şənbə günü, 14 noyabr 2026
     

Ermənistanda Gorus-Qafan yolu ziddiyyəti böyüyür, Azərbaycan mövqelərini möhkəmləndirməkdə…

Image


Gorus-Qafan yolunun bir hissəsinin beynəlxalq hüquq normaları əsasında Azərbaycanın nəzarətinə keçməsi Ermənistanda hələ də hakimiyyət və müxalifət arasında ciddi çəkişmə predmeti olaraq qalmaqdadır. Məhz belə bir vaxtda parlamentin “Hayastan”  fraksiyasının deputatları Anna Qriqoryan və Qeqam Manukyan bir il əvvəl Zəngəzur hadisələrinin hansı sənədə əsasən baş verdiyini aydınlaşdırmaq üçün hökumətə, Milli Təhlükəsizlik Xidmətinə, Müdafiə Nazirliyinə, Silahlı Qüvvələrin Baş Qərargahına və digər strukturlara sorğu göndərib.

Bu fonda Ermənistan ordusunun qalıqlarının 2020-ci ilin dekabrında Zəngəzurda Qubadlı rayonu istiqamətindəki mövqelərdən geri çəkilməsinin və Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçməsinin bəzi detalları məlum olub. Anna Qriqoryan məsələ ilə bağlı qeyd edib: “Xatırladıram ki, Azərbaycan qoşunları GPS cihazları ilə erməni kəndlərinə yaxınlaşanda Nikol Paşinyan onların şifahi anlaşma əsasında irəlilədiyini bildirib. Bugünə kimi faktiki baş verənlərlə bağlı dəqiq cavab yoxdur. General Artak Davtyan tərəfindən imzalanmış məktubdan isə görünür ki, 2020-ci ilin dekabrında Ermənistan ordusunun hissələri və könüllülərdən ibarət dəstələr yazılı əmr əsasında 20 kilometr geri çəkilib. Nəticədə Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib”. Deputat qeyd edib ki, bir il ərzində həqiqət erməni cəmiyyətindən gizlədilib və erməni hərbi birləşmələrinin geri çəkilməsinə dair sənəddə Ermənistan müdafiə naziri ilə yanaşı Rusiya müdafiə nazirinin də imzası olub: “Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutunyan və Rusiyanın müdafiə naziri Serqey Şoyqu sənəd imzalayıb ki, həmin sənəd əsasında da erməni silahlı qüvvələri geri çəkilib. Bu, Zəngəzur vilayəti ilə yanaşı, bütün Ermənistan üçün təhlükə yaradır”. Həmin blokdan olan digər deputat Qeqam Manukyan isə deyib ki, yalnız 2021-ci ilin oktyabrında Nikol Paşinyan qoşunların geri çəkilməsinə dair göstəriş verdiklərini etiraf edib. Deputat əlavə edib ki, münaqişə tərəfləri arasında 10 noyabr sazişindən sonra başqa sənədlər də imzalanıb. Lakin həmin sənədlər məxfi sayıldığından Baş Qərargah onları açıqlaya bilmir: “Bu yaxınlarda gözlənilmədən Silahlı Qüvvələrin Baş Qərargahından cavab aldım. Baş Qərargah rəisinin imzası ilə mənə ünvanlanmış cavab gəlib və məxfi idarə olduğundan tam mətni dərc etməyə haqqım yoxdur. Ancaq bir şey aydındır ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın imzaladığı məktubda Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin dekabrında Zəngəzurun içərisinə doğru təxminən 20 kilometr geri çəkildiyi bildirilib. Yəni Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi yazılı sənəd əsasında Azərbaycanın nəzarətinə keçib. Hakimiyyət bundan əvvəl uzun müddət bu barədə tamam başqa məlumat vermişdi. Ermənistan qoşunları onların nəzarətində olan Qubadlı və Zəngilan rayonlarından şifahi razılaşma əsasında geri çəkilib”.

Həqiqətən də baş nazir Nikol Paşinyan 2020-ci ilin dekabrında etdiyi müraciətdə, daha sonra isə bu ilin oktyabrında İctimai televizyaya müsahibəsində demişdi ki, qoşunların çəkilməsinə dair şifahi razılaşmalar olub. Amma Paşinyan bu il dekabrın 8-də parlamentdə keçirilən “hökumət saatı” zamanı öz sözlərini təkzib edərək bildirib ki, razılaşma yazılı formada olub. O, bunun nə sənəd olması və kimin tərəfindən tərtib olunması barədə məlumat verməmişdi. Məsələ ilə bağlı növbəti araşdırmasının nəticələrini təqdim edən Anna Qriqoryan iddia edib ki, əslində Sergey Şoyqu tərəfindən hansısa sənəd imzalanmayıb: “Biz Nikol Paşinyanın dəfələrlə deməsinin şahidi olmuşuq ki, qarşılıqlı şifahi razılaşma olub. O bunun ardınca deyib ki, şifahi razılaşma olmayıb. Paşinyanın sözlərinə görə, o, yazılı sənədin tərtib olunmasını istəyib, amma məlum olub ki, yazılı sənəd də yoxdur. Bu suala bugünədək dəqiq cavab verilməyib. Yazılı sənəd yoxdursa, deməli, buna Şoyqu imza atmayıb”. Keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan, iqtidar fraksiyasının deputatları isə bu məsələni şərh etməkdən boyun qaçırıblar. Elə bu səbəbdən Şoyqu müəmması davam edir.

Ermənistanda Gorus-Qafan yolu ilə bağlı ziddiyyətlər davam edərkən Azərbaycan bu istiqamətdə mövqelərini gücləndirir. Belə ki, dekabrın 20-də Dövlət Neft Şirkətinin (SOCAR) Gorus-Qafan yolundakı yanacaqdoldurma məntəqəsinin açılışı olub. Məntəqə Qubadlı rayonunun Eyvazlı kəndində fəaliyyət göstərir. Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Qubadlı rayonu ərazisində yerləşən "Eyvazlı" sərhəd nəzarət postunun yeni inzibati binasının da açılışı olub. "Eyvazlı" sərhəd nəzarət postunun yeni inzibati binasında sərhədçi və gömrükçülərin işləməsi üçün şərait yaradılıb. Burada dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin qeydiyyata alınması, mərkəzləşdirilmiş elektron sistemə daxil edilməsi və digər sərhəd nəzarəti həyata keçirilir. Bu ərazinin mühafizəsi sərhəd döyüş məntəqələri tərəfindən perimetr boyunca təşkil olunur.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ