Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi jurnalist Anar Miriyevin şanlı döyüş yolu... - MÜSAHİBƏ

Image


İnformasiya cəbhəsi düşmənə qarşı çox kəsərli silah olsa da, onlar bu silahdan istifadə etməkdən daha çox, əllərinə gerçək silah alıb ön cəbhədə döyüşməyə üstünlük verdilər. Müharibəni gözləri ilə gördülər, qanlı-qadalı, odlu-alovlu, ölüm saçan savaşın düz mərkəzində oldular, ölümün gözünə dik baxdılar, neçə-neçə qəhrəmanın həyat dastanını qüssəli ürəklərinə köçürdülər, köçürdülər ki, bir gün yazıb bizlərə də ərmağan etsinlər. 

“Bakı-Xəbər”in Vətən müharibəsində iştirak edən qazi jurnalistlərlə bağlı gerçəkləşdirdiyi layihənin budəfəki qonağı əlindəki qələmi odlu silaha dəyişib cəbhəyə üz tutan Zəfər yürüşçülərindən, Zəfər dastanının müəlliflərindən biri - “İki sahil” qəzetinin baş redaktor müavini Anar Miriyevdir.

- Anar bəy, xoş gördük. Sizinlə 44 günlük Vətən müharibəsinin iki illiyi günlərində görüşürük. Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində də, daha dəqiq desək, Vətən müharibəsində də jurnalistlər həm əllərində silah cəbhədə döyüşüblər, həm də informasiya savaşında mücadilə veriblər. Siz də Vətən müharibəsində iştirak etdiniz. Könüllü getmişdiniz, yoxsa səfərbərliklə?

- Mən ehtiyatda olan zabitəm və yaş senzi ehtiyatda olan zabitlər üçün yuxarıdır. Ehtiyatda olan baş leytinant olduğuma görə qismən səfərbərliyə düşürdüm və sentyabrın 29-da Səbail rayon Hərbi Komissarlığından zəng oldu ki, komissarlıqda olmaq lazımdır. Getdim. Sentyabrın 30-u artıq hərbi hissələrdən birində idim. Bir gün orada qaldıq və bizi forma ilə təmin etdilər, sonra gecə saat 3-4 arası xüsusi maşınlarla döyüş bölgəsinə yola saldılar.

- Səfərbərliyə alınacağınızı gözləyirdinizmi? Sizə zəng gələndə hansı hissləri keçirdiniz?

- Əlbəttə gözləyirdim. Ehtiyatda olan zabit olduğumdan, nə vaxtsa torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması üçün döyüş başlayarsa müharibəyə çağırılacağımı bilirdim. Psixoloji cəhətdən buna hazır idim. Çünki biz 30 il idi ki, bu günü gözləyirdik. Bilirdik ki, nə zamansa döyüş olmalıdır. Çünki ermənilərin bizim torpaqlarımızı dinc yolla qaytaracağına inanmırdıq. Müharibəyə mənəvi cəhətdən də hazır idim. Doğrudur, döyüş bölgəsinə gedəndə ilk günlər bir az adaptasiya olmaq çətin oldu, sonra qısa müddət ərzində hər şey yoluna düşdü. İki-üç gündən sonra tam şəkildə adaptasiya oldum.

- Müharibəyə getməyinizi övladlarınız və həyat yoldaşınız eşidəndə necə qarşıladılar? Onların reaksiyası necə oldu? Ailənizin əhval-ruhiyyəsi necə idi?

- Sözün doğrusu, ailəmə müharibəyə gedəcəyimi heç bildirmədim. Dedim ki, səfərbərlikdən çağırıblar, hərbi hissədə təlim keçəcəklər, lazım olarsa göndərəcəklər. Yəni döyüşə gedəcəyimi evdə heç kəsə demədim. Gedəndən bir neçə gün sonra döyüş bölgəsində olanda artıq bildilər müharibəyə getmişəm.

- Döyüş yolunuz haralardan keçdi?

- Mən əsasən Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etdim. Bizim hərbi hissə Xocavənd istiqamətində yerləşirdi. Qızıl Qaya, Üçtəpə istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Olduğumuz yer, ərazi  reliyefi çox mürəkkəb idi və relyefə görə irəliləmək çox çətin olurdu. Düşmən 30 il ərzində yüksəkliklərdə və zirvələrdə istehkamlar qurmuşdu, iki, üç, beş qatlı istehkamlar yaratmışdı. Bu səbəbdən irəliləmək çətin olsa da, Azərbaycan Ordusu, Azərbaycan əsgəri böyük qəhrəmanlıq, böyük şücaət göstərərək ərazilərimizi düşmən işğalından azad etdi.

- Azərbaycan üçün qələbəni reallaşdıran amil təkcə güclü ordu, ən müasir silahlar, texnologiyalar oldu, yoxsa burada mənəvi-ideoloji faktorlar da az rol oynamadı?

- Bu məsələni xüsusi qeyd etmək istəyirəm. Mən yalnız ordumuzun, əsgərlərimizin deyil, səfərbərliklə və könüllü müharibəyə gələn insanlarımızın nə qədər böyük vətənpərvərlik hissində olduğunun canlı şahidi oldum. 19, 20, 21, 23 yaşlı gənclərimizin vətənpərvərliyini hər addımda hiss etdim. Baxmayaraq ki, bunlar onda nə Şuşa, nə Laçın, nə Qarabağ görmüşdü, amma Vətən, torpaq uğrunda necə böyük istəklə döyüşürdülər. Bu hiss çox yüksək səviyyədə idi. Canlı şahidi olduğum bir məqamı da qeyd etmək istəyirəm. Şəxsi heyətdə, orduda Ordunun Ali Baş Komadanına böyük inam, hörmət, ehtiram var. Ali Baş Komandanın bir kəlmə sözünün orduda nə qədər böyük ruh yüksəkliyinə səbəb olduğunun canlı şahidi oldum. Bir də, təbii ki, xalqımızla ordunun birliyi unudulmazdır. Xalq tərəfindən orduya çoxlu yardımlar göndərilirdi, göndərilənlər bizə də gəlib çatırdı. Bu, əsgərə çox müsbət təsir göstərirdi. Bunun ən çox da mənəvi dəyəri vardı. Əsgər bilirdi ki, onu arxa cəbhədə düşünən var.

- Əsgərə yazılan məktubların da öz yeri olub yəqin ki…

- Cəbhədən qayıdanda özümlə əlliyə yaxın əsgərə yazılan məktub gətirdim. Bunlar bölgələrdən əsgərlərə yazılan məktublar idi. Əsgərə yazılan məktublar bəlkə də kiməsə adi gələ bilər…Şagirdlərin yazdığı məktublarda bəzən elə epizodlar olurdu ki, onlar adama ruh verirdi. Bəzən döyüş arası müəyyən fasilə olurdu, hərə bir tərəfdə bir az dincəlməyə çalışırdı. Çünki yarım saatdan, bir saatdan sonra nə olacağı bəlli deyildi. Orada vəzifəm bölük komandirin şəxsi heyətlə işi üzrə müavini idi. İşim şəxsi heyətlə təmasda olmaq, onlarla ideoloji cəhətdən işləmək idi. Əsgərə gələn məktubların hamısını yığıb saxlayırdım. Döyüş bölgəsi tez-tez dəyişirdi, amma bütün hallarda öz çantamda o məktubları özümlə daşıyırdım. Döyüşlər arası qısa fasilələrdə mən o məktublardan oxumaq üçün  əsgərlərə verirdim, bəzən özüm də oxuyurdum, görürdüm ki, bu onlara çox müsbət təsir göstərir. O məktublar ölkəmizin müxtəlif bölgələrindən, müxtəlif məktəblərdən gəlirdi.

- Bəzən yaşlı nəsil son 20-30 ildə yetişən gəncliyə bir az inamsız yanaşırdı, hətta bəziləri “bu nəsil itirilmiş nəsildir” deyirdilər. Amma 44 günlük Vətən müharibəsi sübut etdi ki, bu 20-30 ildə biz çox güclü nəsil yetişdirmişik və bu nəsil bizim əslində qazandığımız nəsil olub. Siz nə düşünürsünüz?

- Mən sizə birini deyim: Şəmkir rayonundan olan 19 yaşlı şəhid Eşqin Gülməmmədovun qəhrəmanlığını qeyd etmək istəyirəm.  Şəhid olanda 19 yaşı vardı. Məktəbi bitirib əsgərliyə gəlmişdi, bir il idi ki, xidmət edirdi, bizim hərbi hissədə, bölükdə idi. Nə qədər böyük qəhrəmanlıqlar göstərdi, nə qədər böyük həvəslə, ruh yüksəkliyi ilə döyüşürdü. Ən böyük  arzusu Şuşaya getmək, bayrağımızı ora sancmaq idi. O, barəsində danışdığımız müasir gəncliyin bir nümunəsi idi. Vətən müharibəsi mənim də müasir gənclik barədə fikrimi tamamilə dəyişdi. Olduğum bölgədə Şəmkirdən, Salyandan, Kürdəmirdən, Mingəçevirdən, Bakıdan, Sumqayıtdan, bir sözlə vətənimizin hər yerindən 20-21, 22-23 yaşında gənclər döyüşürdü.

  • “Biz vətənimiz uğrunda döyüşməyə hər zaman hazırıq”

- Bir jurnalistin əlində qələm deyil, əlində silah döyüşməsi nə deməkdir?

- Bəlkə də qələmi silaha dəyişmək, kompüter arxasından durub səngərdə əlində avtomat döyüşmək bir qədər çətindir. Amma biz vətənimiz uğrunda döyüşməyə hər zaman hazırıq. Sabah, birisi gün, nə zaman lazım olsa, Ali Baş Komandan əmr etsə biz bir nəfər kimi döyüşə getməyə hazırıq. Sadəcə, mənim jurnalistikada olmağım, jurnalistliyim orada köməyimə çatırdı.

- Nə mənada?

- Şəxsi heyətin üzvləri mənim jurnalist olduğumu bildikləri üçün tez-tez müraciət edirdilər. İrəlilədikcə əlaqə vasitələrimiz itirdi. Yəni internet, televiziya, qəzet, sayt, bir sözlə, heç bir informasiya vasitəsi yox idi. Daha çox da haranı almışıq, haranı azad etmişik, Ali Baş Komandan xalqa müraciətində nə deyib kimi suallar verib bu barədə informasiya almaq istəyirdilər. Mənə müraciət edirdilər ki, nə xəbər var, haraları azad etmişik. Fikirləşdim, bir yol tapdım, informasiyanı telefonumdakı radio vasitəsilə alıb şəxsi heyətə çatdırırdım...

- Cəbhədə yaşadıqlarınız, şahidi olduqlarınız barədə kitab yazmaq istəyirsiniz?

- Belə bir fikrim var. Xeyli qeydlər aparmışam, müharibədə qeydlərimi çətinliklə də olsa qoruyub saxlaya bildim. Bir ara qeydlərim olan çanta itmişdi, amma xoşbəxtlikdən sonra tapıldı və gəlib mənə çatdı. Cəbhə gündəliyi yazmaq fikrim var. Müharibədə o qədər qəhrəmanlıqlar gördüm ki. Azərbaycanın nə qədər əsgərləri, zabitləri, ölümün gözünə dik baxan qəhrəman oğulları var. Döyüşə girib çıxıb, amma dincəlməkdən imtina edib yenidən döyüşə gedən oğulları gözlərimlə görmüşəm, dincəlmək istəmirdilər…O qəhrəmanlıqları yazmaq istəyirəm.

- Müharibədən dönəndə uşaqlarınız sizi necə qarşıladı?

- Çox böyük sevinclə qarşıladılar. Onlar hətta mənim gəlişimdən xəbərsiz bizim şəxsi heyət üçün 31 dekabr münasibətilə video da çəkmişdilər, şeir demişdilər, fikirləri var idi ki, mənə göndərsinlər, mən də onların videosunu şəxsi heyətə izlətdirim. Elə oldu, mən özüm gəldim, onların çəkdiyi videonu gecə ilə komandirə göndərdim ki, orada şəxsi heyətə izlətsinlər.

- Qazi jurnalistlərə münasibət size qane edirmi?

- Bəli, qane edir. Müharibədən qayıtdıqdan sonra cənab Prezident tərəfindən “Xocavəndin azad olunmasına görə” və Vətən müharibəsi iştirsakçısı medalları  ilə təltif olundum. Mənə müharibə veteranı təqaüdü təyin olundu. Bizə dövlət tərəfindən bütün diqqət və qayğı göstərilir. Dövlət qayğısından çox razıyam.

- Qələbəni eşidəndə hansı hisslər keçirdiniz?

- Biz böyük bir əməliyyata hazırlaşırdıq, amma bizə xəbər gəldi ki, düşmən təslim olub, kapituliyasiya aktı imzalayıb. Şəxsi heyətdə həm böyük sevinc yaşadıq, həm də şəxsi heyət üzvləri bir qədər təəssüfləndi ki, müharibə niyə dayandı, gərək irəliyə gedəydik. Qəlbimizdə böyük sevinc və  qürur hissləri var ki, ərazi bütövlüyümüzü bərpa etdik, zəfər qazandıq, düşmən qarşımızda diz çöküb təslim oldu. Zəfər sevincini sözlə ifadə etmək çox çətindir, onu gərək yaşayasan. 44 günlük müharibdə döyüşən, bir az yorğun olan, böyük qəhrəmalıqlar göstərən şəxsi heyətin zəfər sevincinin sözlə ifadəsi yoxdur. Kənardan baxıb nə isə demək asandır. Demək istəyirəm ki, müharibə ağır şeydir. Nə qədər kadrlara baxsan da, yazsan da, onu yaşamayan adam müharibənin nə qədər ağır bir şey olduğunu, ölümün adiləşdiyini hiss edə bilməz. Bir də onu demək istərdim ki, Azərbaycan xalqı əmin olsun ki, onu qoruyan şanlı ordusu var. Necə böyük qəhramanlarımızın olduğunun şahidi oldum. Gördüm ki, bizim nə qədər güclü, böyük, qəhrəman ordumuz var. Gözünü qırpmadan dövlət, torpaq, bayraq uğrunda ölümə getməyə, şəhid olmağa hazır olan oğullarımız saysız-hesabsızdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ