şənbə günü, 14 noyabr 2026
     

Ermənistanda Rusiyameylli və Qərbmeylli qüvvələrin açıq savaşı başladı

Image


Ermənistanda Rusiyameylli və Qərbmeylli siyasi qüvvələr arasında yeni qarşıdurma meylləri müşahidə edilməkdədir. Bu, Ermənistan parlamentindəki müxalif “Hayastan” fraksiyası deputatlarının çağırdığı növbədənkənar iclas fonunda özünü daha qabarıq büruzə verdi.

Xatırladaq ki, hakim fraksiyadan olan deputatlardan heç biri iclasa gəlməyib və qeydiyyatdan keçməyib. Beləliklə də. əsası keçmiş prezident Robert Köçəryan tərəfindən qoyulmuş fraksiyanın çağırdığı iclas hüquqi qüvvə kəsb etməyib. Reqlamentə uyğun olaraq ayrılmış 4 saat ərzində iclasın keçirilməsi üçün zəruri olan 54 millət vəkili parlamentə yığışmayıb. “Azatutyun” radiosu yazır ki, iclasda iştirak üçün cəmi 30 deputat qeydiyyatdan keçib. İclası aparan spiker müavini Akop Arşakyandan başqa, qeydiyyatdan keçən deputatların hamısı müxalifət fraksiyasının üzvləri olub. Müxalifətin parlamentin növbədənkənar iclasında müzakirə üçün təklif etdiyi məsələ Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyasına aid olub. Müxalifətin bəyanat layihəsində “Azərbaycanın təcavüzü” pislənir, Ermənistan hökumətindən delimitasiya və demarkasiya məsələsinin “Dağlıq Qarabağ xalqını öz müqəddəratını təyinetmə hüququndan” ayırmaması tələb olunurdu. Müxalifət Azərbaycan tərəfi ilə danışıqlarda heç bir yazılı və ya şifahi razılıqların verilməməsini tələb edirdi. Müxalifətin təklifində deyilirdi ki, Qarabağ və Ermənistanın əsas hüquqlarını pozan razılaşma əvvəlcədən etibarsız sayılmalıdır. “Azatutyun” yazır ki, iqtidar müxalifətin daxili siyasi spekulyasiya ilə məşğul olduğunu bildirib. Parlamentin “Hayastan” fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan iqtidarın iclası nəyə görə pozduğunu belə izah edib: “Bu, beynəlxalq birliyə yeni Ermənistan parlamentinin, müxalifət və iqtidarın vahid mövqeyi barədə mesajı olmalı idi. Lakin onlar bundan boyun qaçırdılar, çünki Türkiyə və Azərbaycanın əleyhinə kəskin və tələbli bəyanatlardan çəkinirlər. Onların deməyə sözləri olmadığından, necə deyərlər, günahdan uzaq olmaq üçün boykota getdilər”. Hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyasından xarici əlaqələr komissiyasının üzvü Anuş Beqloyan etiraf edib ki, iclasa gəlməmək barədə vahid qərar olub: “Parlamentin bəyanatları beynəlxalq birliyə ən ciddi mesajların verilməsi üçün ən ciddi alətlərdən biridir və bu alətdən ünvanlı, vaxtlı və ciddi mesajların, həqiqətən də beynəlxalq birliyə ünvanlanmış mesajların verilməsi üçün istifadə edilməlidir. Amma biz görürük ki, müxalifətin bəyanatı daxili siyasi, mən hətta deyərdim ki, təbliğati-spekulyativ xarakter daşıyır”. “Azatutyun” yazır ki, “Hayastan” bloku sözügedən bəyanatı artıq ikinci dəfədir müzakirəyə çıxarmağa çalışır. Lakin Rusiyameylli düşərgəyə daxil olan müxalifətin hər iki cəhdi iflasla nəticələnib. “Hayastan” blokunun rəhbəri Seyran Ohanyan bu fonda bildirir: “Sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də ərazi bütövlüyünün qarşılıqlı tanınması Qarabağın taleyinə yağlı xaç olacaq”. Onun fikrincə, delimitasiya və demarkasiya məsələsi “Dağlıq Qarabağ Respublikası”nın öz müqəddəratını təyinetmə məsələsi üçün kifayət qədər ciddi təhlükə yaradır.

Keçmiş müdafiə nazirinin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sərhədin bu gün harada olduğunu heç kim bilmir, çünki iki respublika SSRİ-nin tərkibinə daxil olduqdan sonra kifayət qədər ciddi dəyişikliklərə məruz qalıb. O qeyd edir ki, sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirmək üçün ciddi araşdırmalara ehtiyac var. Ohanyan məhz bu proseslərin aparılması üçün lazımi şəraitin olmadığını bildirir: “Ermənistan hakimiyyəti bütün prosedurları pozaraq, şifahi və yazılı razılaşmalara razıdır. Söhbət, xüsusilə 10 noyabr 2020-ci il tarixli bəyanatdan başlayaraq əldə olunmuş razılaşmalardan gedir. Biz özümüzü kifayət qədər çətin hərbi-siyasi vəziyyətə salmışıq. Məsələn, Türkiyə-Azərbaycan tandemi artıq Ermənistanın bilavasitə sərhədlərində yaranıb”. Ermənistanın “Past” nəşri yazır ki, bu vəziyyətdə hakimiyyət Rusiyameylli müxalifəti susdurmaq üçün Qərbə bağlı qüvvələri işə salmağa hazırlaşır: “İndi Ermənistanda Qərb maliyyəsi ilə fəaliyyət göstərən ictimai sahənin nümayəndələri, üstəlik də siyasi sahəyə cəlb olunanlar öz standart xətlərindən və xüsusən də Rusiya əleyhinə kampaniyadan başqa, bu günlərdə yeni proqram həyata keçirirlər. Onların qarşısında hakimiyyətin siyasi kursuna uyğun olaraq kifayət qədər aktiv daxili siyasi fəaliyyət göstərmək və müvafiq tezislər yaratmaq vəzifəsi var. Bununla əlaqədar Qərbə bağlı nümayəndələrlə mühüm görüş keçirilib. Görüşün əsas mövzularından biri Ermənistanın xarici siyasət vektorunun dəyişdirilməsi məsələsi, eləcə də Ermənistan-Türkiyə münasibətləri ilə zəruri təbliğat işlərinin həyata keçirilməsi olub. Sonuncu məsələ fəaliyyətdə olan hakimiyyətə hazırda hava və su kimi lazımdır. Həmçinin məlumatlarımız var ki, qeyd olunan dairələrin qarşısına müəyyən “doza”da hakimiyyətə qarşı tənqidlə çıxış etmək vəzifəsi qoyulub. Məqsəd odur ki, birincisi, öz açıq iqtidaryönümlülüklərini “yandırmasınlar”, ikincisi, mümkün qədər Rusiyayönlü müxalif sahənin ağzını bağlasınlar”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ