şənbə günü, 14 noyabr 2026
     

Əliyev Bakıdan göndərilən erməni əsirlərin İrəvanda həbsinə niyə toxundu?..

Image


“...Saxlanılan şəxslərə gəlincə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan, demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. Onlar bu terror aktlarını törədiblər, nəticədə bir neçə hərbçi və mülki şəxs həlak olub və onlar saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Onların bəziləri humanitar məqsədlərlə azad ediliblər. İndiyədək biz 100-dən çox saxlanılan şəxsi azad etmişik. Cinayət törədənlər isə mühakimə olunublar. Beləliklə, bu insanlar heç bir beynəlxalq konvensiya ilə hərbi əsir hesab edilə bilməzlər. Digər məsələ ondan ibarətdir ki, saxlanılan şəxslərin bəziləri, biz onları geri qaytarandan sonra, – onlardan 10-unu 10 gün əvvəl qaytarmışıq, – Ermənistanda həbs olunub. Bu, bizə, bu insanlara, onların qohumlarına çox ciddi bir siqnaldır. Biz onları Ermənistana qaytarmışıq, onlar isə həbs ediblər. Ola bilsin ki, onlar bu şəxslərə işgəncə verəcəklər. Onların çox sərt təcrübəsi var, çünki bizim əsirlərin Ermənistan həbsxanasındakı dəhşətli vaxtlar barədə danışdıqları onu göstərir ki, bu insanlar çox ağır işgəncələrə məruz qalacaqlar. Ona görə də, əgər biz daha çox adam qaytarsaq, onlar həbs olunacaqlar. Bu real faktdır və bunu təsdiq etmək olar”. Bunu Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

Prezidentin Azərbaycanın Ermənistana qaytardığı bu şəxslərlə bağlı dedikləri nə kimi effekt verəcək? Prezidentin bu fikrindən sonra Ermənistanda Azərbaycandan qaytarılan şəxslərin həbsi səngiyə bilərmi? Beynəlxalq təşkilatların bu məsələyə diqqəti cəlb oluna bilərmi ki, qayıdanlar niyə həbs edilir? Erməni cəmiyyətinin özü bu məsələ ilə bağlı etiraza qalxa bilərmi ki, niyə onları həbs edirsiz? Ola bilərmi ki, onları həbs edib Azərbaycanın əleyhinə danışdırsınlar, onlar da işgəncələrdən qorxub yalandan “Azərbaycan əsirliyində bizi incidiblər, döyüblər” və sair desinlər? Bunun bütün mümkün variantları hansı nəticələr verə bilər? Bir də bu versiya nə qədər doğrudur ki, onlara işgəncə verib Azərbaycanın əleyhinə danışdırırlar?

  • Azər Həsrət: “Həqiqətən də Ermənistan hökuməti istəyir ki, həmin şəxslərdən Azərbaycanın əleyhinə ifadələr alsın”

Siyasi şəhrçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısının İspaniyanın “El Pais" qəzetinə müsahibəsinə tam olaraq baxıb. “Əlbəttə ki, cənab Prezident bir çox məsələlər haqqında suallara yetərincə təmkinli, yetərincə ustadcasına cavab verdi. Şübhəsiz ki, bütövlükdə bu, dünyada səs gətirəcək bir müsahibədir. Bu müsahibədə Prezidentin bu məsələyə toxunması və Azərbaycanın Ermənistana qaytardığı şəxslərin  öz ölkələrində həbs edilməsi, hər cür ağır işgəncələrə məruz qaldığını vurğulaması təsadüfi deyildi. Çünki həmin şəxslər Ermənistana qayıtdıqdan sonra orada onların həbs edilməsi və işgəncələrə məruz qalması yalan deyil,  bu danılmaz faktdır. Bu əsassız deyil. Çünki həqiqətən də Ermənistan hökuməti istəyir ki, həmin şəxslərdən Azərbaycanın əleyhinə ifadələr alsın. Amma görsənir ki, o hərbçilər də Ermənistana rəsmi şəkildə bəyan ediblər ki, bizi sadəcə tutub aparıb saxladılar, yedirib-içirdilər, ac-sussuz qoymadılar, soyuqda saxlamadılar, işgəncə vermədilər, indi də öz ölkəmizə qaytarıblar. Bu da ermənilərə təəccüblü gəlir. Çünki ermənilər, bir qayda olaraq, azərbaycanlıları əsir götürəndə onlara çox dəhşətli, ağır işgəncələr veriblər. Belə faktlar kifayət qədərdir. Bu halda onlar düşünürlər ki, biz azərbaycanlılara işgəncə vermişiksə onlar da işgəncə verməmiş olmazlar. Ona görə də öz əsgərlərindən Azərbaycana qarşı ifadələr qoparmaq istəyirlər, onlar da bu şəkildə yalan ifadə vermək istəmirlər”.

A.Həsrət hesab edir ki, bundan sonra Azərbaycanda saxlanılan ermənilərin Ermənistana qaytarılması prosesini dayandırmaq lazımdır. “Amma eyni zamanda Azərbaycan onları əbədi saxlamaq fikrində deyil. Onların bəziləri məhkəmə yolu ilə həbs olunub, bəzilərinin də məsələsi müzakirə olunur. Əgər Azərbaycan buradakı erməniləri geri göndərmək istəsə, onları Ermənistana deyil, üçüncü ölkəyə göndərməlidir. Çünki Ermənistan onlara işgəncə tətbiq edə bilər, necə ki, o birilərinə qarşı edir. Həmin şəxsləri xoş məram nümayiş etdirərək üçüncü ölkəyə göndərməlidir. Burda saxlanan erməni hərbçilərinə seçim tanınmalıdır ki, hansı ölkəyə getmək istəyirsiniz. Həmin adamları ABŞ-a, Almaniyaya, Fransaya, başqa ölkələrə göndərmək lazımdır. Yəni onların birbaşa Ermənistana təhvil verilməsini dayandırmaq lazımdır. Dünya görəcək ki, Azərbaycan onları əbədi saxlamaq fikrində deyil, digər tərəfdən də həmin adamların canı Ermənistana gedib orada işgəncələrə məruz qalmaq ehtimalından qurtaracaq. Ondan sonra həmin şəxslər istəyərlərsə, üçüncü ölkədən Ermənistana qayıda bilərlər. Təbii ki, Azərbaycan da buna qarışan deyil”- deyə A.Həsrət vurğuladı.

  • Şakir Ağayev: “Prezident İlham Əliyev Ermənistanı bir qeyri-humanist ölkə kimi ifşa etdi”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev isə bizimlə söhbətində qeyd etdi ki, ölkə başçısı müsahibəsində Ermənistana qaytarılan hərbçilərin öz ölkələrinə qayıtdıqdan sonra başlarına gələn faciələri, yaşadıqları işgəncələri bütün dünyaya çatdırdı. “Prezident İlham Əliyev Ermənistanı bir qeyri-humanist ölkə kimi ifşa etdi və bu barədə danışmaqla göstərdi ki, bu ölkə yalnız özünü sözdə humanist kimi qələmə verməyə cəhd edə bilər, mahiyyətcə isə bu prinsipdən çox-çox uzaqdır. Təbii ki, cənab Prezidentin də vurğuladığı kimi, onlar hərbi əsir deyil, terrorçudurlar, onları ermənilər “hərbi əsir” adlandırır. Onlar müharibə bitdikdən sonra Azərbaycan ərazisinə daxil olub burada təxribatlar törədiblər, bir qismi isə 16 noyabr sərhəd təxribatı zamanı saxlanıb və həbs edilib. Azərbaycan dövləti humanistlik edərək onların xeyli bir qismini Ermənistana qaytarıb. Cənab Prezident beynəlxalq təşkilatların da diqqətinə çatdırdı ki, bizim humanistlik edib Ermənistana qaytardığımız diversantları, terrorçuları elə bu ölkənin özü işgəncələrə məruz qoyur və məqsəd də onlardan şiddət, təzyiq hesabına aldıqları ifadələri beynəlxalq aləmdə ictimailəşdirməkdir ki, Azərbaycanı qeyri-humanist dövlət kimi qələmə verməyə çalışsınlar. Amma Prezident bu faktı beynəlxalq aləmə çatdırmaqla Ermənistanın qeyri-humanist dövlət olduğunu sübut etdi. Sübut etdi ki, Azərbaycanın humanistlik edib geri qaytardığı hərbçiləri Ermənistan qeyri-humanistlik edərək həbs edir, işgəncələrə məruz qoyur. Əlbəttə, Ermənistan bu faktları ciddi-cəhdlə beynəlxalq aləmdən gizlətməyə çalışır, amma bunu uzun müddət davam etdirə bilməyəcək”.

Ş.Ağayevin sözlərinə görə, hazırda Ermənistan beynəlxalq aləmdə qondarma “hərbi əsir” məsələsi ilə özünü biabır edir. Ş.Ağayev hesab edir ki, Prezident bu müsahibəsində həm də Ermənistan cəmiyyətinə bir mesaj ünvanlamış olub. “Prezident Ermənistan cəmiyyətinə də bir mesaj verdi ki, biz humanistlik edib sizin cinayətkar övladlarınızı, qohumlarınızı əfv edirik, amma öz ölkənizdə onları ağır işgəncələrə, zülmlərə məruz qoyurlar, hakimiyyət öz günahlarını bu insanların üzərinə atmaq istəyir. İstisna deyil ki, Ermənistan hakimiyyətinin o hərbçiləri həbs edib işgəncələrə məruz qoymaqda məqsədi Azərbaycan əleyhinə saxta ifadələr alıb onu dünyaya yaymaqdır ki, Azərbaycan onlara qarşı guya işgəncələr edib. Belə bir versiya da istisna deyil. Amma inanmıram ki, bu effekt verə bilər. O da istisna deyil ki, Azərbaycan Prezidentinin bu mesajlarından sonra həm beynəlxalq aləmdə, həm də Ermənistanın daxilində bu ölkəyə qarşı narazılıqlar artacaq. Avropa Birliyinin tədbirlərində humanizmdən danişan Ermənistan hökuməti qeyri humanistlik nümayiş etdirir. Bu əməlləri isə Ermənistanı ifşa edir”- deyə Ş.Ağayev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ