Paşinyan saxta erməni “soyqırımının” beynəlxalq tanınmasını təşviq etmək üçün təzə "ideologiya" uydurub. Deyir ki, erməni genosidinin geniş beynəlxalq tanınması Cənubi Qafqaz bölgəsində gərginliyi heç də artırmayacaq, əksinə zəiflədəcək, eyni zamanda bu, Ermənistanın təhlükəsizlik təminatlarını gücləndirəcək. Söz yox ki, Paşinyan "blefləyir" və bununla dünya liderlərini saxta soyqırımı tanımağa şirnikləndirir...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyevi fikrincə, saxta erməni genosidini dünyada hər tanıyan parlament qanunu və prezident bəyanatı Qafqazda gərginliyi daha da artırır: “Paşinyan dünyanı aldatmaq istəyir. İndi dünya rəsmi və ictimai fikrinə möhkəm qəbul etdirməli olduğumuz fikirlərin biri bu olmalıdır: "Saxta erməni soyqırımının hər yeni tanınması (əgər olacaqsa) Qafqazda gərginliyi və müharibə təhlükəsini artıracaq..."
Hər kəs bilməlidir ki, bölgəmiz üçün ən etibarlı sülh və təhlükəsizlik şansı saxta-maxta genosidlər barədə yeni "ideoloji sxemlər" uydurmaq yox, Azərbaycanın beş sülh təklifini qəbul etməkdir...”