şənbə günü, 14 noyabr 2026
     

Qalib Baş komandan - Qalib Ordu - Qalib Xalq - Prezident İlham Əliyevin 60 illik yubileyinə! - Yunus OĞUZ yazır

Image


Yubiley yaşınızla bağlı ilk dəfədir Sizə təbrik məktubu yazıram, baxmayaraq ki, 2003-cü il Prezident seckilərində namizədliyimi xeyrinizə geri götürəndə (o zaman ilk müxalifətçi idim ki, Sizi dəstəkləmişdim) və namizədliyiniz qalib kimi elan olunandan sonra Sizi, yeni Prezidenti təbrik etmiş, həm də telefonla uğurlar arzulamışdım.

Sonrakı illər Prezident seçkilərində bu təbriklər təkrar olundu. İndi fərqli bir şəraitdə yaşayırıq. Bir tərəfdən bütün sahələrdə islahatların aparılması, digər tərəfdən müharibədən Qalib çıxmış, azad olunmuş torpaqlarımızın, kəndlərimizin, şəhərlərimizin yenidən dirçəldilməsi, dağılmış yerlərin yenidən bərpası və tikilməsi, köckünlərimizin bu yerlərdə yerləşdirilməsi, ücünçü tərəfdən pandemiya şəraitində əhalinin sağlamlığı ilə məşğul olmaq, dördünçü tərəfdən bizi sevməyən, yaxud nəsə uman xarici dövlətlərin təhdidi və basqısı üzərinizə ağır yük və məsuliyyət qoyur. Bu ağır yükü hər dövlət başçısı çəkə bilmir. Müstəqil dövlətin elan olunması bir yükdürsə, onu dirçəltmək, qasırğadan, tufandan keçirib ayaq üstə qoymaq, inkişaf etdirmək, öncül sıralara çıxarmaq daha ağır yükdür. Üstəgəl belə şəraitdə hər kəsin, hər qrupun, partiyanın, sosial şəbəkənin, qeyri-hökumət təşkilatlarının, medianın, ahılların, müharibə iştirakçılarının, şəhid ailələrinin, yazıçıların, şairlərin, müğənnilərin, bütövlükdə yaradıcı insanların ümumiləşdirilmiş maraqlarını təmin etmək yük üstünə əlavə yük gətirir. Amma, Siz bütün bunları səbrlə, inamla həll edirsiniz.

60! Yubiley yaşınız tamam olur. On səkkiz ildir Azərbaycan Respublikasına Prezidentlik edirsiniz. Bu illərə qayıdıb yenidən baxıram. Azərbaycanın ağrılı-acılı, məğlub günlərini xatırlayıram. Bu illərdə xarici dövlətlərin nümayəndələrilə görüşəndə onlar atmacalarından qalmır, rişxəndlə eyham edirdilər ki, əgər ermənilər torpaqlarınızı işğal ediblərsə, gedin vuruşun, geri alın. Bununla yanaşı müharibənin labüdlüyünün və ideyasının müzakirəsini beynəlxalq dairələr qətiyyən yaxın buraxmırdılar. Ancaq Siz bütün bunlara sinə gələrək Ali Baş Komandan kimi 44 gün davam edən müharibəni Zəfərlə başa çatdırdınız. Azərbaycanın suveren hüquqlarını bərpa etdiniz. Müharibə illərində, ondan əvvəl və sonra Sizə olan təhdidlərin və təzyiqlərin canlı şahidləriyik. Biz Sizinlə bir yerdə canlı tarix yaşadıq və bizlərə Qalib ruhunu aşıladınız. Azərbaycan tarixinə və xalqına yeni bir formula gətirdiniz: Qalib Xalq - Qalib Ordu - Qalib Baş Komandan. Bütün bunların önündə Siz durdunuz. Əgər müharibə əzminiz, gətiyyətiniz olmasaydı, bəlkə də bu müharibə heç başlamazdı, yenə də xeyir-şərdə, künc-bucaqda Vətən və onun dilbər guşəsi Qarabağ haqqında danışacaq, seirlər, hekayələr, romanlar yazacaq, mahnılar bəstələyəcəkdik. Ancaq hər yerdə müharibə təbliğatı aparılırdı. Toyda, yasda həsrətini, nisgilini gənclərə ötürür, onları Birinci Qarabağ savaşında itirdiyimiz torpaqları geri qaytarmaq üçün şövqləndirirdilər. Doğrusu, birinci savaşda Sovet birliyinin parçalanması ilə müşahidə olunan və bu səbəbdən yeni müstəqil dövlətlərdə, o cümlədən Azərbaycanda iqtisadiyyat çökmüşdü, ordu quruculuğu çox ləng gedir, qarmaqarışıqlıq çoxalırdı. Ermənistan isə Moskvanın və erməni diasporasının maddi və mənəvi yardımı ilə çoxdan hazırlaşmışdı. O zaman biz Tənha qalmışdıq. Amma illər keçdi, duzgün daxili və xarici siyasətimiz nəticəsində bu Tənhalıqdan çıxdıq. Xalq, xüsusən də gənclər müharibəyə hazır idi və Siz daxili və xarici şəraiti nəzərə alaraq bu nəbzi tutdunuz. Nadir Şahdan sonra Azərbaycan tarixində Sizin komandanlığınız altında görünməmiş bir hadisə baş verdi. Nəinki torpaqlarımız, hətta ruhumuz bütöşləşdi və bu bütövləşmə bu gün də davam edir. Qələbə üçün uzun bir yol gəldiniz, hələ mən demirəm ki, 2003-ci ildən  bəri nə qədər çevrilişlərə cəhd olunub, xüsusilə də Qarabağı güzəşt edəcək kimsəni xarici qüvvələr və donorlar hakimiyyətə gətirmək istəyiblər, ölkəiçi qarışıqlıq salmaq üçün cəhd ediblər ki, müharibə əhval-ruhiyyəsi yaddan çıxsın, başımız yalnız özümüzə qarışsın. Həm daxildən, həm də xaricdən suyu bulandırıb məqsədlərinə çatmaq istəyən qüvvələr çox olub. Amma arzuları gözlərində qaldı. Sizin siyasi inadkarlığınız, siyasi qətiyyətiniz Azərbaycanda Suriya, İraq, Liviya və başqa ölkələrin variantlarını sıfıra endirdi və xalqın döyüşkən, passionar enerjisini torpaqlarımızın azad edilməsi istiqamətinə yönəltdiniz. Təsəvvür edirəm ölkədə vətəndaş müharibəsi baş versəydi nələr olardı? Yaxın Şərq təcrübəsi gözümüzün qabağındadır. Bu, o demək idi ki, əlvida Qarabağ torpaqları, əlvida Azərbaycan dövlətçiliyi! Belə vəziyyətin yaranmasını həm xaricdən, həm də daxildə onlara maşa rolunu oynayan bəzi qüvvələr arzu edirdilər, bunun uğrunda mübarizə aparırdılar.

Bütün bunlara tab gətirdiniz və Azərbaycanı Davamlı və Dayanıqlı inkişaf istiqamətinə yönəltdiniz.

Bu gün Siz yaxın hədəfinizin doxsan faizinə nail olmusunuz. Sırada Orta və Uzaq Hədəflər durur. İnşallah, Azərbaycan xalqının dəstəyi ilə bu hədəfləri də həyata keçirəcəksiniz. Əminəm ki, bu hədəflər gələcəkdə Azərbaycan xalqının uzunmüddətli strategiyasına çevriləcək.

Sizə ailə xoşbəxtliyi arzulayıram. Düşünürəm ki, Siz də Azərbaycan xalqının xoş və firavan yaşaması üçün bundan sonra da gücünüzü əsirgəməyəcək, dünyanın indiki siyasi və iqtisadi burulğanından çıxarıb onu düzgün istiqamətə yönəldəcəksiniz.

Bilirəm prezidentlər daxili gərginlik və ağırlıq üzündən xoşbəxt ola bilmirlər. İstisna olaraq Sizə xoşbəxt Prezident olmağı arzulayıram. Zatən Siz buna 44 günlük müharibədən sonra haqq etdiniz, çünki önümüzdə Qalib Baş komandan - Qalib Xalq - Qalib Ordu durur.

 Yunus OĞUZ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ