şənbə günü, 14 noyabr 2026
     

Azad olunan ərazilərə “Böyük Qayıdış” sürətlənir

Image


Gələn ildən etibarən Azərbaycan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesinə start verməyə hazırlaşır. Bu xüsusda ilk qayıdış prosesi, artıq bəlli olduğu kimi, Zəngilandan başlanacaq. Bu rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərinin ərazilərində “ağıllı kənd”lərin inşası artıq tamamlanıb.

Elə bu fonda gələn ilin əvvəlindən keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına start verilir. Artıq Zəngilana ilk olaraq köçürüləcək əhalinin siyahısı da hazırdır. Bu insanlar doğma kəndlərinə qayıtdıqdan sonra “ağıllı kənd” layihəsi çərçivəsində onlardan bir qrupu üçün kiçik təsərrüfatlar yaradılacaq. Bunun üçün müvafiq dövlət qurumları tərəfindən zəruri addımlar atılır.

  • Avropa İttifaqı minaların təmizlənməsi prosesində Azərbaycana yardım üçün gecikir…

Hazırda Azərbaycan üçün əsas prioritetlərdən biri, Zəngilanla yanaşı, azad olunan digər ərazilərə də insanların qayıdışını təmin etməkdir. Amma bu xüsusda ən ciddi problemlərdən biri həmin yerlərdə mina təhlükəsinin mövcudluğudur. Azərbaycan tərəfinin hesablamalarına görə, bu yerlərdə 1 milyona yaxın mina basdırılıb. İndiyə qədər onun bir hissəsi təmizlənsə də, hələ də zərərsizləşdirilməmiş xeyli sayda mina mövcuddur.

Onu da qeyd edək ki, minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Azərbaycan bu xüsusda dünya dövlət və təşkilatlarının yardımına da böyük ümid bəsləyir. Lakin bu məsələdə bəzən ikili standartlarla da üzləşir. Məsələn, Avropa İttifaqı kimi Azərbaycanla tərəfdaş olan təşkilat bu xüsusda gözlənilən addımları atmır. Minaların təmizlənməsi kimi həssas bir məsələnin Avropa İttifaqını daha öncə hərəkətə keçməyə vadar etməməsi bunun aydın sübutudur. Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, dəfələrlə bu məsələləri qaldırıb. Eyni zamanda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşdə hətta təklif edib ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin: “Dedim ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayırın ki, onlar Azərbaycana gəlsinlər və işə başlasınlar. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil. Bundan əlavə, bu çox bahalı işdir və minalar təmizlənməsə, biz insanların geri qayıdışını təmin edə bilmərik. Onlar bunu 30 ilə yaxındır ki, gözləyirlər. Hazırda genişmiqyaslı bərpa işlərinə başlanılan ərazilər minalardan təmizlənib, digər yerlər isə yox. Yəni geri dönəcək insanlar ciddi problemlər və həyati təhlükə ilə üzləşəcəklər. Beləliklə, mən ümid edirəm ki, təmaslarımızda buna daha çox aydınlıq gətiriləcək. Əlbəttə, bizim ehtiyaclarımız minaların təmizlənməsi ilə məhdudlaşmır. Hər şey dağıdılıb. Oralarda nə şəhər, nə də kənd var - tamamilə dağıdılmış ərazilərdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistana maliyyə töhfəsinin səviyyəsi, istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni olmalıdır”.

Azərbaycanın qaldırdığı bu məsələyə Avropa İttifaqı tərəfindən, hələ ki, tam dolğun cavab verilməyib. Halbuki, adıçəkilən quruma da yaxşı məlumdur ki, ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Bu prosesdə Avropa İttifaqı onun üçün mühüm tərəfdaş olan Azərbaycana müvafiq köməklik göstərməklə strateji tərəfdaş olduğunu isbata yetirməlidir.

  • Məşğulluq məsələlərinin uğurlu həlli, yaradılan yeni inkişaf ünvanları qayıdış prosesini sürətləndirəcək

Azad olunan ərazilərdə minaların təmizlənməsi prosesinə paralel olaraq Azərbaycan genişmiqyaslı abadlıq-quruculuq işlərinin başlanılması istiqamətində müvafiq addımlar atır. Bu fonda 30 il əvvəl öz evlərini tərk etmiş keçmiş məcburi köçkünlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar.

Azərbaycan dövləti bu fonda işğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdış və reinteqrasiyasını təmin etmək kimi genişmiqyaslı bir missiya həyata keçirir. Artıq Qarabağda, Şərqi Zəngəzurda müasir infrastrukturun yaradılması istiqamətində xeyli iş görülüb. Çünki bunsuz ərazinin sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil. Xatırladaq ki, bu müstəvidə Prezidentin tapşırığı ilə sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə yaradılan işçi qrupları, hazırlanan Strateji Fəaliyyət Planı əsasında işlər bütün istiqamətlər üzrə planlı və kompleks yanaşma əsasında həyata keçirilir. Azad edilən ərazilərdə məşğulluq məsələləri, bu yerlərin inkişaf mərkəzinə çevrilməsi üçün də müvafiq addımlar atılır. Çünki bu proseslər qayıdış prosesini sürətləndirəcək əsas məqamlar sırasına yer alır. Hazırda azad olunan ərazilərdə reallaşan infrastruktur layihələri beynəlxalq yükdaşımalar baxımından da mühüm önəm daşıyır. Məsələn, Füzulidə Horadiz şəhəri ilə Zəngilan rayonunu birləşdirən dəmiryol xətti Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Başqa sözlə, Qarabağda formalaşan nəqliyyat infrastrukturunun, o cümlədən Azərbaycanda reallaşan nəqliyyat sisteminin işğaldan azad olunan ərazilər vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası gerçəkləşəcək. Bunlardan, o cümlədən Zəngəzur dəhlizindən, Azərbaycanla yanaşı, bütün region fayda götürəcək. Hətta Ermənistanın özünə belə bir çox üstünlüklər gətirəcək Zəngəzur dəhlizi ilə bağlı araşdırma aparan beynəlxalq ekspertlər də bunu bildirir. ABŞ-da fəaliyyət göstərən tanınmış “Ponars Eurasia” araşdırmalar mərkəzi Emmanuel Dreyfus və Yül Yuqonun Zəngəzur dəhlizi ilə bağlı məqaləsi də bunu dəqiq göstərir. Burada müəlliflər xatırladır ki, 1980-ci illərdə Ermənistanla Rusiya arasında ticarət əlaqələrinin təxminən 85 faizi Azərbaycandan keçən dəmir yolları şəbəkəsinin payına düşürdü. Mərkəzin ekspertləri hesab edir ki, hazırda Rusiya Ermənistana məhsul idxal edən əsas dövlətdir. Ermənistana Rusiyadan neft, əlvan metallar və taxıl kimi məhsullar tədarük edilir. Əslində, bu məhsulların nəqli zamanı dəmir yollarından istifadə edilməsi daha sərfəlidir. Digər tərəfdən, Rusiya Ermənistan üçün Avropa İttifaqından sonra ikinci ən böyük bazardır. Bu ölkədən Rusiyaya illik 290 milyon dollar dəyərində məhsullar tədarük olunur. Odur ki, Arazboyu dəmir yolları şəbəkəsinin açılması Rusiya ilə Ermənistan arasında ticarət əlaqələrində nəqliyyat xərclərinin azalmasına səbəb olacaq. Bu səbəbdən Zəngəzur dəhlizinin həyata keçrilməsinə Ermənistan hansısa formada müqavimət göstərə bilməz.

Zəngəzur dəhlizi ilə yanaşı, digər layihələr də Qarabağ və Şərqi Zəngəzurun simasını yaxın tezlikdə dəyişəcək, bu yerlərə böyük qayıdış sürətlənəcək.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ