Cümə günü, 13 noyabr 2026
     

Bakının gedişləri İrəvanı Moskvanın himayəsindən məhrum edir

Image


Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinin dəvətilə Rusiya Federasiyasına rəsmi səfəri Ermənistanda da xüsusi diqqətlə izlənilir. Burada hesab edilir ki, Azərbaycan Rusiya ilə siyasi, iqtisadi-ticari və humanitar sahələrdə ikitərəfli münasibətlərini daha da gücləndirir. Eyni zamanda, Bakı Moskvadan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ üzrə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının reallaşmasına dəstək alır, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını istədiyi şəkildə reallaşdırır.  

"Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannamə məsələsi də erməni tərəfini ciddi narahat edir. Ekspertlər bu sənədin Ermənistana böyük zərbə olduğunu bildirir. Erməni politoloq Stepan Danielyan bildirir ki, Bakı Moskvanı İrəvanı himayə etməkdən tamamilə geri çəkilməyə vadar edir: “İlham Əliyevin Moskvada müttəfiqlik sazişi ilə nəticələnən danışıqları Bakının fəal xarici siyasətini nümayiş etdirir. Bundan fərqli olaraq, rəsmi İrəvan bu müddət ərzində xarici arenada öhdəsinə heç nə götürə və təklif edə bilməyib. Son illər təşəbbüskar yalnız Azərbaycan olub. Bakı qarşısına vəzifələr qoyur, bunun üçün müəyyən addımlar atır, hərəkətlər edir. Siyasət yürütmək üçün qarşıya məqsəd qoymaq, fəaliyyətə başlamaq, uyğun situasiya yaratmaq və nəticə əldə etmək lazımdır. Ermənistanın indiki hakimiyyəti bu müddət ərzində heç nə etməyib və edə bilməyib. Təbii ki, bu səbəblərdən istənilən halda güzəştə getmək məcburiyyətində Ermənistan olacaq”. Erməni ekspert əlavə edib ki, bu vəziyyət Ermənistanda siyasətlə məşğul olan insanların olmamasından yaranıb: “Bu halda Putin və Əliyev siyasətin subyektləridir və Ermənistan adlı bir obyekt var ki, onun ətrafında razılığa gəlməlidirlər. Putin yalnız obyektə zəng edib, nə barədə razılaşdıqlarını bildirir. Təşəkkür etmək lazımdır ki, heç olmasa zəng edib məlumat verirlər”. Xatırladaq ki, Prezident İlham Əliyevin səfərindən öncə Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Kremlin mətbuat xidməti bu xüsusda aşağıdakı məzmunda məlumat yayıb: “Tərəflər Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb. Hər iki tərəf Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına dair tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin mümkün qədər tez başlanmasına yönəlmiş addımlar müzakirə edilib. Bundan əlavə, regionda sabitliyin möhkəmləndirilməsi, uzunmüddətli sülh və əməkdaşlıq münasibətlərinin qurulması səyləri ilə bağlı digər məsələlər də gündəmə gətirilib”. Bu açıqlama bir daha təsdiq edir ki, Rusiya Ermənistandan üçtərəfli bəyanatların şərtlərinin icra edilməsini istəyir. Bu da tamamilə Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan bəyanatların icrasında Rusiyanın da Ermənistana təzyiq kartlarını işə salmasına nail olur.

Bu fonda digər erməni ekspert Şahan Qandaharyan qeyd edir ki, Ermənistan ona diqtə edilənlərlə razılaşacaq: “Çünki 44 günlük müharibədən sonra erməni tərəfinin imkanları zəifləyib, bizim xarici siyasətimizin elastikliyi əvvəlki kimi deyil. Bu baxımdan mən ümumerməni gündəmlərinin işlənib hazırlanmasını çox vacib hesab edirəm. Bura diaspor cəlb olunmalıdır ki, bu da həmin boşluğu müəyyən qədər dolduracaq. Amma artıq bütün danışıqlar prosesinin prinsipləri dəyişdi. Müharibədən sonra Helsinki Yekun Aktının əsas prinsipləri də köhnəlib. Yeni vəziyyət yaranıb. Müharibədən sonra çox şey dəyişdi, biz diasporun mütləq iştirak etməli olduğu danışıqlar strategiyasının yenidən işlənməsi haqqında düşünməliyik. Məlum səbəblərdən Rusiyadan asılılıq artıb, bu boşluğu diaspor doldura bilər, xüsusən də ATƏT-in Minsk Qrupunun danışıqlar kvotasını bərpa etmək erməni tərəfinin maraqlarına uyğundur. Erməni diasporu həmin qrupa üzv olan dövlətlərdə aktiv fəaliyyət göstərə bilər. Yeri gəlmişkən qeyd edim ki, 10 noyabr bəyanatının Naxçıvanla Azərbaycanın qərb hissəsinin birləşdirilməsindən bəhs edən 9-cu bəndi müxtəlif şərhlərə yol açır. Yola nəzarət hüququ Ermənistana məxsusdur, lakin eyni məqamda yolların təhlükəsizliyinə Rusiya sərhəd qoşunları tərəfindən nəzarət ediləcəyi bildirilir. Yəni bəyanatdan belə çıxır ki, Qarabağda sülhməramlı missiyanı yerinə yetirən Rusiyanın həmçinin yeni açılan yolların təhlükəsizliyinə birgə təminat vermək öhdəliyi var. Deməli, Azərbaycan bu yoldan sərbəst və istədiyi şəkildə istifadə edəcək və bu prosesdə ona Rusiya yardım edəcək”. Moskvadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə hesab edir ki, Azərbaycan-Rusiya yaxınlaşması  Qarabağ erməniləri ilə bağlı məsələni də həll edəcək: “Üçtərəfli bəyanatlar tam icra edilmədiyi halda Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi tezləşə bilər. Azərbaycanın erməni tərəfinin qeyri-konstruktiv davranışı üzündən bu qüvvələrin müddətini növbəti dəfə uzatmayacağını Rusiya qəbul edəcək. Bu o deməkdir ki, Rusiya sülhməramlıları, sadəcə olaraq, regionu tərk etməli olacaqlar. Rusiya da günün birində İrəvana sadəcə şərtləri göstərəcək və deyəcək: “Zəhmət çəkin, bunlara əməl edin, lakin etmək istəmirsinizsə öz işinizdir, o halda Azərbaycan müqaviləni uzatmayacaq və Rusiya regionu tərk edəcək”. Təxminən belə bir söhbət olacaq”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ