Ermənilər Sovet dövrünün son illərində o qədər aktivləşmişdilər ki, gözləri ətraflarını görmürdü. Hətta elə zənn edirdilər ki, mifik, qeyri-real ideyalarını gerçəkləşdirmək üçün şərait yaranıb. Dünyanın müxtəlif yerlərində, o cümlədən də Sovet ittifaqında yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün hər cür oyunlara baş vurdular, bütün gizli məkrli planlarını gün işığına çıxardılar ki, onları həyata keçirsinlər.
Lakin dünya erməniliyini yanıldan, onların öz məkrli məqsədlərinə çatmasına əngəl olan hadisə baş verdi və Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Bu həm dünya erməniliyinin arzularını gözündə qoydu, həm də Azərbaycan dövlətinin dağılmasının qarşısını aldı. Heydər Əliyev hakimiyyətə qayıtmaqla dünya erməniliyinin çirkin niyyətlərini iflasa uğratdı.
“Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması dünya erməniliyinin bütün məkrli planlarını məhv etdi”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmaqla dünya erməniliyinə böyük zərbə vurdu və onların məkrli niyyətlərinin qol-qanad açmasına imkan vermədi. Q.Hacıyevin sözlərinə görə, H.Əliyev Kremldən məqsədli şəkildə uzaqlaşdırıldıqdan sonra ermənilər elə düşünürdülər ki, daha yolları açılıb və istədiklərini edə biləcəklər, amma sonrakı vəziyyət onların yanıldığını ortaya qoydu. Q.Hacıyev qeyd etdi ki, ermənilər bizim torpaqlara köçürüldükdən sonra burada öz məkrli niyyətlərini həyata keçirməyə başlayıblar. Bəzi qərb dövlətlərinin və imperiyanın “xeyir-duası” ilə Azərbaycan xalqına qarşı hər cür terror hadisəsi törədiblər, deportasiyalar, soyqırımlar həyata keçiriblər. İmperiyanın və bəzi dövlətlərin göstərişi ilə ermənilər Azərbaycan xalqına qarşı hər cür təxribatlar, terror aktları törədiblər. Q.Hacıyev deyir ki, erməninin hünəri deyil təkbaşına Azərbaycan xalqına, dövlətinə qarşı hərəkət etsin, onların arxalarında duranlar olub, iri dövlətlər onlara hər zaman arxa-dayaq durub. “Azərbaycanın əraziləri, torpaqları min kilometrlərlə bölünüb parçalanıb. Bizim ərazilərdə ermənilərə dövlət yaradıldıqdan sonra Sovet imperiyası Azərbaycan torpaqlarının digər hissələrindən də ermənilərə torpaq verdilər. Sovet imperiyası erməniləri Cənubi Qafqazın “əzrayılına” çevirmişdi. Ermənilərin aktivləşməsi Sovetlər Birliyinin sonlarında daha da artdı. Onlar xaricdəki ermənilərin və rəsmi Kremlin dəstəyi ilə Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın digər ərazilərini də ələ keçirib özlərinə “böyük dövlət” qurmaq istəyirdilər. Ermənilərin məqsədi mifdən və utopiyadan ibarət olan, tarixdə heş zaman mövcud olmayan dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq idi. Onlar bu xülya ilə uzun illər idi ki, yaşayırdı. Əlbəttə, hədəf Azərbaycan torpaqları idi. Ermənilərin bölgədə ərköyünlüyü ulu öndərimiz Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdana qədər davam etdi. Onu da unutmayaq ki, ermənilər həmişə Heydər Əliyevin onların məkrli niyyətlərini pozuğunu bilirdi və ona görə də onun Kremldən uzaqlaşdırılmasını “toy-bayram” edirdilər. Onu da vurğulayım ki, ulu öndər 20 yanvar hadisələrin sabahısı gün Azərbaycanın Moskvadakı nümayəndəliyində çəxış edərək keçmiş SSRİ-nin bütün rəhbərliyini açıq şəkildə ittiham etdi. Heydər Əliyev onda bütün dünyaya göstərdi ki, o vəzifədə olmasa da, Azərbaycan xalqını tək qoymayıb və Azərbaycan xalqının, dövlətinin müstəqilliyi onun üçün əsasdır. Əlbəttə, onda ermənilər də dərslərini götürdülər ki, Heydər Əliyevi Azərbaycan xalqından, Azərbaycan xalqını isə Heydər Əliyevdən qoparmaq olmaz, onlar bir-biri ilə vəhdət təşkil edir. SSRİ rəhbərliyi də, erməni lobbisi də təxribatlarla, qırğınlarla xalqımızın iradəsini qırmaq istəyirdilər, amma bacarmadılar. Heydər Əliyevin çox ağır şəraitdə Azərbaycan hakimiyyətinə qayıtması xalqımızın, dövlətimizin xilası oldu. Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması dünya erməniliyinin bütün məkrli planlarını məhv etdi... Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycan dövlətinin təməllərini möhkəmləndirdi. Ermənilərin bütün planları, o cümlədən də “Böyük Ermənistan” arzuları puç oldu ki, o planı da onlara Qərb dövlətləri hazırlayıb vermişdi. Ermənilər siyasi maşa rolu oynayan əl buyruqçusudur”.
Q.Hacıyevin sözlərinə görə, H.Əliyev ermənilərin bütün məkrli planlarının üstündən xətt çəkməklə onları dayandırdı. H.Əliyevin davamçısı Prezident İlham Əliyev həm siyasi- diplomatik sahədə, həm hərbi strateq kimi 44 günlük müharibədə ermənilərin bütün hiylələrinə qalib gəldi, onları dizə çökdürdü. O, vurğuladı ki, Prezident ermənilərin bütün cəhdlərinə son qoydu, torpaqlarımız işğaldan azad olundu.
İradə SARIYEVA