Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı həm Azərbaycanın daxilində, həm də ölkəmizdən kənarda çox diqqətlə izlənilir.
V qurultayın əvvəlki qurultaylardan nə kimi fərqləri var, bu qurultayı özündən öncəkilərdən nə ilə fərqləndirmək olar?
“İndi qalib xalq olaraq bu Qurultayı keçiririk”
Diaspor işi ilə yaxından maraqlanan və Dünya Azərbaycanlılarının əvvəlki qurultaylarının iştirakçısı olan tanınmış şair, professor Paşa Qəlbinur “Bakı-Xəbər”ə bildirdi ki, Şuşada keçirilən qurultayın fərqli cəhətləri çoxdur, bu qurultayların zirvəsidir: “Əvvəlki qurultaylarla bu qurultayın fərqi odur ki, əvvəlki qurultayların hamısında sanki dağın ətəyindən yüksəkliyə qalxırdıq. İndi isə o mübarək zirvəyə qalxmışıq. Bu zirvə müqəddəs Şuşadır. 44 günlük müharibədə əldə etdiyimiz zəfərin qürurunu yaşayırıq hamımız. Bu qurultayda əhval-ruhiyyəmiz də fərqlidir. Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayıdır. Əvvəlki qurultaylarda isə biz tamam başqa əhvalda idik. İndi qalib xalq olaraq bu qurultayı keçiririk. Bu, tariximizin qəhrəmanlıq səhifələrini yazan oğullarımızın sayəsində yaşadığımız mutluluq anıdır. Bu qurultay növbəti qələbə təntənələrinin əvvəlidir. Bundan sonra daha da möhtəşəm tədbirlər olacaq. Əlbəttə, V Qurulyatın mənası, məzmunu, daşıdığı missiya çox önəmlidir”.
İradə SARIYEVA