Cümə günü, 13 noyabr 2026
     

Paşinyanın “geosiyasi şpaqatı” müxalifəti qorxuya saldı: onlar Rusiyanı, hakimiyyət Qərbi istəyir...

Image


Ermənistanda ictimai-siyasi müstəvidə ziddiyyətlərin son dpvrlərdə yenidən kəskinləşməsi, iqtidar və müxalifət arasında uçurumun daha da dərinləşməsi müşahidə edilir. Bu da nəticə etibarı ilə cəmiyyətdə proseslərə neqativ təsir göstərir.

Müxalifət Qarabağ məsələsi ilə bağlı son proseslər fonunda hakimiyyətə təzyiq göstərməyə çalışsa da, istədiyi nəticəni ala bilmir. İlk növbədə ona görə ki, cəmiyyətdən lazımı dəstək ala bilmir. Bununla belə, artıq bir neçə gündür ki, Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının rəhbəri, ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan İrəvanda, Azadlıq meydanında Qarabağla bağlı oturaq aksiya keçirir. Ermənistanın “Qraparak” nəşri yazır ki, bu hal hakimiyyətin lehinə işləyir: “Elə görünürdü ki, Qarabağ erməniləri və xüsusən də məşhur adamları – “siyasətçilər”dən tutmuş ziyalılara və generallara qədər hər kəs Qarabağ uğrunda mübarizəyə qoşulmalı idi. Lakin onlar gizləniblər. Yalnız “Ədalət” fraksiyasının lideri Davit Qalstyan bir neçə gündür Azadlıq meydanında Vanetsyanın yanındadır və o, maarifləndirmə yürüşünün ön cərgələrində olub. Qarabağın “siyasi elitası” niyə bu günlərdə Azadlıq meydanında deyil və ya heç olmasa dəstəkləyici bəyanatlar, müsahibələr vermir? Jurnalistimiz bu barədə Qarabağın “deputatı” Vahram Balayana sual verib. “Yəni Qarabağdan Azadlıq meydanına toplaşmağa gəlməlidirlər?”, - deyə o, suala sualla cavab verib. Yeri gəlmişkən, bu günlərdə Qarabağın məşhur adamları, “keçmiş məmurlar”, generallar gizli fəaliyyətə keçiblər və telefon zənglərinə belə cavab vermirlər”. Qarabağ məsələsindən bir şey çıxmadığı üçün müxalifət Paşinyanı Ermənistan-Rusiya münasibətlərini korlamaqda ittiham etməyə başlayıb. Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan bu xüsusda bildirir: “Ermənistanı hələ də baş nazir Nikol Paşinyan təmsil edir. O isə öz “ata evini” satmağa hazırdır. Alıcılar kifayət qədər çoxdur və hər kəs mütləq “pay almaq” istəyəcək. Burada, başa düşməliyik ki, problem onlarda deyil, bizdədir. Axı biz hələ də Qarabağın təhvil verilməsinin vacibliyindən açıq danışan adamla təmsil olunuruq. Və o, hələ də hakimiyyətdədir. Xarici dünya bu insanla yalnız öz mənfəəti üçün ünsiyyət qurur. Paşinyan həm Brüsseldə, həm də Moskvada danışıqları təmin etməklə “geosiyasi şpaqat” açdı. Bu hakimiyyət Ermənistan-Rusiya strateji münasibətlərini korlayır. Xarici siyasətimizdə həmişə Ermənistan-Rusiya strateji münasibətləri üstünlük təşkil edib. Bizim qorxumuz o idi ki, Nikol Paşinyan və komandası ardıcıl olaraq Ermənistan-Rusiya münasibətlərini pozacaq. Son 4 ildə bunun şahidi olduq”. Amma erməni politoloq Areq Koçinyan Ermənistan müxalifətinin hərəkətlərinə toxunaraq vurğulayıb ki, müxalifətin addımlarının Qarabağ və Ermənistanla heç bir əlaqəsi yoxdur, bu addımlar Ermənistanın “suverenliyi”nə qarşı addımlardır. Elə Ermənistanın Respublikaçılar Partiyasının üzvü Karine Əcəmyan da məsələyə eyni prizmadan yanaşır: “Bu günlərdə Ermənistanda bir qrup insan indiki hakimiyyətə qarşı etirazlar keçirir, Paşinyan və onun komandasını devirmək istəyir, guya bunların hamısı Ermənistan naminə edilir. Amma gözüaçıq cəmiyyətin üzvləri tam olaraq anlayır ki, bu etirazların arxasında duran sarkisyançılar, köçəryançılar, qərbyönlülər, ruspərəstlərdir və onların ən əsas məqsədi taxtdır. Erməni xalqı avam, axmaq xalq deyil. Nəyin necə olduğunu biz ilk gündən görürük. Hamımız anlayırıq ki, bütün bu baş verənlər yaxın gələcəkdə azərbaycanlı və türklərin İrəvan küçələrində rahat dolaşacaqlaqlarından, Qarabağ və Zəngəzurun isə tam olaraq Bakının nəzərəti altında olacağından xəbər verir. Bu prosesi dayandıra biləcək heç nəyimiz yoxdur. Xalqımız müharibə istəmir. Məhz bu səbəbdən o yuxarıda adların çəkdiyimiz robertçilər, serjçilər heç nəyə nail ola bilməyəcəklər. Biz anlayırıq ki, Nikol nə qədər zəif siyasətçi olsa da, respublikasını tam olaraq yoxa çıxmaqdan qoruya biləcək”. Erməni siyasətçinin sözlərinə əsasən, hazırda Ermənistanda Qərbin müəyyən gücləri tərəfindən planlar hazırlanır: “Hər şeyə hazır olmalıyıq”. Yeri gəlmişkən qeyd edək ki, “Qraparak” nəşri Qərbin müəyyən addımlar atacağını yazır: “Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfər edərək burada müttəfiqliyi gücləndirən yeni sənədlərə qol çəkməsi İrəvanda birmənalı qarşılanmayıb. Qərbin Moskvaya qarşı bütün sferalarda genişmiqyaslı cəbhələr açması fonunda baş nazirin Rusiyaya sığınması siyasi elitanın qəzəbinə səbəb olub. Nikol Paşinyanın Moskva səfəri hakim fraksiyada çaxnaşma yaradıb. Mənbələrimiz bildirir ki, Paşinyanla Putinin məlum birgə bəyanatından sonra Qərb və ya daha dəqiq desək, Soros sektoru parlament daxilində birbaşa etirazlara qalxaraq baş naziri açıq şəkildə hədələyir. Onlar deyirlər ki, Nikol bundan sonra “rus çəkmələrini yalayacaq” və Qərbdən uzaqlaşacaq”. O da vurğulanır ki, Paşinyan Moskvaya getməzdən əvvəl və ya səfərdən sonra deputatlarla görüşməsə də, səfərin nəticələrini onlara təqdim etməsə də, məlum bəyanatın mətnində Qarabağ məsələsinin qısa şəkildə də olsa qeyd olunması iqtidaryönlü deputatların hirsini nisbətən soyudub: “Məsələ burasındadır ki, bir neçə həftə əvvəl Brüssel görüşündən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin yaydığı bəyanatda Qarabağla bağlı bir kəlmə də söz açılmamışdı. Mənbəmiz xatırladıb ki, bu isə Avropa İttifaqı ilə bağlı üçtərəfli görüşlərə dair Dağlıq Qarabağın adı çəkilməyən üçüncü belə haldır”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ