şənbə günü, 14 noyabr 2026
     

Serdar Kılıç kimi diplomatın qarşısına təcrübəsiz Rubinyanın çıxarılması Ermənistanda pessimist ovqatı körüklədi…

Image


Məlum olduğu kimi, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Ermənistan-Türkiyə dialoq prosesində ölkəsinin xüsusi nümayəndəsi olacaq. Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Serdar Kırlıc da Ermənistanla münasibətlərin normallaşdırılması üzrə Ankaranın xüsusi elçisi təyin edilib.

Qeyd edək ki, Serdar Kılıç Türkiyə diplomatiyasının ən təcrübəli simalarından biridir və eyni zamanda olduqca sərt diplomat hesab edilir. Elə bu fonda Ermənistanda hesab edilir ki, Serdar Kılıç kimi bir diplomatın qabağına təcrübəsiz Ruben Rubinyanın göndərilməsi Ermənistanın indidən danışıqları uduzması deməkdir. İrəvanda bu “inqilabçı” gəncin Türkiyənin “qoca qurdu” ilə uğurlu mübarizə aparacağına şübhə ilə yanaşırlar. Erməni ekspert Aren Apikyan bu xüsusda bildirir: “Ruben Rubinyanı türklərlə danışıqlara təyin etmək Ermənistanın qadın futbol komandasını Fransa kişi futbol komandasına qarşı çıxarmaq və onların, heç olmasa, bir qol vuracağına ümid etmək kimi bir şeydir. Biz bu danışıqları hələ başlamamış uduzmuşuq”. Erməni türkşünas Varujan Geqamyan da məsələyə eyni prizmadan yanaşır: “Erməni marağının olmadığı, sadəcə Türkiyə tərəfinin ilkin şərtlərinin olduğu qarşıdakı həftələr və aylarda Türkiyə ilə sürətli və intensiv danışıqlar gözlənilir ki, bu da yeni kapitulyasiyaya və güzəştlərə gətirib çıxaracaq”. Onun sözlərinə görə, bir neçə gün bundan öncə peşəkar diplomat, Türkiyənin marağı üzrə ekspert, müxtəlif antierməni təşəbbüslərinin koordinasiya edilməsi ilə məşhur olan səfir Serdar Kılıç Ermənistanla danışıqlarda Türkiyənin əsas nümayəndəsi təyin edilib: “Bundan sonra məlum oldu ki, heç bir diplomatik və danışıq təcrübəsi, eləcə də müvafiq təhsili təcrübəsi olmayan hansısa Rubinyan nüfuzlu və ideoloji istiqamətinə görə anti-erməni olan bu diplomatla eyni masa arxasında oturacaq və Ermənistanın maraqlarını təmsil edəcək”. Lakin ekspertlər bildirir ki, Ermənistan Türkiyə ilə danışıqlarda İrəvanı təmsil edən nümayəndə olaraq kimi təyin etsə, o, Türkiyə və Azərbaycandan sülh diləyən məğlub, təslim olmuş, Ankara və Bakı isə Ermənistandan Zəngəzur dəhlizi tələb edən tərəf mövqeyindən çıxış edəcək. Təcrübəli türk diplomatı Ümit Yardım məsələ ilə bağlı qeyd edir: "Türkiyə-Ermənistan əlaqələri Türkiyənin, məsələn, Birləşmiş Ərəb Əmirlikləri, ya da Qətərlə və ya Rusiya ilə əlaqələrinə bənzəmir. Türkiyə-Ermənistan əlaqələri çox özəl, tarixi keçmişi olan problemdir".

O hesab edir ki, danışıqlarda sülh və dostluq şəraitinin yaranması üçün Ermənistanın Konstitusiya və Müstəqillik Aktında Türkiyədən "düşmən ölkə olaraq bəhs edilməsi" məsələsi üzərində ciddi dayanılmalıdır: "Bu sənədlərdə Türkiyəni düşmən ölkə olaraq və Ağrı Dağını Qərbi Ermənistan ərazisi kimi görürlər. Biz Türkiyə olaraq, Ermənistanı keçmiş İrəvan xanlığı bölgəsi kimi qəbul edib konstitusiyamıza salsaq, Ermənistan bu masaya gələrmi? Ya da biz "dünyada 30 ölkə keçmiş türk imperatorluğunun bir hissəsidir" deyib konstitusiyamıza yazsaq, belə bir danışıqlar ola bilərmi?". Onun fikrincə, xarici faktorlarla yanaşı ölkələrdəki daxili faktorlar da bu danışıqların yönünə təsir edə bilər. Bu zaman o, 1999-cu ilin oktyabrında Ermənistan parlamentinə edilmiş silahlı hücumu xatırladıb: "Paşinyan ideoloji lider deyil. İstənilən vaxt başqa birisi ortaya çıxa bilər. Ermənistanın siyasi tarixində parlamentə hücum edib, spiker Karen Dəmirçiyanı qətlə yetirmək faktı var. Ermənistanda demokratiya mədəniyyəti yoxdur, təzyiq mədəniyyəti var. Hələ Türkiyə kimi bir ölkədən söhbət gedərsə, bu siyasi təzyiqlər daha fərqli şəkildə ortaya çıxa bilər". 1997-ci ilin mayında yaradılmış Türk-Erməni Biznes Şurasının təmsilçisi Noyan Soyaka görə, 2020-ci ilin sentyabr ayında baş verən müharibə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və daha sonra Rusiyanın vasitəçiliyilə əldə olunan atəşkəs razılaşması ilə Qarabağ problemi xeyli dərəcədə aradan qalxıb: "Bu da Türkiyə-Ermənistan əlaqələrinin normallaşması önündə artıq bir əngəlin qalmadığı kimi şərh oluna bilər". O bildirib ki, mövcud şərtlər Cənubi Qafqaz regionunda sülh, sabitlik və firavanlığa nail olmaq üçün çox ruhlandırıcıdır: "Bu prosesdən gözləntimiz, təbii ki, diplomatik münasibətlərin və qarşılıqlı normal qonşuluq münasibətlərinin qurulması, dünyada çox az nümunə olan qapalı sərhədlərin açılmasıdır. Bu təşəbbüs regionda sülh və əməkdaşlığa yol açan bir addım ola biləcək".

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının təmsilcisi Şamil Ayrım isə BBC radiosuna açıqlamasında qeyd edir ki, əslində, 6 aya sərhədlər açıla bilər: "İlk görüşləri dəyərləndirəndə, proses çox sürətli irəliləyir. Mənim təxminim, ilk 6 ay içərisində bəzi məsələlər dəqiqləşə, sərhədlər açıla, Zəngəzur dəhlizi ilə bağlı mənzərə aydınlaşa, dəmir yolu və quru yolların marşrutları dəqiqləşdirilə bilər. Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması, öncəki normallaşma cəhdlərindən fərqli olaraq, bu dəfə prosesə Azərbaycanın da razı olmasına və regionda yeni balanslar formalaşdırılmasına imkan verib". Şamil Ayrım əvvəlki normallaşma cəhdləri ilə indikinin müqayisəsinin doğri olmadığına diqqət yönəldib: "Burada Rusiyanın, Türkiyənin üzərinə çox önəmli vəzifələr düşür. Azərbaycan, onsuz da, üzərinə düşən vəzifəni yerinə yetirir. Burada İranın mövqeyi çox önəmlidir. İran isə bu prosesə çox isti baxır".

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ