Cümə günü, 13 noyabr 2026
     

Kəlbəcərdəki Xudavəng alban məbədi erməni təxribatçılara bağlansınmı?..

Image


Ermənilər Qarabağdakı kilsələrdən əl çəkmək istəmirlər. Bu kilsələrə iddiaları bir yana, hətta fürsət tapıb “ziyarətə” də gedirlər. Torpaqlarımız işğalda olduğu dövrlərdə bütün alban monastırlarını erməniləşdirməyə cəhdlər edən ermənilər işğal başa çatandan sonra da həmin kilsələrə gedirlər.

Son günlər yayılan məlumatlara görə, Qarabağdakı ermənilərin yenidən Kəlbəcərdəki Xudavəng məbədini “ziyarət etməsi” barədə xəbərlər yayılıb.
Erməni apostol kilsəsinin “Artsax” “yeparxiyasının nümayəndəsi” “Kavkazskiy uzel” nəşrinin müxbirinə bu barədə bildirib. “Qarabağın 10-dan çox kilsəsində, o cümlədən 30 nəfərin sülhməramlıların müşayiəti ilə getdiyi Dadivank(Xudavəng) monastırında Pasxa mərasimləri keçirilib. Dadivankı ziyarət etmək və Pasxa mərasimində iştirak etmək istəyənlər çox idi. Amma bizə cəmi 30 nəfəri aparmağa icazə verdilər. Rusiya sülhməramlıları zəvvarları Stepanakertdən Dadivanka və geriyə doğru müşayiət etdilər. Dadivanka səfər insidentsiz keçdi, rus sülhməramlıları zəvvarları müşayiət etdilər. Ümid edirik ki, Dadivank ziyarəti vaxtaşırı təşkil olunacaq, çünki bu müqəddəs yeri ziyarət etmək istəyən çoxlu dindarlar var”- deyə o vurğulayıb.
Qeyd edilənə görə,  Rusiyanın Azərbaycan torpaqlarındakı “sülhməramlı” hərbi kontingentinin komandanlığı ermənilərin Xudavəng məbədinə ziyarətini təşkil etməsi haqda heç bir məlumat yaymayıb.
Xatırladaq ki, Moderator.az hələ aprelin 12-də erməni “Apostol kilsəsinin” “Qarabağ yeparxiyasının” aprelin 17-də - ermənilərin Pasxa bayramı qeyd etdiyi bazar günü Azərbaycan Respublikasının Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırına ziyarət təşkil etməyə hazırlaşması haqda xəbərdarlıq etmişdi...
Bildirilənə görə, 10 noyabr 2020-ci il razılaşmasına əsasən Xudavəng məbədinin girişində Rusiya hərbçilərinin postu yerləşdirilib. 2020-ci ilin dekabrında Azərbaycan tərəfindən Alban-udin xristian provaslav icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırına vaiz təyin olunsa da və həmin icma nümayəndələri məbədimizi bir neçə dəfə ziyarət etsə də, erməni keşişləri daim orada qalmaqda davam edir. Lakin 2021-ci ilin mayından Azərbaycan ordusu erməni zəvvarların işğal dövründə erməniləşdirdikləri bu qədim məbədimizə ziyarətinə qadağa qoyub. Həmin vaxta qədər ermənilər Rusiya "sülhməramlı"larının müşayiəti ilə məbədi ziyarət ediblər.
Öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, Qarabağdakı "qədim erməni abidəsi" adlandırılan bütün digər tarixi abidələr sırasında Xudavəng məbədi də qədim Azərbaycan abidəsidir. İkincisi də məbədin olduğu ərazi tam şəkildə Azərbaycan dövləti və ordusunun nəzarəti və yurisdiksiyasındadır. Belə olduğu halda erməni keşişləri birdəfəlik oradan qovulmalı və əvəzində Azərbaycan tərəfindən təyin olunmuş dini icma daimi olaraq məbəddə yerləşdirilməlidir...
Bu qeydlər də mətbuatda yer alıb.
Nəhayət aydınlaşmalıdır ki, Xudavəng “erməni məbədidir”, yoxsa alban xristian? Bu məsələ dəqiqləməlidir ki, ermənin əl-ayağını oradan kəsək.
Azərbaycan ərazisindəki qədim alban abidələrinə ermənilərin gəlişinin birdəfəlik qadağan olunması mümkün ola bilərmi? Ermənilər nə vaxta qədər bizim kilsələrdə at oynadacaqlar? Alban abidəsidirsə erməni orada nə gəzir? Ermənilərin ayağını birdəfəlik oradan kəsmək üçün nə etməliyik?
Ekspertlər deyirlər ki, onlar “ziyarət” adı ilə gəlib təxribatla məşğul olurlar. Ekspertlərin sözlərinə görə, Qarabağdakı abidələrin ermənilərə heç bir aidiyyatı yoxdur, amma ermənilər hər dəqiqə Xudavəngə gəlirlər.

  • Tural İrfan: “Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi öz təkliflərini irəli sürməlidir”

İlahiyyatçı Tural İrfan bizimlə söhbətində bildirdi ki, Xudavəng monastırı qədim alban kilsəsinə daxil olan məbədlərdən biridir. “Nə Xudavəng monastırının, nə də Qarabağdakı başqa xristian məbədlərinin ermənilərə aidiyyəti var. Necə deyərlər, ermənilər özlərini alban məbədlərinə yamaq ediblər. Şübhəsiz ki, ermənilərin kəlbəcərdəki monastrına gedib-gəlməsi heç də “ziyarət” məqsədi daşımır. Çünki onlar torpaq iddiaları irəli sürdükləri yerlərin hamısında ilk olaraq  bu cür məkrlərlə addımlayıblar, məsələlərə bu cür müdaxilə ediblər. Yəni o adla onlar yavaş-yavaş orada qalmaq, “izlərini” orada saxlamaq niyyətləri var. Altdan-altdan da dünyaya çatırmaq istəyirlər “bizim kilsəmiz buradadır, bura da bizim torpağımız olub” və sair. Bilmək lazımdır ki, istər hüquqi, istərsə də siyasi, istər ərazi, istərsə də mədəni irs baxımdan Xudavəngin ermənilərə heç bir aidiyyatı yoxdur.   
Ermənistanın da imzaladığı 10 noyabr bəyannaməsinə əsasən ermənilərdən boşaldılaraq Azərbaycana qayarıldı. O sənəddə heç bir bənd göstərilmədi ki, orada filan məbəd var və ora ermənilər “gəlib getməlidir”. Bu gün Qarabağın Əsəgəran, Xocavənd, Xankəndi, Xocalı kimi ermənilər yaşayan yerləri var. Orada indi ermənilər yaşayır və orada onlar təzədən kilsə də tikə bilərlər. Çünki keçmiş dövrdə orada erməni kilsəsi olmayıb. O ərazilərdə yaşayan orada bizim vətəndaşlar kimi yaşayacaqlarsa yenə də onlara güzəşt etmək olar. Amma Kəlbəcər birmənalı olaraq ermənilərin yaşmadığı, burada heç bir mədəni, dini irsi olmadığı bir ərazidir. Sovet dövründə də, ondan əvvəl də belə olub. Hesab edirəm ki, birincisi, hüquqi və siyasi cəhətdən onların orada saxlanılması ümumiyyətlə yolverilməz idi, onlara buna icazə verilməsu düzgün deyildi. Məsələyə, başqa bir tərəfdən də, hələ sülh müqaviləsi imzalanmayıb. Hələ bizim azərbaycanlılar öz ata-baba yurdlarına-Qərbi Azərbaycana, İrəvana gedə bilmir və İrəvan cümə məscidində namaz qılmaq imkanı əldə etməyib. Bizim qədim ərazilərimizdə ibadət etmək imkanımız yoxdursa, Göyçədə aşıq Ələsgərin məzarını ziyarət edə bilmiriksə, onda nə üçün ermənilər Kəlbəcərə gəlir və onlara aidiyyatı olmayan alban məbədini “ziyarət” edirlər və orada təxribatlar yaratmağa cəhdlər edirlər. Ermənilərin bu gün Xudavəngdən əl çəkməməsi, müxtəlif bəhanələrlə “ziyarətə gəlməsi” həddən artıq güzəştə yol verməyimizin nəticəsdir. Kəlbəcər qaytarıldıqdan dərhal sonra birmənalı şəkildə ermənilərin ayağı oradan kəsilməli idi. Dini tolerantlıq baxımından da, dünyanın qəbul etdiyi beynəlxalq qanunlara da baxanda ermənilərin ora gəlməsi yolverilməsidir. Burada ilk növbədə hüquq öz işini görməlidir. Kəlbəcər, Laçın, Ağdam rayonları siyasi yolla qaytarıldı, məlum səndələrdə də ermənilərin o monastrda qalması barədə bir söz belə yoxdur. Ermənilərin Xudavəngdən ayağı qəti şəkildə kəsilməlidir, buna beynəlxalq hüquq da, siyasi qaydalar da yol verir. Biz dəqiq bilirik ki, ermənilər heç də ora “ibadət” etmək niyyəti ilə gəlmirlər. Hətta keçən il altdan hərbi geyim geymiş keşiş barədə də müzakirələr aparılmışdı. Silahlı ermənilər keşiş libasında ora təxribat törətmək məqsədilə gəlir. Bunu da ən çox dünyaya göstərmək üçün edirlər ki, bizi şantaj etsinlər. Bu gün erməni keçişlər Xudavəngdən qovulmalıdır. Bu gün müəyyən siyasi proseslər gedir, sülh danışıqlarına hazırlıq gedir”.
T.İrfanın sözlərinə görə, Kəlbəcər ərazisində o dinə mənsub insanların olmadığını nəzərə almaq və Xudavəng monastırı dini ibadət məkanı kimi qapadılıb muzey kimi istifadə olunmalıdır: “Orada bu dinə mənsub əhali yaşamadığı üçün bu abidə dini məbəd kimi qapadılıb  muzey kimi fəaliyyət göstərsə daha yaxşı olar. Burada Mədəniyyət Nazirliyinin, yaxud Dövlət Turizm Agentliyinin nəzdində bir muzey olaraq dünya turizminə böyük töhfə verə bilər. Necə ki, Ayasofya məscidi uzun illər muzey olaraq fəaliyyət göstərib. Dünyada analoji faktlar az deyil. Xudavəngin muzeyə çevirilməsi üçün kifayət qədər əsaslar da var. Nə qədər ki, ora mədəd kimi fəaliyyət göstərir, ermənilər bir o qədər təxribat törədəcəklər. Ora muzey olduqdan sonra ermənilərin oranı ziyarət etməsi isə sülh müqaviləsi bağlanandan sonrakı prosesə aid olan məsələdir. Mənim təklifim belədir. Ermənilərin Azərbaycan ərazisinə buraxılmasının əleyhinəyəm. Ermənilərin Azərbaycan ərazisində yerləşən Xudavəng monastrına gəlməsinin qarşısının alınması üçün yollar çoxdur və bu yollar müzakirə olunmalıdır. Yaxşı olardı ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi öz təkliflərini irəli sürməlidirlər. Eyni zamanda xristian icmaları da daxil olmaqla ölkədəki bütün dini icmalar birgə müzakirələr keçirib qəti qərar qəbul edilməlidir. Dünya kilsələrinə müraciətlər etməlidirlər, bu məsələ ətrafında qəti mövqe olmalıdır”- deyə T.İrfan qeyd etdi.

  • Robert Mobili: “Azərbaycanda alban kilsəsinin statusu bərpa edilməlidir və ermənilərin oğurladığı alban irsi qaytarılmalıdır”

Alban – Udi İcmasının sədri Robert Mobili isə ermənilərin ayağının birdəfəlik Xudavəngdən kəsilməsi üçün Azərbaycanda Alban-Xristian kilsəsinin statusunun bərpa edilməli olduğunu deyir:”Qarabağadakı xristian monastrlarının ermənilərə heç bir aidiyyatı yoxdur. Onlar alban kilsələrinə əsassız olaraq iddia irəli sürürlər. Xudavəng də, başqa kilsələr də qədim alban-xristian məbədləridir. Bunlar Azərbaycanın ərazisində yerləşir və Azərbaycanın tarixi dini irsidir. Hesab edirəm ki, Azərbaycanda alban kiləsinin statusu bərpa edilməlidir və ermənilərin oğurladığı alban irsi qaytarılmalıdır. Bu ermənilərin birdəfəlik səsini kəsmək üçün ən uyğun vasitədir”.
İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ