Azərbaycanla İran arasında olan münasibətlərin əsasını dərin tarixi köklər, mədəni və dini bağlılıqlar təşkil edir.
Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra iki ölkə arasında əlaqələri formalaşdıran çoxlu sayda sənəd imzalanıb.
Ceyhun Bayramov bildirib ki, bugünkü görüşdə həm ikitərəfli, həm də beynəlxalq təşklatlar çərçivəsində əlaqələrin inkişafı müzakirə edilib.
Nazir bildirib ki, ölkələrimiz arasında münasibətlər içərisində ticari-iqtisadi əlaqələr xüsusi önəm kəsb edir. Bu ilin 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsində 23.6 faiz artım müşahidə edilib.
Qeyd edək ki, mətbuat konfransından öncə xarici işlər nazirləri arasında təkbətək görüş olub.