şənbə günü, 14 noyabr 2026
     

Füzulidə Zəfər və İstiqlal müzeylərini layihələndirməyə öz kadrlarımız yetmədi?..

Image


İşğaldan azad edilən rayon və şəhərlərimizdə Zəfər muzeyinin, İşğal muzeyinin və digər profilli muzeylərin tikintisi ilə bağlı artıq proses başlanmaqdadır. İtaliyanın "C Group" şirkətinin əməkdaşları bu məqsədlə Füzulidə olublar. “Trend-in məlumatına görə, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında paylaşım edib.

O qeyd edib ki, İtaliyanın “C Group” şirkətinin əməkdaşları Füzulidə yerləşəcək Zəfər muzeyi, İşğal muzeyi, Memorial Park və Bayraq meydanının layihələndirilməsi məqsədilə müvafiq obyektlərin yerləşəcəyi yerlərə baxış keçirib.

Maraqlıdır ki, Azərbaycanın özündə saysız memarlar olduğu və həmin memarlar dünyanın ən önəmli memarlıq layihələrini uğurla icra etdiyi halda, azad edilmiş ərazilərimizdə inşa ediləcək muzeylərin tikintisi yerli memarlara həvalə edilmir. Baxmayaraq ki, xalqımızın çox qədim memarlıq ənənələri var, amma bu proseslərə memarlarımız cəlb edilmir. Azərbaycan memarları yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində böyük memarlıq tikililəri inşa ediblər.

Füzulidə yerləşəcək Zəfər muzeyi, İşğal muzeyi, Memorial Park və Bayraq meydanının layihələndirilməsi işi niyə Azərbaycan memarlarına deyil, əcnəbi memarlara etibar edilir? Maraqlıdır, Azərbaycanda böyük və peşəkar memarlar ordusu var, amma hökumət təmsilçiləri Füzulidə muzeylər tikməsi üçün xaricdən şirkət dəvət edirlər. Bu nə dərəcədə doğrudur ki, yerli kadrlar dura-dura bu işi xaricilərə tapşırıb külli miqdarda pul xərcləyirlər? Niyə öz memarlarımızdan istifadə edilmir?

Ekspertlər deyir ki, Azərbaycanın azad edilmiş ərazilərində yeni muzeylərin, tikililərin inşası üçün yetərli dərəcədə kadrlarımız var, amma görünür ki, bu bəzi məmurlara sərf etmədiyindən, bu işi görmək üçün xaricdən memarlıq şirkətləri dəvət edirlər.

  • “Çox geniş şəkildə nöqsanlara yol verilir”

Azərbaycan Memarlar İttifaqının idarə heyətinin üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun  əməkdaşı Faiq İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, xaricdən memar dəvət etmək ənənəsinin hardan qaynaqlandığı məlum deyil, amma xaricdən gələn memarlar bizim milli memarlıq xüsusiyyətlərini bilmədikləri üçün, xüsusən də bərpa işində ciddi nöqsanlara yol verirlər. Azərbaycanda kifayət qədər peşəkar memarın olduğunu deyən F.İsmayılovun sözlərinə görə, onların imkanlarından istifadə olunması daha doğru olardı. “Bu ənənəni kim yaradıb, bilmirəm. Xaricdən dəvət edilən memarlar bu işləri çox baha qiymətə görür, onlar ucuz qiymətə iş görmürlər. Onları baha qiymətə gətirirlər. Halbuki, özümüzünkülərə bu qiyməti vermirlər. İkinci bir tərəfdən, yeni inşa edilən muzeylərin tikintisində nöqsanlara yol verilir. Mən Zəfər muzeyinin tikintisində yol verilən nöqsanlar haqda tənqidi yazı da yazmışam.

Abidələrin bərpasında da çox kortəbii şəkildə nöqsanlara yol verilir. Xaricdən mütəxəssislərin dəvətinə gəlincə, bir mütəxəssis kimi deyə bilərəm ki, onların texologiyalarından istifadə etmək olar. Amma italyan, fransız, ingilis memarları Azərbaycanın milli memarlıq üslubunu olduğu kimi qiymətləndirib ondan o  muzeylərin inşası zamanı qüsursuz istifadə edə bilməz. Çox geniş şəkildə nöqsanlara yol verilir. Belə olmaz. Tikinti sahəsində Azərbaycanın korifey memarları var. Bakının gözəlləşməsi Azərbaycan memarlarının əməyidir. Müasir memarlığın əsasında klassizm durur və klassik memarlıq ənənələrindən istifadə edib memarlığın o müasir formada təqdimatı yenə də Azərbaycan mədəni irsini bilməyə gətirib çıxarıb. Azərbaycan memarlığını bilmədən bu eynilikləri etmək mümkün deyil. İtaliyada, Kubada və başqa ölkələrdə tikilən binalar üslubunda binalar tikməklə Azərbaycanı diqqət mərkəzinə salmaq olmaz. Bu gün inşa edilən tikililərdə milli memarlıq üslubu əks olunmasa biz çox şey itirərik. Mən eyni zamanda Azərbaycan Memarlar İttifaqının idarə heyətinin üzvüyəm. Memarlar İttifaqına da müraciətlər yox dərəcəsindədir. Müraciətlər edilmir, niyə edilmir, bu işləri kimlər görür, kim edir bizə məlum deyil. Yeni muzeylərin layihələşdirilməsində, inşasında bizim memarlarımız yaxından iştirak etməlidir. Bu işin birbaşa fəhləsi Azərbaycan memarları olmalıdır. Sanki bu işlərdə bizim memarlara etibar olunmur”.

“Bəzən belə iddialar da olur ki, Azərbaycan memarlıq şirkətləri daha çox maliyyə yeyintisinə yol verir, bu səbəbdən də muzeylərin, Bayraq meydanının inşası xarici şirkətlərə verilir. Sizcə, bu iddia nə dərəcədə doğru olar?” Sualımıza cavab olaraq F.İsmayılov qeyd etdi ki, əksinə, xaricdən mütəxəssis dəvət edildikdə maliyyə yeyintisi daha çox olur: “Xaricdən memarların dəvət edilməsi, onların burada işə cəlb edilməsinin özü maliyyə yeyintisinə yol açır. Bu halda daha çox pul yeyintisi olur. Mən inanmıram ki, bu işlərə ayrılan vəsaitin hamısı həmin xarici şirkətlərə gedib çıxır. Muzeylərin tikintisini Azərbaycan memarlarına versinlər, inanmırlarsa, prosesə də ictimai nəzarəti gücləndirsinlər. Əgər pul yeyintisi, dağıntısı ola bilərsə onlara ictimai nəzarət olunsun ki, pul yeyilməsin, dağıdılmasın. Bəs bizim memarlar nə vaxt bizim öz işimizə yarayacaqlar? Bizim azad olunmuş ərazilərimizdə muzey tikintisi və digər istiqamətdə tikinti işləri aparmaq üçün çox güclü memar kadrlarımız var. Onlardan istifadə edilməlidir”- deyə F.İsmayılov vurğuladı.

F.İsmayılov söhbətinin sonunda bildirdi ki, memar sarıdan korluğumuz yoxdur, əsas problem bərpaçılarla bağlıdır, çünki Azərbaycanda heç bir ali məktəb, heç bir kollec peşəkar bərpaçı kadrlar yetişdirmir: “Siz Azərbaycanda axtarsanız, bərpaçı yetişdirən nə bir institut, universitet fakültəsi, nə bir kollec taparsız, biz bərpaçı yetişdirmirik. Bizim bərpaçı problemimiz də burdan yaranır. Bərpaçılar yetişdirilməlidir. Hər kəs yaxşı bir memar ola bilər, amma yaxşı bərpaçı ola bilməz. Bərpa sənəti tamam başqa bir sahədir. Buna görə də, bərpaçı-memarları xaricdən dəvət edirlər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ