyini, Putin və partiyanın siyasətini həyata keçirdiyini” göstərmək olub. Eyni zamanda yerli hökumət mediası səfərbərliyə etiraz edənləri islamçı ekstremist və qorxaq kimi qələmə verməyə çalışır. Babayurtdan olan bir etirazçı isə buna cavabda bildirir: “Ancaq bütün normal adamlar bizim niyə küçələrə çıxdığımızı bilir. …Çağrılanların 90%-i kumıklardır. O biri millətlərə nə olub? Onlara dəymirlər”. O əlavə edib ki, hərbi komissarlıq onu çağırsa getməyəcək, çünki gedib vuruşmaq və Putin üçün ölmək fikrində deyil.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ