Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) ofisini ziyarət edib. Bu barədə baki-xeber.com-a İSBAM sədri Samir Adıgözəlli məlumat verib.
Görüşdə qeyri-hökumət təşkilatlarına göstərilən dövlət dəstəyinin əhəmiyyəti, həyata keçirilən layihələrin keyfiyyəti, hədəfləri, vətəndaş cəmiyyətini əhatə edən bir sıra məsələlər müzakirə edilib və yeni təşəbbüslər irəli sürülüb. Yığıncaqda, həmçinin, Agentliyin layihələrinin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı, İSBAM idarə heyətinin üzvləri Natiq Bədəlov, Yasəmən Möhübbətqızı, Ceyhun Mahmudov, Samir Şahverdiyev iştirak edib.
Ülviyyə GÜLBABAQIZI