Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan-Türkiyə tandemi Qafqazda həlledici güc mərkəzinə çevrilir...

Image


Dünya üçün xüsusi diqqət mərkəzində yer alan əsas məsələlərdən biri Rusiya-Ukrayna müharibəsinin nəticələri, beynəlxalq geosiyasi müstəvidə hansı dəyişikliklərə gətirib çıxaracağıdır. Hazırda əsas gözləntilər bundan ibarətdir ki, yaxın dövr ərzində müharibə daha da şiddətlənəcək.

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Avril Haines də qeyd edir edir ki, Ukraynada vəziyyət daha da gərginləşməyə doğru gedir: “ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsi yaxın aylarda daha ​​gözlənilməz xarakter alacaq və gərginləşəcək”. Vladimir Putinin növbəti addımını proqnozlaşdırmağın çətin olduğunu bildirən Hainesin sözlərinə görə, Rusiya prezidentinin ambisiyaları ilə Rusiya ordusunun hazırkı imkanları arasında uyğunsuzluq mövcuddur: "Hazırkı durum Putinin daha sərt tədbirlər görəcəyi ehtimalını artırır. Putinin Rusiyanın mövcudluğu ilə bağlı təhlükə hiss etməyəcəyi təqdirdə nüvə silahından istifadə edəcəyi inandırıcı deyil". Haines həmçinin bildirib ki, Putinin hədəfləri Donbasdan çox kənara çıxır: "Donbasdakı döyüşlərin müharibəni bitirəcəyinə əmin deyilik. Putin qısa müddətdə Donetsk və Luqansk vilayətlərini ələ keçirmək, Xerson şəhərinə nəzarəti təmin etmək və potensial olaraq tanınmamış Dnestryanı quru yolunu genişləndirmək istəyir. Amma Dnestryanıya çatmaq üçün Putin Rusiya daxilində tam səfərbərlik aparmalı olacaq. Həm Rusiya, həm də Ukrayna hərbi sahədə irəliləyişə davam edə biləcəklərinə inandıqlarına görə ən azı qısamüddətli perspektivdə əlverişli danışıqlar yolu görmürük". Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında isə qeyd edilir ki, Ukraynanın müqavimətini düzgün qiymətləndirməməsi və onu “ən yaxşı ssenari” üzrə planlaması Rusiyanın açıq-aşkar əməliyyat uğursuzluqlarına gətirib çıxarıb və prezident Putinin 9 May Qələbə Günü paradında Ukraynada əhəmiyyətli hərbi uğurlar elan etməsinə mane olub. Bildirilir ki, Rusiyanın Ukraynanı işğal planı onun məhdud müqavimətlə qarşılaşacağı və əhalinin məskunlaşdığı mərkəzləri sürətlə mühasirəyə ala və yan keçə biləcəyi ilə bağlı səhv fərziyyələrinə əsaslanıb. Qeyd olunur ki, əməliyyatlarla bağlı yanlış hesablamaları Rusiyanın yeri doldurulmayan itkilər verməsinə və əməliyyat fokusunun azalmasına səbəb olub. ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbəri Skott Berryer isə qeyd edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi dalana dirənib. O bildirib ki, hələlik silahlı münaqişə tərəflərindən heç birinin döyüş meydanında yekun üstünlüyü yoxdur: “Ruslar qalib gəlmir, amma ukraynalılar da qalib gəlmir”.

ABŞ-ın keçmiş dövlət katibi, məşhur politoloq Henri Kissincerə görə isə, Ukraynada müharibə başa çatdıqdan sonra dünyada geosiyasi vəziyyət ciddi dəyişikliklərə məruz qalacaq. O hesab edir ki, indi Qərb üçün əsas məsələ Rusiya və Çinin bir araya gəlməsinin qarşısını almaqdır: “Çin və Rusiyanın bütün gözlənilən məsələlərdə eyni maraqlara malik olması təbii deyil. Düşünmürəm ki, biz onlar arasında mümkün fikir ayrılıqlarına səbəb ola bilərik. Ukraynadakı müharibədən sonra Rusiya ən azı Avropa və NATO-ya ümumi münasibətinə yenidən baxmalı olacaq. Düşünürəm ki, iki düşməni bir araya gətirəcək şəkildə onlara düşmən münasibət bəsləmək ağılsızlıqdır və biz Avropa ilə münasibətlərimizdə və daxili müzakirələrimizdə bu prinsipi qəbul etdikdən sonra belə bir tarixi imkanlar yaranacaq. Diferensial yanaşma tətbiq edə bilərik. Bu o demək deyil ki, onlardan hər hansı biri Qərblə yaxın dost olur, sadəcə olaraq, konkret məsələlər ortaya çıxanda fərqli yanaşma imkanlarını açıq qoyuruq. Qarşıdakı dövrdə Rusiya və Çini "ayrılmaz element" kimi qarışdırmamalıyıq”. Bu vəziyyətdə Putinin qırmızı xətlərinin nədən ibarət olması ilə bağlı Kissincer qeyd edib ki, onunla təxminən 15 il öncə sırf akademik strateji müzakirələr üçün görüşüb: "Düşünürəm ki, o, Rusiya tarixinə bir növ mistik inanc bəsləyir. Məncə, o, beynəlxalq arenada üzləşdiyi situasiyanı və Rusiyanın imkanlarını səhv hesablayıb. Açıq sual budur ki, bu eskalasiya nə qədər davam edəcək? hələ ki bu bilinmir”. Bunlar fonunda “Blumberq” nəşri yazır ki, Rusiya sanksiyalara görə, son 30 ilin ən güclü iqtisadi çöküşünü yaşaya bilər. Analitiklərin fikrincə, Rusiyanın ümumdaxili məhsulu 12% azalacaq və əgər proqnoz özünü doğruldarsa, bu, SSRİ-nin 1990-cı ildəki çöküşü zamanı yaşanan iqtisadi sarsıntı ilə müqayisə oluna bilər. Elə bu səbəbdən fikirlər səslənir ki, Rusiya nəinki beynəlxalq, hətta regional səviyyədə təsir gücünü ciddi şəkildə itirəcək. Qərbin Rusiyaya ardıcıl olaraq tətbiq etdiyi sanksiyalar paketi, təbii olaraq, ölkə iqtisadiyyatını daha çox sıxışdıracaq. Rusiya iqtisadiyyatı dünyada 11-ci yerdə qərarlaşsa da, onun ilk iyirmilikdən kənara çıxacağı gözlənilir. Bu proses uzun müddət davam edərsə və Putin öz inadından dönməzsə, Qərb sanksiyalara israrla davam edəcək. Beləliklə, Rusiyanın beynəlxalq qurumlarda təmsilçiliyi də geriləyəcək. Yuxarıda qeyd edildiyi kimi, Rusiya nəinki beynəlxalq, hətta regional səviyyədə təsir gücünü ciddi şəkildə itirəcək. Kremlin qonşu ölkələrə təsir vasitələri də minimuma düşmüş olacaq. Hesab edilir ki, bu hal Cənubi Qafqazda da yeniliklərə səbəb olacaq. Rusiyanın burada təsir gücünü azalması halında Azərbaycan-Türkiyə tandemi daha güclü hala gələcək. ümumiyyətlə, indinin özündə də Azərbaycan-Türkiyə tandeminin regionda təsiri artır. Rusiyanın burada təsiri azalcağı halda yenə Azərbaycan-Türkiyə tandemi hesabına Qafqaza kənar qüvvənin gəlişi mümkünsüz hala gələcək.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ