Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistan sərhədlərin müəyyənləşdirilməsini uzadır, Azərbaycan təkbaşına hərəkət etmək zorunda...

Image


Sərhəddə baş verən son hərbi insidentdən sonra Ermənistan Azərbaycanı guya onun ərazisinə soxulmaqda ittiham etsə də, beynəlxalq ictimaiyyətdən gözlədiyi reaksiyanı ala bilmədi. Səbəb də odur ki, Ermənistanın iddialarının əsassız olduğunu dünya qəbul edir. Eyni zamanda dünya erməni yalanına da bələd olduğundan, indi onların hər iddiasına da inanmır. Bunu fransız tarixçi, politoloq, Avrasiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı Maksim Qauenin açıqlamaları da təsdiq edir.

Qauen ölkəmizin dövlət sərhədində Ermənistanın törətdiyi son hərbi təxribatlara və yaranmış vəziyyətə münasibət bildirib. Politoloq bu təxribatların erməni komandanlığının tərkibində məlum havadarlarının köməyi ilə yeni müharibə arzusunda olan, azərbaycanlıların əvvəllər işğal olunmuş ərazilərə qayıtmasının qarşısını almaq istəyən revanşist zabitlər tərəfindən həyata keçirildiyini hesab edir: “Nikol Paşinyanın onların tərəfində olduğunu düşünmürəm. O, həqiqətən də dövlət çevrilişindən qorxduğu üçün orduda təmizlik aparmadı”. Ekspertin fikrincə, sentyabrda vəziyyətin gərginləşməsi Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda əhəmiyyətli irəliləyişin olması və Erməni İnqilab Federasiyası – “Daşnaksütyun”un İrəvanda hakimiyyət dəyişikliyi etmək istəyi ilə bağlıdır. Qauen nəzərə çatdırıb ki, Ermənistanın məlum havadarları Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunacaq sülh razılaşmasını istəmir və indiki kontekstdə (İsrail-Türkiyə-Azərbaycan üçbucağının yenidən yaradılması) Zəngəzur dəhlizi layihəsinə şiddətlə qarşı çıxır. Amma Azərbaycan və Ermənistan rəhbərləri arasında Zəngəzur dəhlizinin mahiyyəti ilə bağlı fikir ayrılıqları olsa da, onları danışıqlar yolu ilə həll etmək mümkündür. Təxribat strategiyasının erməni millətçiliyinin 1890-cı ildən əl atdığı çox köhnə ideya olduğunu xatırladan politoloq bildirib ki, məqsəd xarici müdaxiləni təhrik etməkdir. Amma bu dəfə təxribatçıların Azərbaycanın balanssız cavab verəcəyi ümidi puça çıxıb: “Azərbaycan ordusu Ermənistanın döyüş vasitələrini məhv etdi, yüzlərlə hərbçini öldürdü və strateji yüksəklikləri ələ keçirərək sərhədi təkbaşına demarkasiya etdi”. Lakin bu reallığı erməni tərəfi hələ də qəbul etmək istəmir. Qarşı tərəf bildirir ki, Azərbaycan ordusu Cermuk istiqamətində irəlilədikdən sonra indi burada mövqelərini möhkəmləndirir. “Azatutyun” radiosu  yazır ki, “iki həftə sonra Azərbaycan bölmələri Cermukdan geri çəkildimi” sualına Ermənistan Müdafiə Nazirliyi birbaşa cavab verməsə də, bildirir ki, vəziyyət dəyişərsə, bu barədə məlumat verəcəklər. Bu arada Cermuk sakinləri bildiriblər ki, azərbaycanlılar nəinki getməyib, əksinə, mövqelərini möhkəmləndirirlər. Onlardan biri olan Şirak Buniatyanın sözlərinə görə, azərbaycanlıları şəhərdən adi gözlə görmək olur: “Cermukun bir az yuxarısında dayandığınız zaman onları görə bilərsiniz, onlar mühəndis işləri ilə fəal məşğul olurlar. Hətta işləyən traktorları da gördük. Hərbi bilgim yoxdur, onların mühasirəyə alıb-alınmadığını deyə bilmərəm, amma adamların onların olduğu yerdən gəlib-getdiyini gördüm... Bunu mühasirə hesab etmək olarsa, mən mühasirənin nə olduğunu bilmirəm”.

“Azatutyun” radiosu onu da qeyd edir ki, Cermuk istiqamətində irəliləyən 10-12 nəfərlik azərbaycanlı qruplaşma barədə daha əvvəl Baş Qərargah rəisi Eduard Asryan məlumat verib. O, hərbçilərin təpənin üstündə yerləşdiyini göstərərək əlavə edib ki, dəstəyə su və yemək verilməsə, bir neçə günə ehtiyatları tükənəcək və onlar oranı tərk etməli olacaqlar: “Qrup cinahlardan bölmələrimiz tərəfindən mühasirəyə alınıb, yəni taktiki vəziyyəti stabil qiymətləndirirəm, bizim məharətli hərəkətlərimiz nəticəsində bu dəstə oradan ayrılacaq”. Lakin Cermuk sakinləri reallığın tam başqa olduğunu bildirir. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Arakel Martikyan isə Cermukda itirilən mövqelərin az taktiki əhəmiyyət daşıdığını iddia edib, digər tərəfdən isə etiraf edib ki, Azərbaycan tərəfi həmin mövqelərdən erməni yaşayış məntəqələrini izləyir: “Son hallara gəlincə, Cermuk bölgəsində ən böyük ərazi itkilərimiz oldu. Deməzdim ki, onların burada ciddi ərazi irəliləyişi var. Onlar bir neçə döyüş mövqeyini ələ keçirə bildilər, lakin bu döyüş mövqeləri taktiki baxımdan o qədər də vacib deyil. Strateji nöqteyi-nəzərdən isə onlar vacibdir, çünki bilavasitə bizim yaşayış məntəqələrimizin üstündədir”. Lakin o, 13 sentyabr sərhəd toqquşmasından sonra Ermənistanın neçə mövqe itirdiyini dəqiqləşdirməyib. “Azatutyun” radiosu ermənilərə istinadən yazır ki, bir il əvvəl əgər 41 kvadrat kilometr ərazi Azərbaycanın nəzarətinə keçibsə, son hadisələrdə bunun üzərinə daha 10 kvadrat kilomet əlavə olunub. Amma Prezident İlham Əliyev Laçına səfəri zamanı Azərbaycan ordusunun Ermənistan ərazilərinə girməsi ilə bağlı qarşı tərəfin iddialarını əsassız adlandırıb: “Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Sərhəd onların dediyi yerdədirsə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar”. Onun sözlərinə görə, sərhədlər delimitasiya olunmadan heç kəs sərhədin haradan keçdiyini deyə bilməz. O, Azərbaycanın müzakirələrə hazır olduğunu, delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşdığını vurğulayıb. Sadəcə, erməni tərəfi bu prosesi gecilkdirir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ