şənbə günü, 14 noyabr 2026
     

İrəvan Ankaranın da şərtlərini qəbul etdi

Image


“Azərbaycanla razılaşmanı qiymətləndirməmək mümkün deyil. Bu mühüm razılıqdır və ümid edirəm ki, biz onu dəqiqliklə gerçəkləşdirəcəyik. Bu, bölgədə iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir”. Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə diqqəti bu məsələnin həllinə yönəltmək lazımdır. Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə həmçinin ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunduğunu da vurğulayıb: “Türkiyə ilə sərhədlər və kommunikasiyaların açılması razılığı əldə olunduğu təqdirdə Gümrü-Qars dəmir yolunun işə salınması da mümkündür”. Beləliklə, Ermənistan və Türkiyə arasında da münasibətlərdə mühüm mərhələ başlanır. “Habertürk” qəzeti yazır ki, Türkiyə və Ermənistan ikitərəfli münasibətlər qurmaq üçün ilk addımları gələn il yanvarın 20-nə qədər atacaqlar. Bildirilir ki, Ankarada Ermənistanla münasibətlərin qurulması məsələləri ilə məşğul olacaq işçi qrupun 2022-ci il yanvarın 20-nə qədər formalaşacağı gözlənilir. Artıq Türkiyə Ermənistanla munasibətlərin normallaşdırılması prosesində xüsusi təmsilçisinin adını açıqlayıb. Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç ölkənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib. “Habertürk” qəzetinin yazarı Çetiner Çetin bildirir ki, onun Irəvanda söhbətləşdiyi rəsmilər baş nazir Nikol Paşinyanın hökumətinin Türkiyə ilə heç bir ilkin şərt irəli sürmədən münasibətləri inkişaf etdirmək istədiyini deyirlər. Məlumata görə, 2022-ci il yanvarın 15-dən başlayaraq işçi qrup və katiblik formalaşacaq, bu katiblik birbaşa Paşinyanla işləyəcək: “İrəvan yanvarın 20-dən etibarən irəli getməyi istəyir. Mənim müşahidələrimə görə, Ankara da bu məsələyə müsbət yanaşır. İndi hər şey yolunda getsə, ilk növbədə çarter reysləri başlayacaq. Başqa sözlə, Ermənistan gələn ilin martından etibarən təmiz hava udacaq. Azərbaycan-Türkiyə-Naxçıvan dəhlizinin açılması da danışıqlar masasının əsas gündəmini təşkil edir. Ankara bu dəhlizin təxminən may-iyun aylarında açılmasını istəyir. Üçüncü mərhələ isə iqtisadi münasibətlərdir. Bu məsələdə hadisələrin iyul ayından başlayaraq inkişaf edəcəyi gözlənilir”.

Baş verənlərlə bağlı “aljazeera.com” saytı "Türkiyə ilə Ermənistan arasında soyuq münasibətlər əriyirmi?" başlıqlı məqaləsində yazır ki, qarşılıqlı əlaqələrdə bütün problemlərə baxmayaraq, iki ölkənin yaxınlaşması üçün müəyyən zəmin yaranıb: “Ermənistanın iqtisadi təcridi aradan qaldırmağa çalışdığı və Türkiyənin regional iqtisadi güc kimi zəifləməsinə qarşı mübarizə apardığı bir vaxtda "köhnə düşmənçiliyin" əriməsi üçün stimullar yaranıb. Bu, 1993-cü ildən bəri diplomatik əlaqələri kəsilən ölkələr arasında ilk yaxınlaşma cəhdi deyil. 2009-cu ildə Sürixdə görüşən Türkiyə və Ermənistan xarici işlər nazirləri hətta diplomatik əlaqələrin qurulması haqqında protokollara da imza atdılar. Lakin əlaqələrin normallaşması prosesini başa çatdırmaq mümkün olmadı. İndi bu proses üçün müəyyən siyasi mühitin yaranması barədə kövrək əlamətlər nəzərə çarpır. Belə ki, uzun müddət ərzində Azərbaycanı dəstəkləyən Türkiyənin Ermənistana dair siyasəti məhdud olub. Lakin İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli razılaşma bu vəziyyəti dəyişib. 1990-cı illərin əvvəllərində münasibətlərə ən böyük maneələrdən biri Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın Ankara ilə İrəvan arasında hər hansı yaxınlaşmaya sərt müqaviməti idi. Ermənistanın məğlubiyyətindən sonra status-kvo dəyişib, Azərbaycan artıq etiraz etmir. Türkiyə Tətbiqi Araşdırmalar Mərkəzinin elmi işçisi Darya İsaçenko da məsələyə bu prizmadan yanaşır. D.İsaçenko hesab edir ki, İrəvanın münasibətləri normallaşdırmağa hazır olması ilə bağlı açıqlamaları onun başqa çarəsi qalmadığının təzahürü ola bilər.

Nikol Paşinyan isə qonşularla düşmənçiliyin aradan qaldırılmasının Ermənistan hökumətin 5 illik proqramında da qeyd olunduğunu deyib: "Qonşu ölkələrlə münasibətləri dərinləşdirmək və ya normallaşdırmaq hökumətin xarici siyasətinin vacib istiqamətlərindən birinə çevriləcək. Artan düşmənçilik bölgənin sabitliyi və təhlükəsizliyi üçün təhdid yaradır. Düşmənçiliyə qalib gəlmək regional xarici siyasətin əsasını təşkil edə bilər". İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan isə deyir ki, indiyə kimi üzdə olanlar yalnız pozitiv ifadələrin mübadiləsidir: "Yerlərdə gördüyümüz yeganə şey odur ki, Ermənistan Türk Hava Yollarına birbaşa Ermənistan üzərindən Bakıya uçmağa icazə verib. Bu, Türkiyə hava məkanının Ermənistan uçuşları üçün bağlı qalması baxımından əhəmiyyətli bir hərəkətdir". O, sərhədlərin bir neçə ilə açılacağını gözlədiyini deyir. Mediada belə bir fikrə də rast gəlmək olar ki, Ermənistanın Türkiyə ilə yaxınlaşmaq cəhdi İrəvanın Ankara üzərindən Qərbə çıxış tapmaq istəyilə izah olunur. Politoloq Binyamin Matevosyan bu xüsusda bildirir: "Paradoksdur, amma Paşinyan və onun komandası Türkiyəni Avropaya açılan pəncərə kimi görür. Məhz buna görə, müharibədən dərhal sonra Paşinyanın komandasının aparıcı simaları Türkiyə ilə əməkdaşlığın qurulması və "qalib tərəflə dialoqun" zərurəti barədə danışırdılar". O, Ermənistan-Türkiyə barışmasının Moskva üçün yüksək siyasi risqləri olduğunu da qeyd edir: "İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlanarsa, Rusiya ordusunun Qarabağda və Ermənistanda olması üçün heç bir rəsmi əsas qalmayacaq. Nəticə olaraq, nə 102-ci baza, nə də sülhməramlılar lazımdır". Lakin belə görünür ki, son Qarabağ müharibəsindən sonra Ermənistan cəmiyyətində Türkiyə və Azərbaycanla əməkdaşlıq olduqca həssas bir mövzu olaraq qalır. Bir çox siyasi bəyanatlarda Ermənistanla Türkiyənin mümkün yaxınlaşması "milli dəyərlərə" xəyanət kimi qəbul olunur. Digər tərəfdən, bu addımın uzunmüddətli sülhə yol açacağı da qeyd olunur”.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan isə qeyd edir: “Olduqca aydındır ki, Türkiyə və Azərbaycan bu gün zəifləmiş Ermənistandan və onların maraqlarına xidmət edən hakimiyyətdən hər şeyi qoparmaq istəyir”. Onun sözlərinə görə, bu təhlükəli tendensiya sonda Ermənistan dövlətçiliyinin tam məhvinə aparacaq. Minasyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına toxunaraq deyib: “Aydındır ki, bu bizim milli məqsədlərimizə xidmət etməyəcək”.
Erməni deputat vurğulayıb ki, Ermənistan razılaşmaqla Türkiyənin Qarabağ məsələsinin bağlanması ilə bağlı ilkin şərtini qəbul edir.

Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ