şənbə günü, 14 noyabr 2026
     

Media qanununa qarşı çıxanlar əsasən “reket media” təmsilçiləridir...

Image


“Dələduzların, reketlərin, saxtakarların dövrü başa çatacaq”

“Media haqqında” qanun layihəsi birmənalı olaraq medianın bütün spektlərinin inkişaf etməsi üçün olduqca mühüm bir sənəddir. Amma çox təəssüflər olsun ki, bəziləri “Media haqqında” qanun layihəsini əsassız olaraq tənqid edir. Maraqlıdır ki, nüfuzlu media qurumları, media mütəxəssisləri yeni layihəni müsbət qarşılasa da, media sahəsinə yamaq olanlar layihə haqqında əsassız tənqidi fikirlər səsləndirirlər.

Diqqət çəkən məqam odur ki, “Media haqqında” qanun layihəsini əsassız olaraq tənqid edənlərin əksəriyyəti reket medianın təmsilçiləridir. Görsənən odur ki, onlar bu qanunun mövcudluğunu özləri üçün təhlükə hesab edirlər. “Media haqqında” qanun layihəsini haqsız olaraq hədəfə alanların  bunu hansı məsqədlə etdiklərinin səbəbləri ilə bağlı suallarımızı “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev cavablandırıb.

- Bəhruz müəllim, “Media haqqında” qanun layihəsini ciddi və peşəkar media təmsilçiləri çox təqdir edir və bu qanun layihəsinin qəbul edilməsini medianın inkişafı üçün vacib hesab edirlər. Amma eyni zamanda “Media haqqında” qanun layihəsini tənqid edənlərə də rast gəlirik. Müşahidələr göstərir ki, layihəni tənqid edənlər əsasən reket jurnalistika ilə məşğul olanlardır. Onlar bu layihəni niyə tənqid edirlər ki?

- Bilirsinizmi, həmişə nədənsə narazı olanlar da olur, bu normaldır. Lakin narazılıq ciddi əsaslandırılmalı, faktlarla və arqumentlərlə çıxış edilməlidir. Bu şəxslərin isə ciddi bir arqumenti yoxdur. Sadəcə iddialardır ki, belə olacaq, elə olacaq. Lakin qanun layihəsi tamam başqadır. Orada hər şey açıq yazılıb və mənfi nəsə görmədim. Bu barədə bu günlərdə mətbuatda geniş yazı ilə çıxış edib əsas məqamları şərh etmişəm. Əlbəttə, qanun layihəsi qəbul olunsa media sahəsində yaranmış anarxiyanı ləğv edə bilər, saxta jurnalistləri, reket mətbuatı sıradan çıxara bilər, bəziləri bundan yaman narahatdır. Lakin kütləvi informasiya vasitəsinin fəaliyyəti üçün müəyyən prinsiplər, qaydalar olmalıdır, qanunlara zidd olmamalıdır. Bütün dünyada belədir, yeni qanun layihəsində də hər şey beynəlxalq standartlara, dövrün tələblərinə, inkişaf etmiş ölkələrin media qanunvericiliyi təcrübəsinə uyğundur.

- Yeni  qanun qəbul ediləndən sonra onlar öz “işləri” ilə məşğul ola biləcəklər, ya bilməyəcəklər?

- Əlbəttə, meydanları daralacaq, tədricən sıradan çıxacaqlar. Belələrinin nüfuzdan saldıqları medinın nüfuzu bərpa ediləcək. Cəmiyyət həqiqi media ilə saxta medianın, həqiqi jurnalistlə saxta jurnalistin fərqini görəcək. Və artıq media, jurnalist adı ilə təxribatlar törətməyə, şər, böhtan, şantajla məşğul olmağa, dezinformasiya yaymağa, aldadıcı xəbərlərlə cəmiyyətdə hər hansı bir məsələ ilə bağlı səhv rəy yaratmağa imkanları qalmayacaq. O zaman mediaya doluşmuş diletantlar, saxtakarlar özlərini bildikləri sahələrdə sınamalı olacaqlar. Mediada işləmək üçün müəyyən tələblər olmalıdır - savadlı olmalı, ana dilini təmiz bilməli, peşəkarlıq vərdişlərinə yiyələnməli, peşə etikasını bilməli, qanunları bilməli, cəmiyyətin və ölkənin əsas məsələlərindən yaxşı məlumatlı olmalısan. Yoxsa sənin üz tutuduğun oxucu, tamaşaçı səndən daha çox məlumatlı, daha savadlı, daha çox dünyagörüşə malikdirsə, sən ona nə verə bilərsən, səni niyə oxumalı, izləməlidir ki? Bax diletantla, saxtakarla peşəkar jurnalistin fərqi buradan bilinir.

- Onlar nə üçün yeni qanun layihəsini öz gələcək fəaliyyətləri üçün “təhlükə” hesab edir?

- Təbii ki, fəaliyyətləri qanunsuz, cəmiyyətə zərərli, merkantil maraqlara və xarici dairələrə xidmət etdikləri üçün. Qısaca belə ifadə edə bilərəm. Düzgün jurnalist normal bir qanundan niyə narahat olsun ki? Həyatda elə bir sahə varmı ki, o sahə qanunlarla, qaydalarla tənzimlənməsin? Yoxdur. Mediada da olmalıdır, həmişə olub, yenə də olacaq. Sadəcə, yeni qanun yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Qanun yeni dövrün tələblərinə, texnologiyanın sürətli inkişafına uyğun olaraq dəyişən reallıqları da nəzərə alıb və internet mediasının fəaliyyət prnsiplərini də müəyyən edib. Əvvəllər internet saytları media hesab edilmirdi. İndi dövlət onlara da inkişafları üçün yardımlar edəcək, sadəcə, bunun üçün müəyyən edilmiş tələblərə cavab verməlisən.

Qanun jurnalistlərin əmək hüquqlarının və sosial hüquqlarının təmin edilməsində inqilabi dəyişikliyə səbəb olacaq. Bu isə öz növbəsində jurnalsitlərin daha səmərəli işləməsinə, medianın daha peşəkar fəaliyyət göstərməsinə səbəb olacaq.

Qanunda maraqlı bir məqam da var. Müəllif hüquqları daha güclü qorunacaq. Kimsə kiminsə əməyini mənimsəyib ondan çox faydalana bilməyəcək. Hərə öz əməyinin nəticələrini görəcək. Bundan böyük ədalət nə ola bilər ki?

- Yeni qanundan sonra cəmiyyətin, ictimaiyyətin reket jurnalistlərə, reket mediaya münasibəti necə dəyişəcək?

- İndi cəmiyyətdə çoxları ayırd edə bilmir. Bir yalan məlumatı danışır, soruşanda deyir ki, saytda yazmışdılar, sosial şəbəkə səhifəsində oxudum, internetdə rast gəldim. O bilmir ki, məlumatı yayan həqiqi mediadır, yoxsa saxta. Hansı maraqlara xidmət edir, nə məqsəd güdür? Yazıda hansı faktları göstərib, hansı mənbədən əldə edib. 150 illik ənənə əsasında elə düşünürlər ki, bir şey mediada yayılıbsa deməli doğrudur. İndi isə cəmiyyət kimin həqiqi jurnalist, həqiqi media olduğunu, kiminsə saxtakar olduğunu ayırd edə biləcək. Və dələduzların, reketlərin, saxtakarların dövrü başa çatacaq. Həqiqi media inkişaf edəcək, oxucular həqiqi mediadan alacaqlar məlumatları. Bu halda cəmiyyət baş verənlər haqda doğru məlumat alacaq, ictimai rəyi qəsdən azdırmaq olmayacaq. Bu isə, əlbəttə, saxtakar və dəduduzları narahat edir. Onlar bu qanunu tənqid etməklə əslində özlərini ələ verirlər, kim olduqlarını cəmiyyətə göstərirlər.

- Maraqlıdır ki, “Media haqqında” qanun layihəsini tənqid edənlər reketlər və media mühitində xaosun tərəfdarı olan adamlardır. Onların sərgilədiyi davranışlara münasibətiniz necədir?

- Bu adamlar ölkəmizdə mövcud olan ifrat media azadlığından öz şəxsi məqsədləri və ya idarə olunduqları mərkəzlərin məsqədləri üçün necə lazımdı istifadə edib, bəhrələniblər. Təsəvvür edin, heç fakta, sənədə söykənmədən istədikləri adam və ya proses haqda istədikləri məlumatı yayırlar və bundan bəhrələnirlər. Və ya peşəkar medianın vaxt sərf edib, əziyyət və xərc çəkib hazırladığı araşdırmaları, məqalələri, xəbərləri bir nəfər götürüb sosial şəbəkələrdə yayır və bu materialın sahiblərindən daha çox kütlə, buna müvafiq olaraq da reklam və gəlir əldə edir.  Burada ədalət hardadır? Ya da son vaxtlar geniş yayılmış ləkələmə, şantaj əməllərini götürək. Heç kimin tanımadığı bir sayt pul qoparmaq məqsədilə hər hansı bir şirkəti, biznesmeni, məmuru, ictimai şəxsi şantaj edir, o da biabır olmamaq üçün buna pul veməyə məcbur olur. Əlbəttə, deyə bilərsiniz ki, günahı yoxdursa niyə pul verir? Bilirsinizmi, sizin haqqınızda bir saxta məlumat yayıldı, yüz minlərlə adam oxudu, sonra sən qapı-qapı düşüb 100 dənə sübut gətirib bunun səhv olduğunu sübut edə bilmirsən, buna nə vaxtın çatır, nə enerjin. Bu konkret quldurluqdur, cinayətdir, insan hüquqlarının pozuntusudur. Ya da cəmiyyətə zərərli olan məlumatlar yayılır, əxlaqsızlıq təbliğ olunur, uşaq və yeniyetmələrin əxlaqını pozmağa yönəlmiş materiallar yazılır. Axı media bunun üçün deyil, medianın 3 məşhur funksiyası var və bunlarla fəaliyyət göstərməlidir. Qanun məhz belə məsələləri tənzimləmək üçündür. Ola bilər ki, qanun layihəsi tam mükəmməl deyil, çatışmazlıq ola bilər, lakin o hələ qəbul edilməyib. İstənilən vaxt təkmilləşdirmək olar. İstənilən halda hazırlı qanun layihəsini cəmiyyətimiz, ölkəmiz üçün çox vacib və faydalı hesab edirəm...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ