Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanın razılığı olmadan Qarabağda RLS yerləşdirilməsinə Rusiya mütləq aydınlıq gətirməlidir

Image


Keçən ilin son günlərində Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələri tərəfindən Xocalı şəhərinin hava limanında radiolokasiya stansiyaları quraşdırdığı məlumdur. Ərazidə yerləşdiyi gündən üzərinə düşən vəzifələrin yerinə yetirilməsində xüsusi səy göstərməyən sülhməramlı kontingentin birgə Bəyanatın şərtlərinə tamamilə zidd olan bu fəaliyyətlərinə indiyə qədər hələ də aydınlıq gətirilməyib.

Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən Xocalı aeroportu ərazisində Rusiya sülhməramlılarının qanunsuz olaraq yerləşdirdiyi vasitələrdən biri “Kasta-2E2” radiolokasiya stansiyasıdır.

Rusiya istehsalı olan mobil radiolokasiya stansiyası desimetr diapazonunda və növbətçi rejimdə dairəvi görünüşü təmin edir.

Təyinatı

“Kasta-2E2” aşağı hündürlüklü üç koordinatlı radar stansiyası hava məkanına nəzarət etmək, hava obyektlərinin - təyyarələrin, helikopterlərin, qanadlı raketlərin və PUA-ların marşrut istiqamətlərini, uçuş məsafəsini, azimutunu və hündürlüyünü müəyyən etmək üçün nəzərdə tutulub. RLS kiçik və son dərəcə aşağı hündürlüklərdə uçan hədəflər də daxil olmaqla, hava hücum vasitələrini yer səthindən, yerli obyektlərdən və hidrometeoroloji birləşmələrdən intensiv əks olunan şüalar fonunda aşkarlamaq imkanına malikdir.

İmkanları

“Kasta-2E2” hava məkanına nəzarət etmək, hava hədəflərinin, o cümlədən son dərəcə aşağı hündürlüklərdə uçanları aşkarlamaq, onların koordinatlarını və hərəkət parametrlərini Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının radiotexniki, zenit və qırıcı aviasiya hissələrinin idarəetmə sistemlərinə çatdırmaq üçün nəzərdə tutulub. RLS bu məlumatları paralel olaraq iki istehlakçıdan birinə radiokanal və kabel rabitə xətləri, digərinə isə rəqəmsal-analoq interfeys vasitəsilə çatdırır.

Digər tətbiq sahələri

Üçüncü koordinat hesab edilən hədəf hündürlüyün parametrləri, aşağı şüada, uzun şüada və ya hər ikisində hədəfin aşkarlanması əsasında qiymətləndirilir. Qırıcı uçuşu hündürlüyünün qiymətləndirilməsinin dəqiqliyi, bütün yüksəkliklər və məsafələr üçün orta hesabla  900 m-dir. “Kasta-2E2” RLS-i həmçinin aerodrom ərazilərində hava hərəkətinin idarəedilməsi və hava məkanına nəzarət stansiyası kimi istifadə etmək mümkündür.

Tərkibi

Radiolokasiya stansiyasının tərkibinə aşağıdakılar daxildir:

aparat maşını;

anten maşını;

dizel elektrik stansiyası;

kabel çəkmə qoşqusu.

Təchizatı

RLS həm “Parol-4” radar sistemində (7-ci dalğa diapazonu), həm də ATC RBS və IFF Mk XA / XII sistemlərinin rejimlərində eyni vaxtda işləyən “Voprosnik 6440” NRZ (yerüstü sorğu sistemi ilə) ilə təchiz edilib. Radar kompüteri uçuş məlumatları daxil olmaqla həm əsas, sonrakı radar məlumatlarının inteqrasiyasını, həm də təyin edilən əsas sistemlərdən (“Parol-4” və ya Mk XA / XII) birində hədəfin müəyyənləşdirilməsinə nəzarəti təmin edir.

Taktiki və texniki xüsusiyyətləri

Növü: üç koordinatlı növbətçi radarı;

dalğa diapazonu: 35 sm;

enerji istehlakı: 23 kVt;

təqib olunan hədəflərin sayı: 200-ə qədər.

Görünüş sahəsi

Məsafəyə görə: 5-150 km;

hündürlüyə görə: 0-6 km;

azimuta görə: 360°;

yerləşdiyi əraziyə görə: 25°.

Məkanı müşahidə dövrü: 6 və ya 12 s.

Radiolokasiya xüsusiyyətləri

14 m anten hündürlüyündə, hədəfin əksolunma əmsalı 2 m² olduqda hədəf aşkarlama diapazonu:

100 m yüksəklikdə 41 km;

1000 m yüksəklikdə 95 km.

İstismar xüsusiyyətləri

Yerləşdirmə vaxtı: 20 dəqiqə;

fəaliyyət temperaturu: -50 - +50°С;

dəniz səviyyəsindən yüksəklik: 2000 metrə qədər.

Stansiyada nəqliyyat vahidlərinin sayı: 4 ədəd.

Nəticə

Qarabağdakı rusiyalı hərbçilərin funksiyasının müvəqqəti sülhməramlı fəaliyyətlərdən və nəzarət etdikləri ərazilərin erməni silahlılarından təmizlənməsindən ibarət olduğunu nəzərə alsaq, o zaman Xocalı aeroportunda “Kasta” radiolokasiya stansiyasının yerləşdirilməsi, birmənalı olaraq, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan birgə Bəyanatın rus qüvvələri tərəfindən növbəti dəfə kobud şəkildə pozulmasıdır. Bu RLS-in müdafiə silahı olmasına baxmayaraq, Azərbaycanın razılığı olmadan onun ərazisində silah yerləşdirilməsi yolverilməzdir və Rusiya Müdafiə Nazirliyi bu məsələyə mütləq aydınlıq gətirməlidir. Hərçənd ki, indiyə qədər Rusiya tərəfindən “İskəndər-M” raketinin Ermənistana verilməsi də daxil olmaqla, bir çox məsələlərə münasibət bildirilməyib. Rusiyanın Azərbaycandakı səfiri M.Boçarnikovun keçirdiyi mətbuat konfransında jurnalistlərimizin Azərbaycan ictimaiyyətini maraqlandıran bu tip mövzularda səfirə sual verməməsi məni dərindən məyus etdi.

“Birgə Bəyanatda qeyd olunmayan silah sistemlərinin Qarabağa daşınması, Rusiya sülhməramlı kontingentinin natəmiz məqsədlərindən xəbər vermir ki?” sualını Rusiyanın ölkəmizdəki səfirinə ünvanlayan jurnalist xalqın qəlbində özünə abidə ucalda bilərdi, amma belə biri dəvət olunanlar arasında tapılmadı. Sanki səfirlə görüşə dəvət alanların verəcəyi yumşaq suallar əvvəlcədən məlum idi.

İstənilən halda rus sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərində yerləşdirilən silahlar təyinatından asılı olmayaraq, Azərbaycana qarşı yönəlib. Bu, Vətən Müharibəsindən əvvəl də belə idi, indi də belədir.

Rusiya tərəfi RLS-in hava məkanının müşahidəsi, uçuşun məsafəsi və havadakı obyektlərin (təyyarələr, helikopterlər, uzaqdan idarə olunan təyyarələr, PUA-lar, aşağı və çox aşağı yüksəklikdə uçan qanadlı raketlər) azimutlarının müəyyənləşdirilməsi üçün istifadə olunmasını görməzdən gələrək, “Kasta-2E2” radarının yalnız havada hərəkətin idarə olunması  və aerodrom zonalarında səmanın nəzarətdə saxlanması kimi mülki məqsədlər üçün istifadə olunduğunu iddia edə bilər. Amma burada hansı hava hərəkətindən bəhs edildiyi, aerodrom zonasının üzərindəki hava məkanını niyə qaçaq yolla Qarabağa gətirilən RLS-lə təmin olunduğu və s. kimi ciddi suallar yaranır.

Əgər Rusiya Müdafiə Nazirliyi düşünürsə ki, nə zamansa Azərbaycan Xocalı hava limanından istifadə üçün başqa ölkəyə icazə verəcək, dərindən yanılır. Xocalıda inşa edilən “Xilaskar rus əskəri” abidəsinin də erməni silahlılarına və onları idarə edən seperatçı quruma ürək-dirək vermək məqsədi daşıdığını çox yaxşı anlayırıq. Amma Xocalı ərazisindəki strateji Fərrux yüksəkliyində Əsgərimizin Azərbaycan Bayrağını qaldırması, mənasız “Xilaskar rus əskəri” abidəsini darmadağın etdiyi də faktdır.

Azərbaycanın iştirakı olmadan kimsə, o cümlədən Qarabağdakı rusiyalı sülhməramlılar Xocalı aeroportundan istifadə etməyəcək. Buna hazırlıq görənlər boşuna çalışmasın. Həmin aeroport vasitəsilə yaxında yüklər daşınacaq, oradakı zolağa avaisaiya vasitələri enəcək və oradan da qalxacaq. Amma bütün daşınmalara və uçuşlara nəzarət Azərbaycan tərəfindən həyata keçiriləcək. Azərbaycan olaraq, 16 ayda bir nəfər də olsun silahlı erməninin Qarabağdan çıxarmayan rus sülhməramlısına və onun rəhbərliyinə Xocalı aeroportunun istifadəsini heç vaxt etibar edə bilmərik. Etibar etdiyimiz Laçın dəhlizindən Azərbaycana qarşı istifadə edildiyi kimsəyə sirr deyil. Odur ki, Azərbaycanda kimsə Xocalı aeroportundan yalnız rusiyalı sülhməramlıların təminatı üçün nəzərdə tutulmuş yüklərin daşınması üçün istifadə olunacağına inanmır. Odur ki, Rusiya sülhməramlıları qaranlıq yolla Xocalı aeroportuna gətirdiyi “Kasta-2E2” RLS-i Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərinə aparmalıdır. Necə olsa, Ukrayna helikopterləri Rusiya ərazisinə həmin istiqamətdən daxil olaraq cəzasızlıq mühitində “atəşfəşanlıq şousu” göstərirlər. Xocalıda isə Rusiya üçün belə bir təhlukə mövcud deyil.

Ədalət Verdiyev,
hərbi ekspert



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ