Cümə axşamı günü, 24 sentyabr 2026
     

Azərbaycan ordusu və polisi tezliklə Xankəndiyə daxil olacaq: revanşıstlər şokda...

Image


Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsi erməni radikal müxalifətini ciddi narahat edir. Elə bu səbəbdən radikallar aprelin 17-dən fasizləsiz etiraz aksiyalarına başladıqlarını bildirib. Lakin elə erməni mediası etiraf edir ki, bu hal heç nəyi dəyişməyəcək.

Ermənistanın “Qraparak” nəşri qeyd edir ki, hakimiyyət erməni xalqını sülh dövrünə hazırlamaq qərarına gəlib, bu missiya güc strukturlarının üzərində qalıb. Ermənistan polisinin yüksək dərəcəli rəsmilərindən biri nəşrə açıqlamasında bildirib ki, bu günlərdə polisdə böyük toplantı təşkil olunub. Açıqlama verən şəxsin sözlərinə görə, rəhbərlik onlara göstəriş verib ki, kənd və şəhərlərdə yerli hüquq-mühafizə orqanları Paşinyanın fəaliyyəti ilə bağlı problem yarada biləcək fəalları, insanları tapsınlar: “Məsələn, onlar Azərbaycanla sülh sazişi imzaladıqdan sonra etirazlara səbəb ola bilərlər. Polisə belə insanlarla təbii olaraq xüsusi üsullarla “işləmək” tapşırılıb”. Erməni siyasi şərhçi Razmik Akopcanyan da bildirib ki, kimlərinsə sülh müqaviləsinə etiraz etməsinin heç bir ciddi nəticəsi olmayacaq: “Əslində, Ermənistanda artıq uşaqlı-böyüklü hamı dərk etməyə başlayıb ki, Bakı Qarabağda vəziyyəti tam olaraq öz nəzarətinə götürmək niyyətindədir. Hazırda hər şey Azərbaycanın əlinə oynayır. Siyasi prosseslər, Avropanın qazdan  asılılığı... İrəvanın bu təzyiq içində başı fırlandı, Bakı isə dividendlər qazandı. “Moskva” kreyseri kimi Rusiyanın 3 gəmisi var idi. İndi ikisi qaldı. Bu, Kreml üçün həm hərbi, həm də psixoloji cəhətdən çox böyük zərbə oldu. Artıq Rusiyanın Qara dənizdə donanması yoxdur. Demək ki, rus əsgərləri Qarabağda yavaş-yavaş azalacaq və həmin ərazilərə Azərbaycan ordusu daxil olacaq. Bu gün-sabah Azərbaycan polisi və əsgəri Xankəndidə öz qaydalarını tətbiq edəcək. Oradakı ermənilər isə sakitcə tabe olacaq”. Bunlar fonunda “armenianreport” portalı da yazır ki, müxalifətin mitinqlərlə Paşinyan iqtidarına əngəl ola biləcəyi inandırıcı görünmür: “Ermənistanı yenidən mitinqlər bürüyüb. İclaslar, etiraz aksiyaları, müqavimət və ya nə adlanırsa adlansın, bu gün demək olar ki, bütün müxalifət meydandadır. Bir-biri ilə o qədər də yaxşı yola getməyən Köçəryan və Sarkisyanın tərəfdarları, daşnaklar və sağ mərkəzçi Tsarukyan, rusiyayönümlü və qərbyönlü qüvvələr bir impulsda Paşinyana nifrətlərini bəyan edir. Və hamı indiki hökumət başçısını və onun komandasını hakimiyyətdən uzaqlaşdırmaq üçün hansısa “yol xəritəsi” arzusundadır. Lakin bunun üçün şanslarının son dərəcə aşağı olduğunu dərk etmirlər.

Və burada məsələ təkcə indiki hakimiyyətin arsenalında mövcud olan repressiya aparatında deyil. 2018-ci ilin yazında Sarkisyanın repressiya aparatı heç də zəif deyildi və buna baxmayaraq, bu onu devrilməkdən xilas edə bilmədi. Məsələ ondadır ki, məyusluq və depressiyaya, sosial-iqtisadi vəziyyətin çox ləng yaxşılaşmasına baxmayaraq, xalq keçmiş iqtidarların hakimiyyətinin bərpasını istəmir. Nikol və onun komandasını nə qədər tənqid etsək də, yenə də onun pislərin ən yaxşısı olduğunu etiraf etmək üçün cəsarətimiz olmalıdır. Bəli, cəmiyyət indi son həddə qədər qütbləşib, bəs görün nə qədər insan müxalifətə dəstək üçün küçələrə çıxır? Maksimum 15 min. Bu say Paşinyanı devirə biləcək etiraz elektoratı kütləsi deyil. Cəmiyyətin böyük hissəsi keçmiş iqtidarlara xor baxır və onlar üçün barrikadalara getməyə hazır deyil. Üstəlik, sadə insanlar müxalifətin əsas qüvvələrinin - “Hayastan” və “Şərəf duyuram” bloklarının qorxaqlığını görür. Uzağa getməyək. “Şərəf duyuram” blokunun əsas qüvvəsi olan Respublikaçılar Partiyası tərəfindən hakimiyyətə qarşı hansı rüsvayçı ittihamlar səsləndirilir? Partiyadan Armen Aşotyan qeyd edir ki, Paşinyan və Əliyev birlikdə Minsk Qrupu həmsədrlərinin formatını məhv edirlər. Amma nə qədər axmaq olmalısan ki, ATƏT-in Minsk Qrupunun dağılmasının Əliyev və Paşinyanın səlahiyyətində olduğunu deyəsən. Fransa, ABŞ və Rusiyadan olan həmsədrlər formatı Rusiya-Qərb qarşıdurmasının indiki geosiyasi vəziyyətində apriori mövcud ola bilməz. Həmsədrlər institutu daxilində çat uzun müddətdir ki, davam edir və nəhayət, indi formalaşıb. Əliyev isə yalnız bu faktı qeyd edib. Bəli, Rusiyanın özü də Lavrov və Zaxarovanın ağzı ilə faktiki olaraq ATƏT-in Minsk Qrupunun “öldüyünü” elan etdi. Bəs rusiyayönlü Respublikaçılar Partiyası Moskvanı tənqid edə bilərmi? Əlbəttə yox. Cəmiyyətin bu primitiv yemə düşəcəyinə sadəlövhcəsinə inanan serjikovçular üçün bu məsələdə Paşinyanı günahlandırmaq daha asan və təhlükəsizdir. Eyni zamanda, Köçəryan və Sarkisyanın sponsorluq etdiyi mətbuatda dərc olunan yazılarda Paşinyanın Moskvaya səfəri də tənqid olunur. Qeyd edilir ki, Nikol nəhayət Qarabağı təslim edəcək. Bəs kimə? Rusiyaya? Bu baxımdan Əliyev və Ərdoğanla bir yerdə oynayaraq  İrəvanı “sındıran” Putin deyilmi? Yaxud müxalifətin daha bir riyakar təmsilçisi Artur Vanetsyan vətəndaşları Azadlıq meydanında mitinqə dəvət edir. O, Milli Təhlükəsizlik Xidmətinin direktoru kimi özünü bütün dünyada rüsvay edib. Vanetsyanla Polis rəhbəri Sasun Xaçatryanın “1 mart işi”ni müzakirə etdiyi telefon dinləmə qalmaqalını nəzərdə tuturuq. Bəs bu adam, bu xidmət Ermənistanın milli və dövlət maraqlarının keşiyində dayanmalı deyildi? Heç özlərini qoruya bilmədilər. Belə olan halda bu biabırçı müxalifət xalqı  niyə etiraz aksiyalarına çağırır? Xalqımızın çox ehtiyacı olan birliyi naminə? Əlbəttə yox. Müxalifət bizə nə təklif edir? O, vəziyyətdən hansı çıxış yolunu təklif etməyə hazırdır? Bəli, köçəryanlar və serjiklər Qarabağda baş verənləri, məğlubiyyətimizə möhür vuran hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyannaməni tənqid edərək ağızlarından köpük tökürlər. Amma eyni zamanda açıq şəkildə demirlər ki, bəyanatdan imtina etmək lazımdır. Axı onlar başa düşürlər ki, orada Putinin imzası var. Onlar nə təklif edir və nə vəd edirlər? Onlar hesab edirlər ki, Rusiya ilə münasibətləri Paşinyandan daha yaxşı qura bilərlər. Bəs bizim bəlalarımızın səbəkarı Putin Rusiyası deyildimi? Müxalifət itirilmiş əraziləri geri qaytarmağa söz verir. Bəs o bunu necə edəcək? Bizə bunu demirlər. Ona görə də xalq Paşinyanı danlasa da, anlayır ki, indiki geosiyasi şəraitdə, Moskvanın, Bakının, Ankaranın və Brüsselin maraqlarının üst-üstə düşdüyü bir vaxtda bizim şansımız yoxdur. Beləliklə, ən pisin ən pisindənsə, ən pisin ən yaxşısının hakimiyyətdə olması daha yaxşıdır. Etiraf etmək nə qədər kədərli olsa da...”

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

24.09.2026 / 15:15
İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

24.09.2026 / 14:22
Tarixçi alimlər: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Elm Fondu tərəfindən qrant layihələri üzrə müsabiqələr obyektiv, aşkar və şəffaf keçirilmir”

24.09.2026 / 14:14
Xəzər dənizində təlim zamanı 9 Qazaxıstan hərbçisi həlak oldu

24.09.2026 / 14:09
Ukrayna Aİ-nin sanksiya siyahısına Usmanov və Fridmanın yerinə başqa iki rus oliqarxın salınmasını təklif etdi - Lisin və Potanin…

24.09.2026 / 13:55
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib – erməni nazir açıqladı…

24.09.2026 / 13:41
Ukrayna Rostovda neft anbarını, Kubanda isə neft emalı zavodunu vurdu…

24.09.2026 / 13:27
Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlandı

24.09.2026 / 13:15
Bakıda Formula 1 rekordu - xarici qonaqların sayı 16 mini keçdi

24.09.2026 / 13:05
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO

24.09.2026 / 12:50
Nizamidə şirkət anbarından 51 min manatlıq kombi oğurlandı...

24.09.2026 / 12:38
YAP-ın VIII Qurultayının keçiriləcəyi tarix məlum oldu

24.09.2026 / 12:33
Nyu-Yorkda ABŞ-İran danışıqlarının təfərrüatları sızdırıldı - Vaşinqton Tehranın Hörmüz təklifini rədd etdi…

24.09.2026 / 12:20
Dini konfessiya rəhbərləri Anım Günü ilə bağlı bəyanat yaydı - 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir...

24.09.2026 / 12:07
Avrokomissiya rəsmisi rusları Putini devirməyə çağırdı – hər şey onlardan asılıdır…

24.09.2026 / 11:40
Paşinyan rusiyalı jurnalistə cavab - "Niyə iki stul? Biz bir erməni stulunda oturmuşuq"…

24.09.2026 / 11:23
Suraxanıda şübhəli şəxsdən 32 kq narkotik aşkarlandı

24.09.2026 / 11:08
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli oldu

24.09.2026 / 10:50
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

24.09.2026 / 10:24
"TRIPP regional əlaqələrin inkişafına xidmət edəcək" - Ceyhun Bayramov

24.09.2026 / 10:01
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi və 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - FOTO

24.09.2026 / 09:56
Ərdoğan Paşinyanı Türkiyədə keçiriləcək COP31 liderlər sammitinə dəvət etdi

24.09.2026 / 09:40
IV Bakı Təhlükəsizlik Forumu keçirilib

24.09.2026 / 09:25
Şahmatçılarımız erməni qadınlara niyə uduzub?

24.09.2026 / 09:19
Paşinyanın deputatları "Arsax"sözü gələn kimi parlamenti tərk etdilər

24.09.2026 / 09:11
Formula 1 üzrə Azərbaycan Qran-Prisi start götürür

24.09.2026 / 08:03
Tramp Starmerin siyasətini “axmaqca” adlandırdı

24.09.2026 / 07:47
Karib ölkələri Britaniyaya qarşı - onilliklərə dayanan “fəaliyyət planı” hazırlanır

24.09.2026 / 07:20
Britaniya-Yunanıstan gərginliyi yenə çözülmədi - “Oğurlanmış” Elgin heykəlləri arada qalıb…

24.09.2026 / 06:58
İran prezidentindən İsveçrə Konfederasiyası Prezidentinə maraqlı hədiyyə - ABŞ nümayəndə heyəti zalı tərk etdi

24.09.2026 / 06:46
Kolizey bağlandı - bədbəxt hadisə üzündən…

24.09.2026 / 06:35
Putin ABŞ-a xüsusi nümayəndəsini göndərdi - Vitkof və Kuşnerlə danışıqlar üçün

23.09.2026 / 22:47
Azərbaycan-ABŞ münasibətləri Nyu-Yorkda müzakirə olundu

23.09.2026 / 22:32
Yəmən husiləri ABŞ-ı hədələdi – Sizi də vurarıq…

23.09.2026 / 22:16
Putin deputat mandatlarının beşdə birini Ukrayna veteranlarına güzəşt etdi - Niyə?...

23.09.2026 / 21:59
ABŞ-dan bir şey çıxmadı, Britaniya husilərə qarşı müharibəyə başlayır...

23.09.2026 / 21:43
Tramp Cinpinlə görüşmək üçün 60 illik protokolu pozacaq...

23.09.2026 / 21:35
Qeyri-neft sektorunun inkişafına yeni arena açıldı...

23.09.2026 / 21:21
Ceyhun Bayramov Nyu-Yorkda fransalı həmkarı ilə görüşdü

23.09.2026 / 21:18
Bu yandan sovet hökuməti, o yandan ermənilər - Azərbaycan iqtisadiyyatında ikiqat məhv edilmiş sahə...

23.09.2026 / 21:16
Trampın çıxışı zamanı İran nümayəndə heyəti zalı tərk etdi

23.09.2026 / 21:02
Neft hasilatımızın azalması rəsmən təsdiqləndi - əvəzində daha böyük uğurumuz var...

23.09.2026 / 20:47
Deputatın maraqlı iradı - informasiya sorğusuna cavab vermədiyinə görə 1500 manat cərimə...

23.09.2026 / 20:31
Yeni Dövlət Proqramı ilə bağlı xarici sərmayəçilərə ciddi xəbərdarlıq edildi...

23.09.2026 / 20:24
“Zelenski istəsə, Moskvaya gələ bilər; təhlükəsizliyini təmin edəcəyik” - Kreml

23.09.2026 / 20:18
“Filizçay”da “AzerGold” şirkətinə böyük dövlət etimadı - Doğrulda biləcəkmi?...

23.09.2026 / 20:05
Pezeşkian BMT tribunasından ABŞ və İsraili iranlı uşaqların ölümündə günahlandırdı - ABŞ nümayəndəsi zalı tərk etdi…

23.09.2026 / 19:48
Rubio və Lavrov arasında təxminən bir saat çəkən qapalı görüş keçirildi…

23.09.2026 / 19:33
Özbəkistanın ixrac-idxalında Azərbaycan önəmli rola sahiblənir...

23.09.2026 / 19:09
Hörmüz boğazından keçən daha bir yük gəmisi vuruldu…

23.09.2026 / 18:56
Azad edilmiş rayonların dağ-mədən sənayesində yeni yüksəliş dövrü başlanır...

23.09.2026 / 18:41
Mansur Yavaş da CHP-dən getdi

23.09.2026 / 18:29
Prezident İlham Əliyevin tapşırığı ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına yeni nəfəs verildi

23.09.2026 / 18:18
Avropa İttifaqı Gürcüstandan əl çəkmir - müxalifətə pul ayırır...

23.09.2026 / 18:06
Trampın jurnalistlərlə “müharibəsi” şiddətlənir...

23.09.2026 / 17:55
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür etdi

23.09.2026 / 17:50
Dağ-mədən proqramı: gəlir iki dəfə artmalıdır, amma 5.3 milyard manat investisiya lazımdır...

23.09.2026 / 17:48
Azərbaycanla Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər quruldu

23.09.2026 / 17:14
Əfv sərəncamının icrası başa çatdı

23.09.2026 / 16:56
Cəmi 4 ilə 5 mindən çox yeni iş yeri - Çətin də olsa, misilsizdir...

23.09.2026 / 16:40
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verdi

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 16:14
MŞ-da “Süni intellekt dövründə media monitorinqi və analitika: Mediatrends imkanları” mövzusunda toplantı keçirildi

23.09.2026 / 16:08
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verildi

23.09.2026 / 16:06
“AzerGold”un Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 15:48
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ