Cümə günü, 13 noyabr 2026
     

Rusiya Ukraynada yeni kvazidövlətlər yaradır: Xersonda referendum hazırlıqları başladı

Image


Rusiyanı Ukraynada məğlubiyyətə uğratmaq üçün Qərb ölkələrinin indi daha böyük qətiyyətlə hərəkət etməsi müşahidə edilir. Bunu, əvvəlki dövrlərdən fərqli olaraq, Qərbin Ukraynaya daha ağır silahlar verməyə razılaşması da sübut edir. Artıq ABŞ bu istiqamətdə fəaliyyətə başlayıb.

Belə bir vaxtda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “European Pravda” qəzetinə müsahibəsində maraqlı açıqlamalar verib. O bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı müharibədə dəstək olmaq üçün ağır silahlar alıb Ukraynaya pulsuz təhvil verməyə razılaşıb: “Təhlükəsizlik baxımından bununla bağlı çox xəbər olmayacaq. Amma biz Ukraynanı bu silahlarla təmin etmək öhdəliyimizə sadiqik. Mən çox yaxşı xatırlayıram ki, müharibə başlayandan iki gün sonra prezident Zelenski mənə zəng edərək Ukraynaya silah verilməsini koordinasiya etməyi xahiş etdi. Avropa İttifaqı üçün çox çətin qərar idi, biz bunu əvvəllər etməmişdik. Ancaq biz bunu bir neçə saat ərzində etdik”. Onun sözlərinə görə, o vaxtdan keçən iki ay ərzində Avropa İttifaqı  “European Peace facility” (Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün satınalmalarda istifadə olunur) vasitəsilə artıq 1,5 milyard avro ayırıb: “Bu, bir çox Avropa İttifaqına üzv dövlətlərin ikitərəfli səviyyədə gələn dəstəyinə əlavədir. Lakin bu yardım kifayət deyil, biz daha çox etməliyik və edəcəyik”. Beləliklə, Qərb Rusiyanı Ukrayna bataqlığına daha çox batırmağa çalışır. ABŞ-ın maliyyə naziri Canet Yellen bu fonda qeyd edir ki, Amerika Birləşmiş Ştatlar hazırda “Böyük Yeddilik”də olan tərəfdaşları və beynəlxalq maliyyə institutları ilə növbəti rüb ərzində Ukrayna iqtisadiyyatı üçün ayda 5 milyard dollar səviyyəsində yardım ayıracaq: “Biz “Böyük Yeddilik”çərçivəsində, həmçinin beynəlxalq maliyyə institutları ilə müzakirələr aparırıq. Biz maliyyə ehtiyaclarını və bu pulu necə toplaya biləcəyimizi müzakirə edəcəyik. Düşünürəm ki, biz Ukraynanın ehtiyaclarını ödəmək üçün yollar tapmalı olduğumuzu qəbul etməkdə birləşmişik”.Onun sözlərinə görə, ABŞ Ukraynaya 1 milyard dollar yardım edib və gələcək maliyyə dəstəyi üçün ABŞ administrasiyası Konqresə əlavə sorğu ilə müraciət etməli olacaq.

Lakin Rusiya da geri çəkilmək niyyətində deyil. Tanınmış rusiyalı ekspert Konstantin fon Eggert hesab edir ki, Kreml təkcə Donbasla kifayətlənməyəcək. O hesab edir ki, Donbas uğrunda döyüş Rusiyanın Ukraynaya təcavüzünün final yox, aralıq mərhələsi olacaq: “Putinə bəzi regionlar yox, bütün Ukrayna lazımdır. Buna görə də döyüşlər bir müddət səngisə belə, müəyyən müddətdən sonra Rusiya prezidenti yenə də genişmiqyaslı müharibəyə qayıdacaq”. Onun fikrincə, Donbas uğrunda döyüş mühüm məqamdır, lakin Rusiya ilə Ukrayna arasında müharibə aylarla, bəlkə də illərlə davam edəcək: "Putinin anlayışına görə, hətta Rusiya Federasiyasının ərazisi ilə Krım arasında bir növ quru dəhlizinin yaradılması da Ukrayna probleminin bütövlükdə həlli demək deyil. Müharibə davam edəcək, çünki Rusiyaya tamamilə tabe olan Ukrayna lazımdır. Ona görə də Putin bu ideyanın prinsipcə mümkün olmadığına əmin olana qədər hansısa formada Ukraynanı özünə tabe etdirməyə çalışacaq”. Eggert əmindir ki, Rusiyanın bank sistemi Qərblə əlaqəsi kəsildiyi üçün ölkəsinin defolt olub-olmamasının Putin üçün heç bir əhəmiyyəti yoxdur: “İnvestorlar Rusiyadan qaçır. 1998-ci ildə də maliyyə böhranı oldu, amma o zaman Rusiya dünyaya açıq idi və xarici kreditlərdən asılı idi. İndiki Rusiyada belə bir şey yoxdur və hələ gözlənilmir”. Onun sözlərinə görə, Qərbin tətbiq etdiyi sanksiyalar müəyyən müddətdən sonra öz təsirini göstərəcək: “Rusiyada bu, təxminən bir il çəkə bilər. Ehtimal etmək olar ki, qlobal iqtisadiyyata ciddi şəkildə qarışan Rusiya böyük zərər görəcək. Xüsusilə yüksək texnologiyalar yarımkeçiricilər və idxalın bütöv bir çeşidi sahəsində yerli istehsalla əvəz edilə bilməz və ya qismən Çin tədarükü ilə əvəz edilə bilməz”. Politoloq qeyd edir ki, Kreml hakimiyyəti ölkə əhalisini sonsuza qədər vətənpərvər isteriya vəziyyətində saxlaya bilməyəcək. Bununla belə, Rusiyanın Ukraynada daha bir təhlükəli addım atmağa hazırlaşdığı üzə çıxıb. Belə ki, Rusiyanın tutduğu Xerson vilayətində işğalçılar “xalq respublikası” yaratmaq üçün aktiv fəaliyyətə başlayıblar. Ukraynanın “Cənub” operativ komandanlığı bildirir ki, artıq “referendum” keçirmək üçün hazırlıqlar gedir. İddiaya görə, “referendum”u 27 apreldə keçirmək planlaşdırılıb. Ukraynalı ombudsman Lüdmila Denisova isə qondarma referendumun 1-10 may arasında keçiriləcəyinə cəhd ediləcəyi haqda məlumat aldığını deyib. Qeyd edib ki, 2014-cü ildə Luqansk və Donetskdə keçirilən qondarma referendum ssenarisini Xersonda tətbiq etməyə çalışırlar. Xerson şəhər meri İqor Kolıxayev onda “referendumun tarixi” ilə bağlı hər hansı dəqiq məlumat olmadığını deyib. Kolıxayev hazırda işğal altında olan şəhərdə fəaliyyətini davam etdirdiyini, insanlara xidmət etdiyini də bildirib.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ