şənbə günü, 14 noyabr 2026
     

"Xankəndi universiteti", qondarma “tarixi şəxsiyyət” adı daşıdığı bəs deyil, Azərbaycanı “sivilizasiya düşmənçiliyində” ittiham da edir...

Image


Müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimizdə yaşayan ermənilər separatçı fəaliyyətlərini davam etdirirlər. Saxta tarix düzəltməyi özlərinin əsas peşəsinə çevirən ermənilər Azərbaycana qarşı qondarma ittihamlar irəli sürməkdə davam edirlər.

Azərbaycanı şərləyərək Qarabağın “erməni irsini mənmsəməkdə” suçlayan ermənilər indi də hədyan dolu yeni kitab yazıb çap ediblər. Belə ki, dekabrın 14-də  Xankəndinin “Mesrop Maştoç adına erməni universiteti”ndə “Azərbaycan – sivilizasiyanın düşmənidir” silsiləsinin nəşrinə həsr olunmuş mətbuat konfransı keçirilib. Bu haqda erməni mediası məlumat yayıb. “Elmi nəşr” olduğu iddia edilən, əslində isə cəfəngiyatdan və makulaturadan ibarət olan üzdəniraq cızma-qara qondarma “tarixi şəxsiyyət” Mesrop Maştoç “universiteti”nin “Qafqaz araşdırmaları mərkəzi”, “mədəni irsin qorunması üzrə ictimai şura” ictimai təşkilatı və “Qolos Armenii” müstəqil ictimai-siyasi qəzetinin birgə layihəsidir. Xəbərdə bildirilir ki, hələlik rus dilində nəşr olunmuş bu yalan və saxtakarlıq topası başqa dillərə də tərcümə edilərək yayılacaq. Bunların iddiasına baxın ki, yeni yalanları ilə dünyanı yenidən aldatmağa başlamağı hədəfləyirlər.

  • “Xankəndi universiteti”nin rus dilində hazırladığı bu “kitab” erməni həyasızlığının növbəti nümunəsidir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, əslində o kitabın adı “Ermənistan – sivilizasiyanın düşmənidir” olmalı idi, çünki müasir dövrdə bəşər sivilizasiyasına ermənilər və Ermənistan qədər zərər vuran, terror edən ikinci bir dövlət və toplum yoxdur. “Çox qəribədir ki, ermənilər heç zaman yalan danışmaqdan və qondarma kitablar yazmaqdan əl çəkmək istəmirlər. XIX əsrin sonlarından başlayaraq XX əsrin əvvəllərində, Sovet dövründə və hazırda müxtəlif qondarma təşkilatlar yaradıb özlərinə qondarma tarix quraşdıran ermənilər eyni zamanda Azərbaycan tarixini, tarixi proseslərini də qaralamağa, ləkələməyə çalışıblar. Anti-Azərbaycan mövqeyindən çıxış edən erməni tarixçiləri, həmişə olduğu kimi, yenə də ortaya şikəst, məzmunsuz, faktsız, cəfəngiyatlardan ibarət cızma-qara çıxarıblar. Uzun illərdir Azərbaycanın tarixi-mədəni irsini, arxeoloji və memarlıq abidələri saxtalaşdıraraq erməniləşdiriblər və qondarma kitablar çıxarıblar. İndi onların əlinə saxtalaşdırma üçün daha çox imkan keçib. Ermənistan müharibədə məğlub oldu və Qarabağdakı erməniləri ərazisində yaşadıqları Azərbaycan dövlətinə qarşı qaldıran separatçıların başı əzildi, sadə erməniləri separatçılar ağır duruma saldılar. İndi də, görünür, hər şeydən əlləri kəsilən Xankəndidə oturan separatçılar oradakı tarixçiləri məcbur ediblər ki, Azərbaycan dövlətinə qarşı qondarma ittihamlarla dolu cızmaqara hazırlasınlar. Bilirsiz ki, Mesrop Maştoçun özü də qondarmadır, onun adını daşıyan “universitet”in də fəaliyyəti qanuni deyil. Separatçılar bu “universitet”də işləyən “tarixçi alim”lərin  əli ilə Azərbaycanı ləkələməyə cəhdlər edir. Separatçı “tarixçi”lər  unutmasınlar ki, sivilizasiya düşməni Azərbaycan deyil, birbaşa Ermənistan və ermənilərdir. Qafqaz sivilzasiyasını, Qafqazın mədəni irsini elə erməni tarixçiləri saxtalaşdırmağa başlayıb. Azərbaycan dünyada qədim insan sivilzasiyasının mövzud olduğu bir ölkədir və Ermənistanın işğalına qədər burada mövcud olan bütün abidələri, tarixi-mədəni irsi biz qorumuşuq. Azərbaycan ərazisində mövcud olan bəşər sivilizasiyasının ən nadir abidələri Ermənistanın, ermənilərin vandalizminə məruz qalıb məhv olub. İndi ermənilər niyə hay-küy salmaq istəyirlər, anlamaq olmur. Saxtalaşdırmanın əsasını özləri qoyub, özləri də o yanlış tendensiyanı hərtərəfli davam etdirir. Onlar bu saxtakarlıq işinə Sovet dövründən başlamışdılar. Azərbaycan xalqı da daxil olmaqla, bütün yerli xalqların folklorundan tutmuş mətbəx mədəniyyətinə qədər hamısını ermənilər oğurlayıb, mənimsəyib. Qarabağakı  Azərbaycan abidələrinə qarşı elə vəhşiliklər törədiblər ki, xaricdən gələn nümayəndələr, mütəxəssislər belə bu dəhşətli mənzərələri görüb şoka düşürlər. Ermənilər hansı haqla Azərbaycana qarşı belə qondarma ittiham irəli sürüb saxta, uydurma məlumatlar quraşdırıb kitab yazıblar? Bir də deyirəm ki, bəşər sivilizasiyasının düşməni Ermənistandır, inanmırlarsa, gəlib azad edilən ərazilərimizə baxsınlar”.

Q.Hacıyev deyir ki, Mesrop Maştoç özü saxta bir obrazdır, Mesrop Maştoç da, Moyisey Xorenli də  erməni alimləri tərəfindən yaradılıb. Q.Hacıyevin sözlərinə görə, bunlara baxmayaraq, ermənilər yalandan və şər-böhtandan əl çəkmək istəmirlər. “Mesrop Maştoçun uydurma obraz olduğu gizlin deyil, onun adını daşıyan “universitet” də saxtadır və saxtakarların da öz adlarına uyğun işlər gördüyü təəccüblü deyil. Bu qondarma qurumun ortaya saxta bir cızmaqara çıxarmasına qeyri-adi bir hal kimi yanaşmırıq. Bu, erməni xislətinə xasdır. Çünki bu qondarma qurumların hamısının bir hədəfi olub - saxta tarix yaratmaq, Azərbaycana qarşı qondarma ittihamlar, şər-böhtan, hədyan yağdırmaq, bunu kitablaşdırıb dünyaya çatdırmaq. Xankəndi “universiteti”nin rus dilində hazırladığı bu “kitab” erməni həyasızlığının növbəti nümunəsidir. Onlar bu cızmaqara ilə özlərini ifşa edirlər, ermənilərin yalançı hay-küyləri daha dünyada keçmir. Bu gün Azərbaycan dövləti həqiqəti bütün dünyaya yayıb və ermənilərin bu cəhdləri daha baş tutmayacaq”.

Q.Hacıyev deyir ki, bütün dünya Azərbaycanın necə ölkə olduğunu yaxşı bilir və burada bəşər sivilizsiyasına verilən dəyərin, qiymətin parlaq nümunələri, təzahürləri minlərlədir. “Saxta Mesrop Maştoçun adını daşıyan “universitet”də xaricdən ianə toplamaq üçün yaradılan qondarma təşkilatlar və qondarma qruplar Azərbaycana qarşı belə bir cızmaqara çap etməklə öz əməllərini ifşa edirlər. Bu həm ikrah doğurur, həm də gülməli görsənir. Separatçılar lap min dənə cızmaqara çap etdirsinlər, heç nə edə bilməyəcəklər, çünki bütün dünya Azərbaycanın sivilizasiyanın düşməni olmadığını, dostu olduğunu onsuz da bilir. Azərbaycan Prezidentinin çıxışlarına, müsahibələrinə bütün dünya baxır, Azərbaycanın necə  bir dövlət olduğunu bilir. Erməni separatçıları indən sonra neçə saxta kitab yazırlar-yazsınlar, Azərbaycanı heç zaman ləkələyə bilməzlər” - deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ