Cümə günü, 13 noyabr 2026
     

Xalqa xidmətə həsr olunan ömür... - Birinci yazı

Image


Ulu öndər Heydər Əliyev- Azərbaycanın dünya siyasətinə bəxş etdiyi nəhəng şəxsiyyət!

Böyük dövlət rəhbərləri ilə zəngin olan tariximizin ən böyük dövlət xadimi, müstəqil dövlətimizin  xilaskarı və qurucusu!

Öz müdrikliyi və təşkilatçılıq bacarığı hesabına dünyanın ən böyük imperiyasının rəhbərlərindən biri olmağı bacarmış dahi həmvətənimiz!

Ondan əvvəl imperiya paytaxtına işləməyə başqa bir dəyərli həmvətənimiz-Müsavat partiyasının rəhbəri Məmməd Əmin Rəsulzadə dəvət olunmuşdu. İlk demokratik respublikamızın süqutundan sonra həbs olunan və İ.Stalin tərəfindən  Moskvaya aparılan M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığında onun miqyasına qətiyyən uyğun gəlməyən çox kiçik bir vəzifəyə-mətbuat müvəkkili vəzifəsinə təyin edilmişdi.

Bu təyinatdan 62 il sonra, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdu.

 1987-ci il oktyabrında tutduğu vəzifələrdən istefa vermiş və yanlış xətt götürən SSRİ rəhbərliyinə dərs mahiyyətində xəbərdarlıq etmişdi: “məni hesabdan silməyə çox tələsirsiniz!”. Anlatmağa çalışmışdı ki, bu cəhdlər mənasızdır, xalqının sevgisini qazanan və onun çağırışı ilə özünü hər təhlükəyə atmağa hazır olan  böyük dövlət adamlarını heç bir qüvvə sıradan çıxara bilməz.

İstefadan sonra ilk çağırış 1990-cı ilin yanvarında oldu. Heydər Əliyev sovet qoşunlarının Bakıda törətdiyi vəhşilikdən, gizlənən hərəkat liderlərinin qorxaqlığından dəhşətə gələn,ümidsizləşən xalqının səssiz harayına səs verərək Moskvada, Azərbaycan Nümayəndəliyində Kreml rəhbərliyinə üsyan etdi. Özlərini təhlükəsiz məqamlarda qəhrəman sayan “liderlərə” başa salmağa çalışdı ki, siyasətçinin dəyəri, miqyası təhlükə anında üzə çıxır. Özünü “dövlət xadimi” sayan kəs xalqının çətin anlarında gizlənməməli və təhlükənin üstünə getməyi, ölümün gözünün içinə dik baxmağı bacarmalıdır.

Moskvadakı Azərbaycan Nümayəndəliyində üsyan etdikdən sonra bütün təzyiqlərə, təhlükələrə baxmayaraq Vətənə qayıtdı. Bu onun ikinci cəhdi idi. Birinci cəhd uğursuz olmuşdu. Onu Bakıda qarşılamalı olan Əjdər Xanbabayev vəhşicəsinə qətlə yetirilmişdi və son anda qayıdış təxirə salınmışdı.

Bakıda yaşamasına imkan verilmədiyinə görə blokada şəraitində yaşayan, istilik və ərzaq çatışmazlığı ilə üzləşmiş Naxçıvana getmək məcburiyyətində qaldı. Doğulduğu torpaqda xalq ondan Muxtar respublikada rəhbərliyə gəlməyi xahiş etdi və o bu çağırışa da “yox”-deyə bilmədi, miqyasına qətiyyən uyğun olmayan bir vəzifəni tutmağa razılıq verdi.

Xalqının növbəti çağırışını cəmi bir il hakimiyyətdə olan və qısa müddətdə ölkəni  vətəndaş müharibəsi həddinə gətirmək “bacarığı” göstərən “AXC komandası” dilə gətirdi.

Uğursuz “Gəncə əməliyyatı”ndan sonra başını itirən və nə edəcəyini bilməyən prezident Ə.Elçibəy və yaxın ətrafı Naxçıvana dalbadal zənglər edərək arxasınca göndərilən “prezident təyyarəsi” ilə Bakıya gəlməsini və ölkəni vəziyyətdən çıxarmasını  xahiş edirdilər. İlk günlər paytaxta gəlməkdən qəti şəkildə imtina edən Heydər Əliyev qiyamçıların ətraf rayonları tutmalarını, Lənkəranda və Rusiya sərhəddində separatçıların fəallaşdığını, ölkənin dağılmaq həddinə gəldiyini görüb qərarını verdi: “Hazırlaşın, Bakıya yola çıxıram!”.

Bakıya gəldikdən və vəziyyətin nə qədər dəhşətli olduğunu gördükdən sonra qiyamçıların yanına getmək və onlarla danışmaq qərarına gəldi. “Ondan gəldiyi kimi geriyə-Naxçıvana qayıtmağı”tələb edən qiyamçıların təhdidlərinə, real ölüm təhlükəsinin mövcudluğuna baxmayaraq Gəncəyə yola düşdü.

Qayıtdıqdan sonra parlamentin sədri seçilməyə razılıq verdi və “bizə hansı qarantiyanı verə bilərsiniz?” - deyən hakimiyyət komandasının üzvlərinə: “heç bir qarantiya vermirəm, mən peyğəmbər deyiləm!”- cavabını verdi.

Ölkəni dərin böhrandan çıxarmağa başlayan kimi prezident Ə.Elçibəy qəfildən gecəyarı, heç kimə, hətta yaxın silahdaşlarına belə demədən Bakını tərk edərək, qeyri-müəyyən istiqamətdə getdi və yalnız səhər saatlarında onun Naxçıvanın Kələki kəndində olduğu müəyyənləşdi. Bütün xahişlərə baxmayaraq geri qayıtmaqdan imtina edən Ə.Elçibəy təhlükəsizliyi tam təmin olunana qədər ölkəni bu ucqar kənddən idarə edəcəyini bəyan etdi. Bu gedişdən sonra böhran daha da dərinləşdi, S.Hüseynovun silahdaşı Ə.Hümbətov “Talış-Muğan respublikası” yaradacağını elan etdi. Şimalda “Sadval”çılar fəallaşdılar və məqamdan yararlanmaq üçün yollar axtarmağa başladılar. Digər tərəfdən erməni hücumları şiddətləndi, Qarabağ və sərhəd rayonları üçün təhlükə xeyli artdı.

Bu təhlükələrlə təkbaşına mübarizə aparmaq məcburiyyətində qalan ulu öndər əvvəlcə qiyamçını əsas gücündən-Gəncədəki hərbi qüvvələrindən ayırmaq üçün onu Bakıya gətirdi və Baş nazir vəzifəsinə təyin etdi.

Növbəti addım cənub bölgəsində hakimiyyəti ələ alan Ə.Hümbətova qarşı atıldı. Dövlət televiziyası ilə birbaşa xalqa müraciət edən Heydər Əliyev bölgə əhalisini qanunsuzluqlara qarşı ayağa qalxmağa, dövlətçiliyi müdafiə etməyə çağırdı. Çağırışa gələn minlərlə insan qiyamçıları hakimiyyət binalarından qovub çıxardı. Hərbi hissədə gizlənən “TMR prezidenti” xəyanətkarların yardımı ilə qaçıb gizlənməyə müvəffəq olsa da, uzun müddət gizlənə bilmədi. Həbs olunaraq layiqli cəzasını aldı. Böyük Heydər Əliyev qiyamın qarşısının necə alınmalı olduğunu xırda bir təhlükə hiss edən kimi qaçıb gedənlərə başa saldı, onlara idarəçilik, dövlətçilik  dərsi verdi.

 Növbəti dərs 1994-cü il sentyabrın 20-də başladı. Həmin gün Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdı. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdi. Bununla da iki prezidentin hakimiyyətdən uzaqlaşdırılmasına səbəb olan son dərəcə mühüm saziş imzalandı və müstəqil dövlətimizin "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.  Özünü siyasətçi sayanlara izah olundu ki, hakimiyyət –“mənim arzularım var idi, xarici qüvvələr imkan vermədilər”- kimi bəyanatlar verməməli, xalqın,dövlətin maraqlarına xidmət edən addımları atmağı, layihələri reallaşdırmağı bacarmalıdır.

Ancaq dərs bununla bitməmişdi. “Əsrin sazişi”nin imzalanması ilə barışmaq istəməyənlər və onların Azərbaycandakı əlaltıları dövlət çevrilişinə  cəhd göstərdilər. AXC hakimiyyətini pərən-pərən salan və tutduğu mövqe ilə razılaşmaq istəməyən S.Hüseynov növbəti “Gəncə qiyamı”nı qaldırmaq qərarına gəldi. Qarşısında kimin olduğunun hələ anlaya bilməmiş Baş nazir Gəncədəki tərəfdarlarını hərəkətə gətirərək şəhəri və ətraf bir neçə rayonu nəzarətə götürdü. Bakıda müəyyən qüvvələrin hərəkətə keçməsi, bir qrup XTMD-çinin Baş prokurorluğa hücum etməsi, Baş prokuror Ə.Ömərovun kabinetində döyülməsi vəziyyəti kritik həddə çatdırdı. Bu məqamda Baç nazirin yoxa çıxması və zənglərə cavab verməməsi gərginliyi daha da artırdı. Hadisələrin son dərəcə təhlükəli həddə çatdığını görən Böyük dövlət xadimi televiziya ilə xalqa müraciət etdi və hamını dövlətçiliyin müdafiəsinə çağırdı. Çağırışa respublikanın hər yerindən milyonlarla insan səs verdi. Qısa müddətdə xalqın dəstəyi ilə hakimiyyət orqanları bərpa olundu, qiyamçılar darmadağın edilərək həbs olundular.

Ulu öndər Heydər Əliyevin siyasətçilərə və özünü siyasətçi sayanlara verdiyi daha bir  dərs 1995-ci ilin martında baş tutdu. Türkiyənin müəyyən dairələrinin təşkil etdiyi növbəti dövlət çevrilişi cəhdi xalqın dəstəyi, təhlükəsizlik qüvvələrinin iştirakı ilə yatırıldı. Qısa müddətdə qanunsuz silahlı qüvvələr tərksilah edildi. Ölkədə sabitlik, əmin-amanlıq bərpa edildi, iqtisadi islahatlar geniş vüsət aldı.

Dövlətçiliyin təhlükə altında olduğu məqamlarda dövlət başçısının necə davranmalı olduğu barədə ən mühüm açıq dərsini Heydər Əliyev 1996-cı ildə Respublika sarayında keçirdi. Dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasına həsr olunmuş xalq toplantısında ulu öndər üzünü həm daxili və xarici düşmənlərə, həm də kiçik təhlükə hiss edən kimi postunu atıb qaçan dövlət başçılarına  tutaraq qətiyyətlə bəyan etdi: “Mən ya müstəqil Azərbaycan dövlətini quracağam, ya da bu yolda şəhid olacağam!”.

Abutalıb SƏMƏDOV
Azərbaycan Naminə Alyans Partiyasının sədri



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ