şənbə günü, 14 noyabr 2026
     

Ermənistanda azərbaycanlılarla normal münasibət istəyən ermənilərin sayı artır, revanşistlər əndişədə…

Image


İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra gündəmə gələn məsələlərdən biri azərbaycanlılarla ermənilərin bir yerdə yaşamasının mümkünlüyüdür. Əslində, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Qarabağda qalan erməni vətəndaşlarının ölkəmizin qanunlarına əməl edəcəyi halda burada qalıb yaşaya bilmələrində hər hansı problem görmür. Elə Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşları ola bilərlər. Bu isə onların hüquq və təhlükəsizliklərinin qorunmasına ən yüksək səviyyədə təminatdır.

Düzdür, həm birinci, həm də ikinci Qarabağ müharibələrində erməni tərəfi çoxsaylı hərbi cinayətlərə, o cümlədən soyqırımlara yol verib. Lakin Azərbaycan bunlarda rolu olmayan erməni əsilli vətəndaşlarının ərazisində yaşamasına hər hansı problem görmür. Digər tərəfdən ermənilər özləri də yaxşı bilir ki,  hər iki Qarabağ müharibəsində Azərbaycan hərbçiləri dinc erməni sakinlərə qəsdən xəsarət yetirməyib, mülki obyektləri və yaşayış yerlərini hədəfə almadığını dəfələrlə bəyan edib. Əksinə, Azərbaycan döyüş bölgəsindəki dinc erməni sakinlərinin ərazini tərk etməsi üçün humanitar dəhlizi daim açıq saxlayıb. Bu da o deməkdir ki, azərbaycanlılar dinc ermənilərlə heç bir təhdid yaratmır. Bundan başqa, bir müddət əvvəl belə məlumat yayılıb ki, azərbaycanlıların və ermənilərin Qarabağın dağlıq rayonlarında yenə də birlikdə dinc yaşayışını təmin etmək üçün Azərbaycan dövləti tərəfindən müvafiq dövlət proqramı hazırlanır.  Belə ki, məlum 10 noyabr atəşkəs bəyanatı Azərbaycan və Ermənistan üzərinə məcburi köçkünlərin öz evlərinə qayıtması ilə bağlı öhdəlik qoyur və elə gözlənən dövlət proqramı da həmin bəyanat əsasında hazırlanır. Azərbaycan tərəfi bununla Qarabağ ermənilərinin inteqrasiyasını planlaşdırır. Proseslərin gedişi göstərir ki, təkcə Qarabağ erməniləri yox, indi Ermənistan erməniləri də Azərbaycanı xilaskar kimi görür. Hətta onların bir çoxu revanşist ermənilərlə müqayisədə azərbaycanlıları daha üstün saydıqlarını da etiraf edirlər. Bunu Ermənistanın Basarkeçər rayonunda (Vardenis) “Yerkir Daily” çəkiliş qrupunun yerli əhali arasında apardığı sorğudan da görmək olar. Həmin sorğuda, “qaynarinfo” portalının məlumatına əsasən, aşağıdakı fikirlər yer alıb: “Yaxşı olardı ki, tərbiyəsiz və əclaf, 80% türkləşmiş ermənilərdən qorxasan, nəinki türklərdən”. Bu sözləri Basarkeçər rayonunn “Yerkir Daily” çəkiliş qrupunun yerli əhali arasında apardığı sorğuda yerli sakinlərdən biri deyib. Sorğuda bu suallar qoyulub: azərbaycanlılarla sərhəd gərginliyi və qarşıdurması ilə bağlı hansı narahatlıqlar var; azərbaycanlılarla birgə yaşayacaqlarmı; hökumətin türklər və azərbaycanlılarla dostluq siyasətinə müsbət yanaşırlarmı.

Sorğuda bu söhbətlər yer alıb:

– Siz türklərdən narahat olub qorxmayın, Vardenisin əclaf, türkləşmiş sakinlərindən qorxun, – sakinlərdən biri jurnalistə deyir.

– Sizi bu saat daha çox narahat edən hansı problemlərdir: azərbaycanlıların buralara yaxınlaşması, yoxsa borclarınız?

– Odur, azərbaycanlılar rayondadır, qaçın, siz də qaçın. – Vardenis sakinləri jurnalistə deyirlər.

– Basarkeçərlilər qorxaq deyillər ki, qaçsınlar. Kimlər ki satqındır, qoy onlar qaçsın.

– Yerli əhali heç vaxt qaçmaz buralardan.

– Lap yaxşı qaçıblar, necə qaçmayıblar ki, bir binada yalnız iki ailə qalıb.

– Siz nə üçün Basarkeçər adlandırırsınız Vardenisi? Axı bu ad azərbaycancadır, – jurnalist sual verir.

– Çünki Basarkeçər əvvəl də belə adlanıb. Burda hansı kəndlərin adı azərbaycanca deyil ki? Bütün kəndlərin adı azərbaycanca olub.

– İndi azərilər Geğarkunik vilayətində, Vardenisdədilər və burdakı bütün kəndlər təhlükə altında, hədəfdədir. İndi bu sizi narahat etmirmi? Bundan qorxmursunuzmu?

– Əlbəttə ki, narahat edir. Nə edə bilərik. Paşinyanın günahı yoxdur, yuxarıdan, Moskvadan nə deyirlərsə, o da onu edir.

– Amma bu gün Paşinyan türklərlə-azərilərlə danışıqlara başlayıb, bu sizi narahat etmir?

– Bəs neyləsin, insanları qırğına göndərsin?

– Əgər bir erməni 25 yaşlı gənci evindən aşağı çağırıb, arxadan güllə ilə vurursa, onda necə sən ermənini müdafiə edirsən? Bəs bu erməni türkdən pis deyil? Bu necə ola bilər ki, erməni mənim balamı arxadan güllə ilə öldürür? Bu erməni türkdən də pisdir. Niyə qorxursuz türkdən? Bəli, erməni türkdən çox pisdir. Türkün adı çıxıb, siz bir də bizimkilərin pisliklərindən yazın.

– Bu qadının 25 yaşlı övladını blokda avtomat gülləsilə öldürüblər. Artıq üç aydır ki, heç bir tədbir görülməyib, cavabdehlik daşıyan yoxdur. Belə də şey olar?”.

Bu fikirlər bir daha göstərir ki, artıq Ermənistan ermənilərinin də azərbaycanlılara münasibəti dəyişir. Ümumiyyətlə, istər Ermənistan, istərsə də Qarabağdakı ermənilər arasında Azərbaycana qarşı neqativ münasibətin müharibədən sonra da eyni səviyyədə qalmadığını demək olar. Elə bu səbəbdəndir ki, Ermənistanda revanşist qüvvələrə cəmiyyət tərəfindən heç bir dəstək verilmir.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ