ABŞ Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşü alqışlayır.
Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü mətbuat katibi Ned Prays öz “Twitter” səhifəsində yazıb.
"ABŞ Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutmuş son görüşlərini alqışlayır. Biz regiona sülh gətirən birbaşa əlaqələri qətiyyətli şəkildə dəstəkləyirik" - deyə o bildirib.