Cümə günü, 13 noyabr 2026
     

Putinə qarşı məmur və oliqarxların üsyanı başlayır: narazı elita "Bloomberg"ə nələr danışdı...

Image


Qərb ölkələrinin Ukraynaya hərbi və digər müstəvilərdə artan yardımı fonunda Rusiyanın bu ölkə ilə savaşının hələ uzun müddət davam edəcəyinə dair ehtimallar artır. Ən azı, cari ilin sonuna kimi müharibənin davam etməsi qaçılmaz sayılır. Bütün bunlara görə isə məsuliyyət daşıyan əsas şəxs qismində Rusiya prezidenti Vladimir Putinin adı çəkilir.

Putinin savaşı davam etdirmək qərarı indi Rusiya elitasında da narazılıq yaradır. Bu xüsusda "Bloomberg" agentliyi maraqlı detalları üzə çıxarıb. Agentliyin yazdığına görə, Rusiyada yüksək vəzifəli məmurların getdikcə daha çox qismi bu qənaətə gəlir ki, Ukraynada müharibənin davam etdirilməsi Rusiyanı çoxillik təcrid vəziyyətinə salacaq, iqtisadiyyatını iflic edəcək və təhlükəsizliyini risqə atacaq. Bununla belə, agentliyə danışanlar Vladimir Putinin indiki kursu dəyişəcəyinə inanmırlar. Onların fikrincə, Rusiya prezidenti getdikcə daralmaqda olan, özünün radikal mövqeli məsləhətçilərindən ibarət dairəsinə daha çox arxalanır və onu müharibənin nəticələri barədə xəbərdar etmək cəhdlərini rədd edir. İki mənbənin "Bloomberg”ə dediyinə görə, Putin Ukrayanaya hücum qərarını bir neçə "qırğıyla" - müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və Təhlükəsizlik Çurasının katibi Nikolay Patruşevlə birlikdə verib. Agentlik yazır ki, hücumdan bir neçə həftə əvvəl Putinin məsləhətçilərinin və əlaqədə olduğu şəxslərin, yəni əvvəllər mütəmadi şəkildə məşvərət etdiyi radikalların sayı daha da azalıb. İndilikdə isə Ukraynaya hücumdan səkkiz həftə sonra itkilər artmaqda davam edir, Rusiya görünməmiş beynəlxalq sanksiyalarla üzləşib: "Bu halda yüksək rütbəli Kreml rəsmilərinin kiçik, amma sayı artmaqda olan qrupu Putinin müharibə qərarının səhv olduğunu düşünür". "Bloomberg" söhbət etdiyi on mənbəyə - daxildəki vəziyyəti bilən, amma şəxsi təhlükəsizlikləri üçün anonim qalmaq istəyən şəxslərə istinadən bildirir ki, Rusiya hökumətinin yüksək postlarındakı və dövlət biznesindəki tənqidçilərin sayı az olaraq qalmaqdadır. Onlar hesab edirlər ki, Ukraynaya hücum dəhşətli səhvdir və bu səhv ölkəni ciddi dərəcədə geri salacaq: “Bu şəxslər qeyd ediblər ki, Putinin kursu dəyişməsi, hələ ki, mümkün görünmür. Onların sözlərinə görə, Rusiya prezidenti ətrafındakı radikalların getdikcə daha çox daralan dairəsinə güvənərək digər məmurların iqtisadi və siyasi zərərlərlə bağlı xəbərdarlıq cəhdlərini rədd edir. Həmsöhbətlər deyir ki, Putinin öz tarixi missiyası hesab etdiyi müharibədə uğursuzluqla üzləşəcəyi halda nüvə silahından məhdud səviyyədə istifadə edə biləcəyi barədə ABŞ kəşfiyyatının narahatlığını artıq onlar da bölüşürlər. Şübhəsiz ki, Rusiya elitasının böyük qismi hələ də Putinin müharibəsini ciddi şəkildə dəstəkləyir, rəsmilərin çoxu həm şəxsi söhbətlərdə, həm də ictimai çıxışlarda Kremlin mövqeyini təkrarlayaraq deyirlər ki, Qərblə münaqişə qaçılmaz idi və ölkə iqtisadiyyatı ABŞ və müttəfiqləri tərəfindən tətbiq edilən genişmiqyaslı sanksiyalara adaptasiya olunur. İctimai dəstək də güclü olaraq qalmaqdadır, ilkin şoku və sanksiyaların zərbəsini Rusiyadakı sürrealist sabitlik əvəz edib".

Agentlik xatırladır ki, Rusiyanın Ukrayna ilə müharibəsinin qaçılmaz olduğunu Putin hər çıxışında vurğulayır. "Bloomberg" qeyd edir ki, yüksək rütbəli məmurların getdikçə daha böyük qismi Putinin müharibəni davam etdirmək niyyətinin Rusiyaya çoxillik izolyasiya və artan gərginlik qazandıracağını, nəticədə ölkə iqtisadiyyatının iflic olacağını, ölkə üçün təhlükəsizlik probleminin yaranacağını və ölkənin qlobal miqyasda təsirinin azalacağını düşünür. Agentliyə danışanların sözlərinə görə, yüksək çinli məmurlar sanksiyaların iqtisadi nəticələrinin ağır olacağını, son iyirmi ildəki yüksəlişin və daha yüksək həyat səviyyəsinin sıfırlanacağını Putinə izah etməyə çalışıblar. O isə bu xəbərdarlıqları qulaqardına vurub, deyib ki, Rusiyaya baha başa gəlsə də, Qərb müharibəyə başlamaqdan başqa çıxış yolu qoymayıb: “Bu günlərdə isə ölkənin sosial-iqtisadi vəziyyətinə həsr olunmuş müşavirədə Putin Rusiyaya qarşı "ildırımsürətli iqtisadi müharibə" cəhdinin iflasa uğradığını deyib: "Məqsəd ölkəmizin iqtisadi və maliyyə vəziyyətini tez bir zamanda sarsıtmaq, bazarlarda çaxnaşma yaratmaq, bank sistemini çökdürmək, mağazalarda genişmiqyaslı mal qıtlığı yaratmaq idi. Artıq əminliklə deyə bilərik ki, Rusiyaya qarşı bu siyasət iflasa uğradı, ildırımsürətli iqtisadi müharibə strategiyası iflasa uğradı".  Nəşrə danışan mənbələr qeyd edir ki, Putin ictimaiyyətin onu dəstəklədiyinə əmindir; inanır ki, rusiyalılar onun milli əzəmət ideyasına görə illərlə çətinlik çəkməyə hazırdırlar. Mərkəzi Bankın sərt nəzarəti sayəsində rubl ilk itkilərinin böyük hissəsini geri qaytarıb və inflyasiya kəskin şəkildə artsa da, iqtisadi sarsıntılar məhdud səviyyədə qalmaqdadır. Putin müharibəni davam etdirməkdə qərarlıdır, baxmayaraq ki, Kreml öz ambisiyalarından - Ukraynanın böyük hissəsini işğal etməkdən vaz keçməli və Donbas uğrunda yorucu müharibəyə fokuslanmalı olub. Putinin kursunu dəstəkləməyənlər bildirir ki, onun itkiləri nəzərə alaraq hücumu dayandırmaq barədə düşündüyünü və ya atəşkəs üçün vacib olan ciddi güzəştlərə hazır olduğunu göstərən heç bir əlamət yoxdur. Putin siyasi sistem üzərində total hakimiyyətə malikdir, ona görə də alternativ fikirlər ancaq şəxsi söhbətlərdə səsləndirilir. İnformasiya çatışmazlığı ucbatından Kreml hücumun ilk günlərində yanlış hesablamalara yol verib. Müsahiblərin birinin dediyinə görə, Rusiya və Ukrayna arasındakı danışıqların təşkilində iştirak edən Roman Abramoviç Ukrayna prezidenti Volodimir Zelenskinin hücum başlayan kimi ölkəni tərk edəcəyini düşünən Putini bunun baş verməyəcəyinə inandırmalıymış. Hələ mart ayının ortalarında sanksiya tətbiq edilmiş milyarder Mixail Fridman rusiyalıların müharibəni niyə ictimai şəkildə pisləməyəcəklərinin səbəblərindən danışıb: "Putin və digərləri arasındakı məsafə yer və kosmos arasındakı məsafə qədərdir. Kimliyindən asılı olmayaraq, ona müharibə əleyhinə nəsə demək intihara bərabərdir".

"Bloomberg" xatırladır ki, milyarder Oleq Deripaska hələ mart ayının axırlarında müharibəni "ağılsızlıq" adlandırmış, "Təəssüf ki, yaxın aylarda sülh olmayacaq" demişdi. "Tinkoff" bankının qurucusu Oleq Tinkov müharibə və onu dəstəkləyənlərin əleyhinə daha kəskin ifadələr işlədib, üstəlik, Rusiya ordusunu da tənqid edib. Agentlik "hücuma görə ancaq bir nəfərin ictimai şəkildə Kremllə əlaqəni kəsdiyini",  Putinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubaysın vəzifəsindən istefa verdiyini yazır. Bundan dərhal sonra İstanbula uçan Çubays qərarıyla bağlı açıqlama verməkdən imtina edib. "Bloomberg" qeyd edir ki, digərlərini, o cümlədən Mərkəzi Bankın sədri Elvira Nabiullinanı vəzifədən getməyə qoymayıblar, onlara deyiblər ki, iqtisadi nəticələrin həllinə kömək etməlidirlər: “Nabiullina hücum başlayandan sonra istefa ərizəsi yazmaq istəyib, amma Putin razılıq verməyib. Mərkəzi Bank bu xəbəri təkzib etmişdi. Yüksək rütbəli məmurlar ölkəni tərk edənləri qınayaraq onları "satqın" adlandırıblar. Elitanın bəzi nümayənsələri isə daha sərt kurs seçilməsini istəyirlər”. Agentlik xatırladır ki, Putinin mətbuat katibi Dmitri Peskov Rusiyadan getmiş televiziya aparıcısı İvan Urqantı müdafiə edəndə Çeçenistan rəhbəri Ramzan Kadırov onu kifayət qədər vətənpərvər olmamaqda günahlandırmışdı. "R.Politik" layihəsinin rəhbəri Tatyana Stanovaya isə bildirir: "Fikir ayrılığına və diskussiyalara yer yoxdur, hamı prezidentin qərarlarını icra etməklə məşğul olmalıdır. Nə qədər ki, Putin situasiyaya nəzarət edir, insanlar onun arxasınca getməyə davam edəcəklər".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ