Cümə günü, 13 noyabr 2026
     

Vüqar Rəhimzadə: “Tarixi Zəfər, Zəfər yolu, Zəfər Muzeyləri, Zəfər Qurultayı…”

Image


“Bu günlər dünyanın diqqəti yenidən Azərbaycanın döyünən ürəyi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya yönəldi. Tarixi Zəfərimizdən sonra keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı tarixə Zəfər Qurultayı kimi daxil oldu.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya azərbaycanlılarının qarşısında proqram xarakterli nitqində həm Qələbəmizə gedən yola, həm Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa, şücaətə, postmünaqişə dövrünün reallıqlarına, diasporumuzun ötən illər ərzində təşkilatlanması, vahid məqsəd uğrunda mübarizə aparması istiqamətində atılan addımlara, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına verdiyi töhfələrə bir baxış keçirdi, həm də qarşıdakı dövrün prioritetlərini açıqladı. Əsas hədəf Zəfərimizin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdır. Bunun üçün səfirliklərimizin, diaspor təşkilatlarının daha səylə çalışmalarına çağırışlar edildi. Zəfər Qurultayı hər bir azərbaycanlı üçün qürurvericidir. 30 ildən sonra Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi, buradan Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha mesajların ünvanlanması Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin sayəsində yazılan tarixin nəticəsidir. Müzəffər Ali Baş Komandan bir daha bildirdi ki, 44 günlük müharibədə tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Müharibədə Zəfər, Şuşaya aparan Zəfər yolu, ölkəmizin müxtəlif guşələrində Zəfər Muzeylərinin yaradılması və sair kimi mühüm məqamlar özündə böyük bir mənanı ehtiva edir. Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Zəfər adı xalqımıza çox yaraşır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin çıxışında öz əksini tapan məqamlara diqqəti yönəldərək bildirib ki, müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri vardır. Müzəffər Ali Baş Komandan bütün çıxışlarında, o cümlədən Zəfər Qurultayında hər birimizdə böyük qürur hissi yaradan bu məqamı xüsusi qeyd etdi. Bu gənclik müstəqillik dövründə, ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşıb. Gənclərimiz silaha sarılaraq qanları, canları ilə tarix yazdılar və bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Şəhidlərimizin qəhrəmanlığı, şücaəti bir məktəbdir. İndiki və gələcək nəsillər bu məktəbdən bəhrələnərək milli ruhda, vətənpərvərlik ruhunda böyüyəcək, şəhidlərimizin qanı, canı bahasına alınan torpaqlarımızı göz bəbəyi kimi qoruyacaq, üçrəngli bayrağımızı daim zirvələrdə dalğalandıracaqlar.

YAP Xətai rayon təşkilatının sədri Dünya Azərbaycanlılarının I Qurultayının keçirildiyi 2001-ci ilin Azərbaycanı ilə bugünkü Azərbaycanın paralel şəkildə müqayisəli təhlilini aparıb: “O zaman, həmçinin cənab İlham Əliyevin Prezidentlik dövründə keçirilən qurultaylarda bir məqsəd, məram açıqlanırdı: Torpaqlarımızı işğalçılardan təmizləmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək. Dövlət başçısı İlham Əliyev məlum çıxışında ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində səsləndirdiyi bu çağırışa da diqqəti yönəltdi: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq.” Həmin vaxtdan ötən dövr ərzində Azərbaycan iqtisadi cəhətdən daha da möhkəmləndi, güclü, qüdrətli ordu formalaşdırıldı, bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində möhkəm hüquqi baza formalaşdı. Azərbaycana beynəlxalq dəstək artdı. Ölkəmizin ikitərəfli və çoxtərəfli müstəvidə əlaqələri yüksələn xətlə inkişaf edərək həqiqətlərimizin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasına geniş imkanlar yarandı. Bu fonda böyük inam və fəxrlə qeyd edə bilərik ki, Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Onun bu istəklərini, arzularını gerçəkləşdirdi. Dünya Azərbaycanlılarının V Qurultayı üçün Qarabağın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşanın məkan seçilməsi özündə bütün məqamları birləşdirməklə yanaşı, onları bütün təfsilatı ilə həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır.”

“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərə bütün səfərlərində diqqət göstərdiyi məqamlardan biri havanın da bu sevinci yaşaması olur” söyləyən Vüqar Rəhimzadə bildirib ki, ölkə Prezidenti Şuşada dünya azərbaycanlılarının qarşısındakı nitqində də bu sevinci xüsusi vurğulamışdır ki, Şuşa öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.

“Hər bir tarixi hadisə, keçirilən hər bir tədbir Zəfərimizin reallıqlarının təbliğində əhəmiyyətli rol oynayır. Ötən dövrün hesabatını özündə əks etdirən Zəfər Qurultayından Ermənistana və ona dəstək verən dövlətlərə bir daha mesajlar ünvanlandı, tarixə qovuşan münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, Ermənistanın imitasiya naminə danışıqlar aparmasına göstərilən dəstəkdən, Azərbaycanın hər zaman sülh siyasətinə sadiqlik nümayiş etdirməsindən də geniş bəhs olundu. Bir daha açıqlandı ki, ədalət, beynəlxalq hüquq deyilən məfhumlar var, münaqişəli məsələlərin həllində onların rolu inkaredilməzdir. Necə ki, Azərbaycan Ordusu bu günədək yaradılan hüquqi bazaya söykənərək düşməni döyüş meydanında məğlub etdi, Cənubi Qafqazda erməni faşizmini məhv etdi. Dövlət başçısı İlham Əliyev nitqində erməni faşizminin təzahürlərinin qaldığını bir daha vurğulayaraq onu da əlavə etdi ki, Ermənistanda bəzi dairələr və dünya erməniliyi Azərbaycanı hədələməyə çalışırlar. İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Bu gün Azərbaycan Ordusu daha güclüdür və istənilən vəzifəni icra edə bilər”,-deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, postmüharibə dövrünün reallığı göstərir ki, Azərbaycan bu çətin sınaqdan da şərəflə çıxdı və bütün dünya regionda yaranmış yeni reallığı qəbul etdi. Azərbaycan təkcə Ermənistanla, dünya erməniliyi ilə müharibə aparmayıb, onun himayədarları ilə müharibə aparıb və Qələbə qazanıb. Qələbənin tarixi əhəmiyyəti həm Azərbaycanın, həm də Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsidir. Xaricdə yaşayan milyonlarla azərbaycanlı Azərbaycanın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırdı. Bu gün də bu işin davam etdirilməsinə böyük zərurət var.

YAP Xətai rayon təşkilatının sədri diqqəti dövlət başçısı İlham Əliyevin Zəfər Qurultayında Azərbaycan diasporunun qarşısında qoyduğu vəzifələrə yönəldib: “Diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə imkanları daha genişdir. Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin mahiyyətini, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətləri, Azərbaycan reallıqlarını, postmünaqişə dövrünün gerçəkliklərini onlara çatdırmalıdırlar.”

Vüqar Rəhimzadə tarixə Zəfər Qurultayı kimi yazılan Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin özündə ehtiva etdiyi rəmzi məna ilə yanaşı, bu özəlliyi də xüsusi qeyd edib ki, ötən qurultaylarda Azərbaycanın uğurlarından geniş bəhs olunsa da torpaqlarımızın işğal altında olması bir mənəvi sıxıntı yaradırdı: “Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində də bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli milli qürur məsələsi idi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ərazi bütövlüyümüz təmin olundu. Milli qürurumuz özümüzə qayıtdı, torpaqlarımızın əsl sahibi kimi bərpa və quruculuq işlərini uğurla davam etdirir, soydaşlarımızın Böyük Qayıdışına səy göstəririk. Dövlət başçısı İlham Əliyevin “Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq” fikirləri bugünkü qalib Azərbaycanın, yenilməz xalqımızın təqdimatı oldu”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ