Cümə günü, 13 noyabr 2026
     

Nə qədər ki Simonyan ordadır, “Sputnik” Azərbaycanda fəaliyyət göstərə bilməz - erməni pro-“poqandisti”nin Gəzi oyunları...

Image


Erməni Marqarita Simonyan rəhbərlik etdiyi “Sputnik” media kampaniyası vasitəsilə müxtəlif təxribatlar həyata keçirir. “Sputnik”in Azərbaycanda bağlanması, onun fəaliyyətinə icazə verilməməsi zərurətə çevirilib. Bu media subyekti nə qədər ki qızışdırıcı, qərəzli mövqeyindən əl çəkməyib, onun burada fəaliyyəti dayandırılmalıdır.

Marqarta Simonyan  “Sputnik” vasitəsilə həm Azərbaycana, həm də başqa ölkələrə qarşı qərəz sərgiləyir. Bu səbəbdən də onun fəaliyyəti Azərbaycanda bərpa olunmalı deyil. “Sputnik”in Qazaxstan hadisələri, Türkiyədə Gəzi parkı olayları, hazırda Ermənistanda gedən mitinqlərdə tutduğu qızışdırıcı mövqe bu agentliyin bağlanmasına ciddi əsaslar yaradıb. Bu gün “Sputnik-Azərbaycan”ın ölkəmizdə fəaliyyət göstərməsi ciddi narazılıq doğurur.

  • “Bu medianın sahibləri onu Rusiyanın kölgəsində qurmaqla iz itirməyi hədəfləyiblər”

Tanınmış siyasi şərhçi və media eksperti Azər Həsrət bizimlə söhbətində bildirdi ki, “Sputnik”in bağlanması indinin zərurəti deyil. “Bu qurum Bakının tən ortasında, ən gözəl məkanlarından birində oturub faktiki olaraq anti-Azərbaycan fəaliyyəti ilə məşğuldur. Xatırlatmaq istəyirəm, bir vaxtlar bu işləri “Azadlıq”, “BBC” radiosu görürdü. ABŞ-a, Böyük Britaniyaya aid bu radiolar Azərbaycanda FM dalğasında yayımlanırdı, açıq şəkildə həm ölkə içində, həm də ondan kənarda anti-Azərbaycan fəaliyyəti ilə məşğul olurdular. Təbiidir ki, Azərbaycan dövləti öz maraqlarını qorumaq üçün o radioların ən azı Azərbaycan içində yayımını dayandırdı, ümumiyyətlə onların buradakı bürolarının bağlanmasına nail oldu. Baxmayaraq ki, dünya üstümüzə gəldi. “Sputnik-Azərbaycan” eyni fəaliyyəti daha çirkin və daha açıq şəkildə həyata keçirir. Üstəlik də, bu “Sputnik”in başında duran bir ermənidir. Biz, əlbəttə, insanları millətinə görə bölmürük. Söhbət heç onun erməniliyindən də getmir. Amma o erməni Simonyan bütün varlığı ilə türk düşmənliyini büruzə verir. Sadəcə, Azərbaycan düşmənliyini deyil, ümumiyyətlə türk düşmənliyini. Mən təkcə “Sputnik”in Azərbaycandakı fəaliyyətini deyil, başqa ölkələrdəki, özəlliklə də türk ölkələrindəki fəaliyyətini də müşahidə edirəm. Azərbaycanla yanaşı Türkiyənin özünə saçılan nifrət, orta Asiya türk dövlətlərinə qarşı aşağılayıcı yanaşma göz önündədir. Qazaxların, qırğızların, özbəklərin, türkmənlərin təhqir edilməsi, aşağı kateqoriyadan olan insanlar kimi göstərilməsi “Sputnik”in fəaliyyət kreteriyaları arasındadır. Yəni onlar bizimlə yanaşı digər türkləri də davamlı şəkildə gözdən salır, aşağılayır və bütün bunları Rusiya dövlətnin adı altında gizlənərək edirlər. Bir növ “Sputnik” Agentliyi, media qurumu öz fəaliyyətini Rusiya dövlətinin adı altında həyata keçirməklə Rusiya ilə digər dövlətlər arasında münasibətləri korlamağa xidmət edir. Yəni “Sputnik”in bizə zərəri olmaqla bərabər mənsub Rusiya dövlətinə də çox böyük zərəri var. Bu Sputnik bütövlükdə Rusiya mediası kimi təqdim edilsə də hər halından bir erməni təbliğat maşını olduğu aşkardır. Yəni bu medianın sahibləri onu Rusiyanın kölgəsində qurmaqla iz itirməyi hədəfləyiblər. Ona görə də düşünürəm ki, Azərbaycan dövləti Rusiya Azərbaycan münasibətlərinin zərər görməməsini də nəzərə alaraq “Sputnik Azərbaycanın” fəaliyyətini birmənalı olaraq qadağan etməlidir. Yəni “Sputnik” Azərbaycandan rədd edilməlidir. Bəli, belə bir sərt ifadə işlədirəm, rədd edilməlidir. “Sputnik”in fəaliyyəti anti-Azərbaycan fəaliyyətidir. Biz bunları görürük”.

A.Həsrət qeyd etdi ki, dünyanın 30-dan artıq ölkəsində “Sputnik” şəbəkəsi fəaliyyət göstərir. A.Həsrətin sözlərinə görə, düzdür, Ukrayna məsələsinə görə bəzi Avropa ölkələri bu agentliyi yasaqlayıb, amma başqa ölkələrdə fəaliyyət göstərirlər və bu ölkələrin dilində də yayımla məşğul olurlar: “Hələ nəzərə alaq ki, Sputnik təkcə azərbaycan və rus dillərində deyil, bir sıra vacib xarici dillərdə də yayımla məşğuldur. O dillərdə Azərbaycan haqqında nələr yazırlar, yayırlar, bundan heç xəbərimiz də olmur... Margarita Simonyanın başçılıq etdiyi Sputnik adlı medianın dünyanın hər tərəfindəki təmsilçilikləri anti-Azərbaycan təbliğatı aparır. Hətta Azərbaycandakı təmsilçilik belə bizim haqlı davamıza nəinki töhfə vermir, milli maraqlarımızla daban-dabana zidd yayım siyasəti həyata keçirir. Bundan fərqli olaraq Sputnik Armenia İrəvanda oturub bir erməni mediası kimi fəaliyyət göstərir. Hətta o həddə ki, bəzən sırf Ermənistan mediası olan ayrı-ayrı nəşrləri belə kölgədə qoyaraq bayağı təbliğat aparır. Belə olan halda Azərbaycan niyə bu medianı öz ərazisində saxlamalıdır? Yəni biz belə bir sualla məsələni ictimailəşdirmişdik. Məsələyə təpki də yetərincə oldu. Cəmiyyətin ayrı-ayrı kəsimləri bu məsələdə vahid mövqedən çıxış etdi. Eyni zamanda siyasi mövqeyindən asılı olmayaraq insanların çəkici bir zindana vurduğunun şahidi olduq. Amma aradan bir az keçəndən sonra sanki ehtiraslar soyudu. Yaxud da bizə elə gəlir. Hər halda, nə baş verməsindən asılı olmayaraq biz məsələni diqqətdə saxlayırıq, saxlamağa da davam edəcəyik. Mövqeyimiz də qətidir, birmənalıdır: “Sputnik-Azərbaycan” ölkədən çıxarılmalıdır! Bunun alternativi varmı? Ola bilər... İndi hər halından erməni təbliğat maşınının balası olduğu bilinən bir mediaya biz bu çətin dövrdə niyə dözməliyik? Başında duran M.Simonyan bütün çıxışlarında Azərbaycanı və bir xalq olaraq bizi aşağılayır, Sputnik şəbəkəsinin bütün həlqələri dünyanın hər tərəfində bizə qarşı təbliğat aparır, bizsə ona hələ də Bakının ən gözəl yerində ofis vermişik, meydan açmışıq. Belə olarmı? Yaxud da belə olmalıdırmı? Əsla! Bir dəfə demişdik, təkrar edirik: Azərbaycan dövləti bu Sputniki rədd etməklə öz ləyaqətini qorumalıdır. Biz o dövlətlərdən deyilik ki, kimlərsə gəlib burnumuzun düz ucunda, havamızı udaraq, suyumuzu içərək bizə qarşı hədsizlik etsin! Biz o dövlətlərdənik ki, gərək olduğunda hər kəsə yerini göstərməyi bacarırıq və 2020-ci ilin 44 günlük Vətən müharibəsində bütün dünya buna şahid oldu. Ona görə də hazırda media sahəsindəki bu hərcmərcliyi də yoluna qoyub növbəti dəfə bu davranışımızı sərgiləməkdə gec qalmamalıyıq”.

A.Həsrət vurğuladı ki, “Sputnik”lə bərabər daha bir məsələ də həllini tapmalıdır, elə indi. “Azərbaycanın bütün kabel TV kanallarının təqdim etdiyi paketlərin ən azı 50 faizi Rusiyanın anti-Azərbaycan kanallarıdır. Onların da əksəriyyəti ermənilərin nəzarətindədir. Və bu kanalları bizim kabel yayımçılarımız Azərbaycan tamaşaçısına pulla satır. Təsəvvür edirsinizmi? O kanallar gecə-gündüz bizi yıxıb-sürüyür, ələ salır, aşağılayır, kabel yayımçılarımız isə bunu veclərinə belə almadan pul qazanmağa davam edir! Bu baxımdan dövlət konkret addımlar atmalıdır. Ümumiyyətlə isə kabel yayımı da daxil olmaqla milli təəssübkeşliyi olmayan heç kimə TV yayımı ilə məşğul olmağa imkan verilməməlidir!”- deyə A.Həsrət vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ