Cümə günü, 13 noyabr 2026
     

Ukrayna hadisələrinin Ermənistanda təkrarlanma ehtimalı artır...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan artıq Ermənistanı və erməni xalqını təmsil etmir. Belə bir açıqlama ilə Ermənistanın müxalifət liderlərindən İşxan Saqatelyan çıxış edib. O, İrəvanda keçirilən mitinqdə xarici dövlətlərin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri qarşısında çıxış edərkən bildirib ki, Paşinyan artıq Ermənistanı təmsil etmir.

Müxalifətçinin qeyd etdiyinə görə, Ermənistanda siyasi böhran yaranıb və onun həlli Paşinyanın və komandasının istefasını tələb edir. Bu tələb, Saqatelyanın fikrincə, hazırkı rəhbərliyin təhlükəsizlik, iqtisadiyyat, milli maraqların müdafiəsi kimi sahələrdə kursunun uğursuzluğu ilə bağlıdır. Siyasətçi xarici diplomatları Ermənistan müxalifətinin mesajını öz ölkələrinin rəhbərliyinə çatdırmağa çağırıb. O, Ermənistanın dövlət strukturlarının əməkdaşlarını da etiraz hərəkatına qoşulmağa, rəhbərliyin hədələrinə məhəl qoymamağa və vətəndaş itaətsizliyi aksiyaları təşkil etməyə çağırıb. Bütün bunlar bir daha təsdiq edir ki, erməni müxalifəti, zorakı yolla olsa belə, hakimiyyəti devirməkdə israrlıdır və artıq bu fonda beynəlxalq miqyasda görüntü yaratmağa çalışır. Erməni ekspert Arbak Xaçatryan isə bütün bunları təhlükəli hal hesab edir: “Məhz geosiyasi reallıqlar kontekstində Ermənistanda baş verənlər çox təhlükəlidir. Çünki daxili oyun gözlənilməz ola bilər, hətta Ukrayna “qaynar nöqtəsi”nin ölkəmizə keçəcəyini də istisna etmirəm”. Erməni ekspert vurğulayıb ki, Ermənistandakı nümayişlərin Kremldən idarə edilməsini də istisna etmir. Digər erməni politoloq Levon Şirinyan da məsələyə eyni prizmadan yanaşır: “Xalq Nikol Paşinyandan, məndən, sizdən nə qədər narazı olsa da, quldurların tapşırıq yerinə yetirmək məqsədilə gəldiklərini görür. Quldurlar indiki erməni müxalifətidir”. Onun sözlərinə görə, Ermənistanda insanlar baş verənlərin yalnız Rusiyaya sərəfəli olan çevriliş cəhdi olduğunu başa düşürlər: “Müxaliflər ümid edirlər ki, bölgələrə gedəcəklər, orada dəstək alacaqlar, hücumu davam etdirəcəklər. Amma bölgələr onları dəstəkləməyəcək, bölgələrdə daha da biabır olacaqlar”. Erməni politoloq vurğulayıb ki, qondarma müxalifətin Moskvadan ölkəni qeyri-sabit vəziyyətdə saxlamaq əmri var. Bunlar fonunda “armenianreport” portalı yazır ki,  indi müxalifət azsaylı tərəfdarlarını açıq-aşkar nalayiq və aqressiv davranan yürüşlərə və itaətsizlik aksiyalarına aparır: “Hakimiyyət hələ də demokratiya oynamağa çalışır və ən ekstremal tədbirlərə əl atmır, yalnız İrəvan prospektlərini və insanların gur olduğu küçələri etirazçılardan təmizləyir.

Təbii ki, hakimiyyətin davranışına ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın brifinqdə Ermənistan hökumətini təmkinli olmağa, yürüş iştirakçılarına isə öz fikirlərini sülh yolu ilə bildirməyə və zorakılıqdan çəkinməyə çağıran son bəyanatı da təsir edir. Lakin sonuncular, hətta daha çox bu hərəkətlərin arxasında duranlar - Köçəryan, Sarkisyan və Vanetsyan Ermənistanda qanunun aliliyinə və demokratiyaya çoxdan tüpürüblər. Üstəlik, bu prinsiplər onlara həmişə naməlum olub. Sonra da hakimiyyətdə olanda, hətta indi daha çox tərəfdarları ilə polis arasında toqquşmalara səbəb olanda belə. Eyni zamanda onların timsalında yürüşlərin təşkilatçıları insanları qəsdən polislə toqquşmalara sövq edirlər ki, qarşıdiurma olsun, vəziyyət nəzarətdən çıxsın. Köçəryanın və Sarkisyanın mediasının manşetləri elə indi də bu fonda aşağıdakıları qışqırır: “Polis yürüş iştirakçılarına qarşı qeyri-mütənasib güc tətbiq edir! Polis məhbusların qollarını bükür”. Mübahisə olunmur ki, bəzi hallarda polis həqiqətən də iğtişaşçılara qarşı güc tətbiq edir. Amma birincisi, yalnız ictimai asayişi pozan ən fəallara qarşı, ikincisi, çətin ki, Nikol Paşinyan şəxsən hüquq-mühafizə orqanlarına öz vətəndaşlarına qarşı xüsusilə qəddar davranmağı əmr etsin. Amma bu gün “hakimiyyətin və polisin özbaşınalığı” barədə qışqıranlar, görünür, özlərinin hakimiyyətdə olarkən daha qəddar addımlar atdıqlarını unudublar. Onlar az qala öz xalqını zirehli texnika ilə əzəcəkdi. 2004-cü ilin aprelində polis və qoşunların İrəvanda müxalifətin etiraz aksiyasını necə vəhşicəsinə dağıtdığını xatırlayaq. Daha sonra insanlar işsizliyin artması və sosial vəziyyətin pisləşməsi ilə əlaqədar prezident Robert Köçəryana etimad üçün referendum keçirilməsini tələb ediblər. Lakin nümayiş polis tərəfindən vəhşicəsinə dağıdılıb. İnsanları dəyənəklə döyürdülər, sümüklərini, çənələrini, dişlərini sındırırdılar. 2008-ci ilin martında baş verən faciəli hadisələri, Robert Sedrakoviç və Serj Azatoviçi unutmusunuz? Amma sonra sizin göstərişinizlə etirazlar zorakılıqla dağıdıldı, nəticədə 10 nəfər həlak oldu, 250-dən çox insan yaralandı. Sarkisyan 2015-ci il iyunun 23-də İrəvanın mərkəzi prospektini etirazçılardan təmizləməyə göstəriş verib. Bu hadisə zamanı 237 nəfər saxlanılıb, 8 mülki şəxs xəstəxanaya yerləşdirilib. Yada salaq, elektrik enerjisinin bahalaşmasına etiraz edənlərin dağıdılması hansı amansızlıqla həyata keçirilib. Bir il keçdi və “Sasna Tsrer” qrupu bir polis alayını ələ keçirdi. 2016-cı il iyulun 30-da insanlar üsyançılara dəstək üçün kortəbii aksiyalar keçiriblər. Həmin vaxt “Sarı Taq” məhəlləsində polis xüsusi təyinatlıları müxalifət düşüncəli vətəndaşlara qarşı qırğın törədib. Polis yaşayış binalarına soxulub, günahsız yerli sakinləri şikəst edib, yeri gəlmişkən, aksiyada iştirak etməyən və təsadüfən buradan keçən bir oğlanın hətta gözünü çıxarıblar. Əgər indi hakimiyyətdə Köçəryan və ya Sarkisyan olsaydı, vətəndaş itaətsizliyi aksiyalarının elə ilk günündə polis gözyaşardıcı qazın və xüsusi təlim keçmiş itlərin köməyi ilə onların iştirakçılarını dağıdardı. Köçəryanın və Sarkisyanın qəddarlığı, hakimiyyətdən yapışması və onun naminə öz soydaşlarının meyitləri üzərində gəzməyə hazır olmaları Ermənistanda heç kimə sirr deyil. Və indi itaətsizlik aksiyalarının dağıdılması zamanı heç kimin ölməməsi müxalifətin yox, Paşinyanın xidmətidir. Nə qədər “kapitulyant” olsa da, mənasızcasına erməni xalqının qanını tökməyə qətiyyən hazır deyil”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ