Cümə günü, 13 noyabr 2026
     

Minsk Qrupunun fəaliyyət(sizliy)inə həmsədr ölkələrin özləri son nöqtəni qoydular

Image


Artıq dünya miqyasında qəbul edilmiş həqiqətdir ki, Azərbaycanın tarixi qələbəsi ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranmış yeni geosiyasi reallıqlar ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də de-fakto son verib. Bu haqda danışmazdan öncə xatırladaq ki, Ermənistanla Azərbaycan arasında yaranmış Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması vasitəçi qismində 1992-ci ildə təsis edilmiş ATƏT-in Minsk Qrupuna həvalə olunmuşdu.

İlkin mərhələdə bu qurumun problemin həllində kifayət qədər imkanlara malik olduğuna böyük inam olsa da, sonradan bu ümidlərin yanlışlığı üzə çıxdı. Düzdür, Minsk Qrupu münaqişənin nizama salınması üçün tərəflərə bir neçə təklif, konkret olaraq mərhələli və paket həll variantları, Madrid və Kazan prinsiplərini, eləcə də digərlərini təqdim etdi. Lakin bu təkiflərin icrası istiqamətində Ermənistana heç bir təzyiq olmadı. Ermənistanın qeyri-konstruktiv mövqeyinə son verilməsi üçün Minsk Qrupunun əməli fəaliyyəti qeydə alınmadı. Elə bu səbəbdən Azərbaycan 44 günlük müharibə ilə ərazi bütövlüyünü bərpa etdi. İndi postmünaqişə dövrü üçün, əslində, Minsk Qrupuna heç bir ehtiyac qalmayıb. Bununla belə, Ermənistanın Azərbaycanla sülh danışıqları prosesində Minsk Qrupunun vasitəçiliyində israr etməsi davam edir. Ekspertlərə görə, rəsmi İrəvanın bu qurumdan imdad diləməsi onun özünün təkbaşına Azərbaycanın diplomatiyası və hərbi gücü qarşısında duruş gətirə bilməyəcəyini anladığını göstərir. Görünən odur ki, Ermənistan Minsk Qrupu timsalında həm beynəlxalq dayağa, həm də əvvəllər olduğu kimi, bu qrupun həmsədrlərinin ayrı-ayrılıqda dəstəyinə ümid edir. Lakin bölgədə gedən son proseslər və baş verən hadisələr Ermənistanın bu istəyinin də reallaşmasının mükünsüzlüyünü göstərir. Əvvəla, həmsədr ölkələr özləri artıq Minsk Qrupunun mövcudluğunu sual altına alıb. Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov diqqətə çatdırıb ki, ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina edib. Bununla da formatın fəaliyyətinə son verilib. Məhz bundan sonra rəsmi Moskva İqor Xovayevi Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması üzrə xüsusi nümayəndəsi təyin edib.

Daha sonra bəlli olub ki, Fransa da eyni addım atıb. Belə ki, Minsk Qrupunun Fransadan olan həmsədri Bris Rokfeylin İrəvana səfəri zamanı Ermənistan rəsmiləri və mediası onu “Minsk Qrupunun həmsədri” kimi təqdim etsələr də, məlum olub ki, Rokfeyl regiona yalnız Fransanın “Şərq Tərəfdaşlığı” proqramı üzrə nümayəndəsi statusunda səfər edib. Digər tərəfdən məlumdur ki, ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şafer ötən həftə regiona səfəri çərçivəsində Ermənistanda olub. Ermənistan mətbuatı onu da ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kimi təqdim etməyə çalışsa da, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu onu Qafqazda danışıqlar üzrə baş müşavir kimi təqdim etməklə ATƏT-in Minsk Qrupunun taleyinə son nöqtəni qoyub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bunlar fonunda qeyd edir ki, ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Bakı ilə İrəvan arasında hərtərəfli sülhə nail olmaq üçün Rusiya tərəfinə bu mexanizmin işini bərpa etməyə hazır olduqları barədə siqnallar göndərməyib:  “Bizə belə siqnallar daxil olmayıb. Biz onları gözləmirik”. Zaxarova bildirib ki, Vaşinqton və Paris Rusiyanın iştirakı ilə əməkdaşlıqdan imtina etməklə, faktiki olaraq, ATƏT-in Minsk Qrupunun üç həmsədrinin vaxtilə yaxşı əlaqələndirilmiş işini iflic ediblər. Beləliklə, Kreml Minsk Qrupunun bərpasını mümkünsüz saydığına dair konkret mesajlar verir. Bütün bunlar həmsədr ölkələrin Minsk Qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. Bir müddət əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da baş tutmuş Azərbaycan və Ermənistan rəhbərlərinin ikinci Brüssel görüşündən sonra yayılan bəyanatda və digər sənədlərdə də “ATƏT-in Minsk Qrupu” ifadəsi işlənmir. Bu onu göstərir ki, artıq beynəlxalq vasitəçilər ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun fəaliyyətini bitmiş sayırlar. Digər tərəfdən, rəsmi Bakı belə bir qurumu tanımır və qəbul etmirsə, bu mövqenin dünyada qəbulu da qaçılmazdır. Məsələnin başqa bir tərəfi isə Ukrayna məsələsində düşərgənin qarşı tərəflərində duran ABŞ və Rusiya ilə bağlıdır. Bu ölkələr BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindəndir. Bir müddət əvvəl Rusiyanın şuradan çıxarılması və ya fəaliyyətinə müvəqqəti olaraq moratorium qoyulması məsələsi gündəliyə çıxarılmışdı. Belə bir şəraitdə ABŞ və Rusiyanın hansısa qrup daxilində birgə həmsədrlik etməsi məntiqdən və reallıqdan çox-çox uzaqdır. ABŞ beynəlxalq məsələləri müzakirə etmək üçün Rusiya ilə bir masa arxasında oturmaq istəmir. Deməli, bu ölkələri Minsk Qrupu formatında da bir arada görmək mümkün deyil. Elə Fransa da ABŞ-la eyni mövqedən çıxış edir. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistan, bütün istəklərinə rəğmən, bir daha Minsk Qrupu formatını görməyəcək.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ