Cümə günü, 13 noyabr 2026
     

Avropa ilə Rusiyanın Qafqazda və Qarabağ məsələsində yeni kəskin rəqabəti başlayır...

Image


“İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Azərbaycanın mövqeyi həmişə ondan ibarət idi ki, biz sülh sazişi ilə bağlı danışıqlara başlamalıyıq. Hesab edirəm ki, rəsmi başlanğıc nöqtəsi aprelin 6-da Brüsseldə baş tutdu. O vaxtdan bəri biz işləyirdik, Xarici İşlər Nazirliyi çalışırdı və mənim administrasiyam sizin komandanızla təmasda idi və biz razılaşdığımız kimi, başlamaya hazırıq. Hesab edirəm ki, bu irəliləyişi davam etdirməyimiz və hər iki tərəfin razılaşmalara riayət etməsi mühüm əhəmiyyət kəsb edir”. Bu fikirləri Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirib.

Dövlət başçısı onu da diqqətə çatdırıb ki, məhz Brüssel görüşündən sonra Azərbaycan və Ermənistan sərhəd üzrə komissiyaların və eyni zamanda, sülh sazişi üzrə işçi qrupların yaradılması barədə razılığa gəlib. Bütün bunlar o deməkdir ki, Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyası öz nəticəsini verir. Təbii ki, bu da öz növbəsində əsas vasitəçi statusunu qorumaq istəyən Rusiyanın narahatlığına səbəb olmaqdadır. Bu mənada, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya səfəri xüsusi diqqət cəlb edir. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında görüş keçirilib. Novo-Oqoryovoda keçirilən görüşün yekunları ilə bağlı bəyanat yayılıb. Bəyanatda Putin və Paşinyanın iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini qeyd etdikləri bildirilib. Müxtəlif səviyyələrdə ikitərəfli xarici siyasət məsləhətləşmələri praktikasının səmərəliliyi təsdiqlənib. Rusiya-Ermənistan parlamentlərarası intensiv dialoqun davam etdirilməsi tələbi vurğulanıb. Bundan əlavə, tərəflər Azərbaycan-Ermənistan və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək məqsədilə Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın aktivləşdirilməsi barədə razılığa gəlib. Amma Nikol Paşinyan səfərindən öncə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefonla danışıb. Söhbət mövzusu 6 apreldə Brüsseldə Azərbaycan lideri İlham Əliyevlə görüşdə əldə olunan razılaşmaların yerinə yetirilməsi, regionda vəziyyət və Ermənistan-Avropa münasibətləri olub. Bunun ardınca Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı Bakıda qəbul edib və görüşdə Brüssel görüşünün uğurlu keçdiyi vurğulanıb. İndi bu fonda maraq doğuran odur ki, Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş ikinci Brüssel görüşündə tərəflərin sülh sazişi üzərində işləməyə razılaşması Avropanın Qarabağ sülh danışıqlarında mövqelərini gücləndirə biləcəkmi? Rusianın buna reaksiyası necə olacaq? Məsələ ilə bağlı BBC-nin hazırladığı təhlildə qeyd edilir ki, Rusiyanın iki ilə yaxın vasitəçilik etdiyi sülh danışıqlarında hər hansı ciddi bir irəliləyişin olmaması fonunda Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilən bu razılaşma Qərb institutlarının Azərbaycan və Ermənistan arasında sülhyaratma prosesində davamlı iştirak sərgiləmək niyyətini büruzə verir: “Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutmüş ikinci görüşdə qəbul edilən mühüm qərarlar arasında cari illin aprel ayının sonuna qədər Azərbaycan və Ermənistan beynəlxalq sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə birgə işçi qrupun yaradılması, regional kommunikasiya xətlərinin bərpa edilməsi üzrə konkret fəaliyyət planları və hər iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasına hazırlıq kimi məsələlər yer alıb. Hər iki ölkənin yerli mətbuatı bu görüşün postmünaqişə dövründə baş tutan görüşlər arasında ən ümidverici olduğu haqda fikirlər bölüşüb. Azərbaycan və Ermənistan rəhbərləri Brüsseldən öncə bir neçə dəfə Rusiyanın təşəbbüsü ilə Moskvada sülh danışıqları üçün görüşsələr də indiyədək heç bir substantiv nəticə əldə edə bilməmişdilər. Rusiyadakı görüşlərin nəticəsiz qalması isə həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində Moskvanın sülhyaratma rolu tənqidi fikirlərə yol açmışdı.

Hazırda Rusiyanın sülhyaradıcı imici Ukrayna müharibəsi ilə birlikdə daha neqativ bir hal alıb. Rusiya-Ukrayna müharibəsinin qızğın bir dövründə Avropa İttifaqının özünün Cənubi Qafqazdakı rolunu yenidən gözdən keçirməsinə qərar verərək, regiondakı siyasi proseslərə əvvəlki təsirini yenidən maksimuma qaldırmaq istəməsi şübhə doğurmur. İkinci Qarabağ müharibəsinin aktiv mərhələsi dövründə Avropa İttifaqının neytral mövqedə dayanaraq cərəyan edən hadisələrə aktiv şəkildə müdaxilə etməməsi hər iki münaqişə tərəfində ciddi tənqidlərə səbəb olmuşdu. Lakin indi görünən odur ki, Avropada dərin təhlükəsizlik böhranı və Rusiyanın ekspansionist siyasəti Avropanı  Cənubi Qafqaz ölkələri ilə daha sıx təmas qurmağa və əməkdaşlığı dərinləşdirməyə məcbur edir. Belə demək olar ki, Ukrayna böhranının davam etdiyi bir zamanda Avropa Cənubi Qafqazda yeni münaqişə ocağının yaranmasını qəti şəkildə istəmir və təşəbbüsü ələ alaraq hər iki tərəfi danışıq masası arxasına otuzdurmaq üçün diplomatiyadan istifadəyə üstünlük verir. Maraqlı məqam isə odur ki, Brüsseldə Bakı ilə İrəvan arasında keçirilən hər iki görüş Rusiyada keçirilən görüşlərlə müqayisədə daha konkret nəticələrə gətirib çıxarıb. Nəticə etibarilə, həm Azərbaycan, həm də Ermənistan siyasi hakimiyyətində Qərbə olan inam və pozitiv gözləntilər yenidən dirçəlmə mərhələsinə keçib. Təbii, bu məqam Rusiyanı narahat etməyə bilməz. Bəzi rus mətbuat orqanları Brüsseldə keçirilən görüşləri "regional münaqişələrin həllində Rusiyanın vasitəçilik rolunun Avropa tərəfindən heçə endirilməsi" kimi qiymətləndirir. Yerli mətbuatın bu mülahizəsi tam olaraq düzgün analiz olmasa da, aprelin 5-də ABŞ dövlət katibi Antoni Blinkenin Brüssel görüşündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışması və üçtərəfli sülh danışıqlarını dəstəkləməsi onu deməyə əsas verir ki, Qarabağ danışıqları ətrafındakı Qərb institutlarının fəallığı ABŞ-Avropa İttifaqının ortaq siyasi təşəbbüsüdür. İkinci Brüssel görüşü zamanı əldə edilən razılıqların növbəti aylar ərzində uğurlu icrası isə bu tip üçtərəfli görüşləri daimi format halına sala bilər. Növbəti aylarda sülh danışıqlarının təşkilində də Avropa İttifaqının təşəbbüs göstərəcəyi artıq istisna deyil. Lakin bu təşəbbüslərin Rusiyanın etirazına səbəb olub-olmayacağı və ya Kremlin bu davamlı formata hansı reaksiyanı verəcəyini indidən demək çətindir.           

Rusiyanın 2020-ci il noyabr müqaviləsinin əsas qarantoru rolunda çıxış etdiyini nəzərə alsaq, o zaman ehtimal var ki, Avropa İttifaqı gələcəkdəki ikitərəfli görüşlərə qismən də olsa, Rusiyanı da cəlb edəcək. Yeni geosiyasi reallıq isə belədir ki, Qarabağda yekun sülh müqaviləsinin imzalanması prosesini uzun illər kurasiya edən ATƏT-in Minsk Qrupu artıq legitim bir format olaraq mövcud deyil. Brüssel görüşünün yekun sənədində də Minsk Qrupunun adının çəkilməməsi bu formatın artıq tarixə qovuşduğunu sübut etdi. Yeni reallıq isə budur ki, sülh danışıqlarınıın başa çatdırılması üçün yeni bir formata ehtiyac duyulur və Avropa İttifaqı bu formatı yaratmaq üçün platforma rolunu öz üzərinə götürməyə hazırdır. Lakin Rusiyanın aprelin 14-də Azərbaycan - Ermənistan  sülh danışıqlarına yardım etmək məqsədilə xüsusi nümayəndə təyin etməsi onu göstərir ki, rəsmi Moskva prosesdən kənarda qalmaq niyyətində deyil. Xüsusi nümayəndə vəzifəsində Rusiyanın ATƏT-in Misk Qrupu üzrə həmsədri İqor Xovayevin olması isə onu göstərir ki, Minsk Qrupu artıq Qarabağ sülh prosesində tərəf deyil. İkinci Brüssel görüşündən qısa müddət sonra, aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mrizoyanla birbaşa telefon əlaqəsi yaratması və sülh müqaviləsinə hazırlıq prosesini müzakirə etməsi tarixi bir hadisə olmaqla bərabər, Avropa İttifaqının vasitəçiliyinin pozitiv təsirlərindən biri kimi də görülə bilər. Brüssel görüşündən sonra Avropa İttifaqının  rəsmi bəyənatında Şarl Mişel hər iki tərəf arasında əməkdaşlığın gücləndirilməsində Aİ-nin vacib rolu olduğunu və bundan sonra da Cənubi Qafqazda sülhün gücləndirilməsi uğrunda qarşılıqlı formada addımların atılmasının vacib olduğunu qeyd edir. Həmçinin, aprelin 13-də baş nazir Nikol Paşinyanın Ermənistan parlamentində etdiyi çıxışın məzmununa baxsaq, düşünmək olar ki, hazırki iqtidar Ermənistan cəmiyyətini Azərbaycanla sülhə hazırlamaq üçün işə başlayıb. Çıxış zamanı vurğulanan əsas tezislərdən biri "Azərbaycanla təcili sülh müqaviləsinin imzalanması oldu. Həmçinin Nikol Paşinyanın sözlərinə görə, Qarabağ münaqişəsi ərazi yox, sırf status məsələsidir. Baş nazirin çıxışının əsas ideyasını regionda dayanıqlı sülhə olan ümid kimi də dəyərləndirmək olar. Yekun olaraq, Brüssel formatının davamlı ola bilməsi növbəti aylarda sülhə hazırlıq prosesinin hansı məcrada inkişaf edəcəyindən birbaşa asılı olacaq. Görünən odur ki, rəsmi Bakı üçün ikinci Brüssel görüşü dialoqdan ötrü son fürsətdir və rəsmi İrəvanın danışıqların vaxtını uzatmaq üçün təsir vasitəsi qalmayıb”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ