şənbə günü, 14 noyabr 2026
     

Brüssel razılaşmaları Ermənistanda revanşistləri mat vəziyyətinə saldı

Image


Brüsseldə Prezident İlham Əliyevin keçirdiyi görüşlər bir çox parametrlər baxımından tarixi əhəmiyyətə malikdir. Xüsusən də Azərbaycan dövlət başçısının Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü, əldə edilən razılıqlar ölkəmiz üçün olduqca böyük önəmə malikdir. Bunu Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitində çıxışı zamanı da qeyd edib.

Bu çıxışdan məlum olur ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında müzakirələr 5 saata yaxın davam edib və konstruktiv mühitdə keçib. Çıxışında Prezident İlham Əliyev regional məsələləri daim gündəliyində saxladığına, bu proseslərə verdiyi töhfəyə və dəstəyə görə Avropa İttifaqı Şurasının prezidentinə təşəkkürünü bildirib. O, Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına verdiyi töhfəni vurğulayıb. Həmçinin Şarl Mişelin təşəbbüsü ilə aparılan bu danışıqların çox praktiki olduğunu və təfsilatlı xarakter daşıdığını, burada Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olunduğunu, nəticə etibarilə səmərəli və praqmatik keçdiyini diqqətə çatdırıb. Beləliklə, səslənən fikirlərdən bəlli olur ki, Azərbaycan Ermənistanla sərhədləri müəyyən etmə, regionda kommunikasiya xətlərini bərpa prosesinə başlayır. Bu da sonda sülh müqaviləsinin imzalanması üçün mühüm xarakterə malikdir. Məhz bunlar fonunda Ermənistada revanşist qüvvələrin ciddi narahatlığı müşahidə edilir. Sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokunun üzvü Armen Gevorqyan bu xüsusda qeyd edir: “Beləliklə çox şey son dərəcə aydın oldu. Bunun üçün Brüsselə çatmaq lazım idi. Əgər kommunikasiya məsələsinin həlli tərəflərdən heç olmasa biri üçün iqtisadi fayda gətirməzsə, onlar yalnız siyasi əhəmiyyət qazanacaq. Erməni tərəfi nəzərdən keçirilən Arazdəyən-Ordubad-Mehri-Bakı-Rusiya dəmir yolu layihəsini Rusiyaya əlverişli tranzit kontekstində deyil, İran dəmir yoluna çıxış əldə etmək baxımından tez-tez xatırlatmağa başlayıb. Biz başa düşməliyik ki, Qarabağ probleminin həll edilməməsi və İranla yeni, özümüzə aid və daha optimal kommunikasiya yollarının (dəmir yolu, yeni yüksək sürətli magistral yollar və sair) olmaması ilə biz yenə də özümüzü mövcud vəziyyətdən asılı duruma salırıq. “Dəhliz əvəzinə dəhliz” düsturu öz mahiyyəti və mənşə xüsusiyyətinə görə qəbuledilməzdir. Dəhliz məsələsi artıq Ermənistanın ərazi bütövlüyü və suverenliyinin mövzusudur. Bu gün reallıq ondan ibarətdir ki, Qarabağ məsələsinin gələcək həlli artıq Ermənistan hakimiyyətinin səlahiyyətində deyil, bütün əsas resurslar indi Rusiyanın əlində cəmlənib. Tezliklə biz Azərbaycanın dövlətlərarası sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı şərtlərini də öyrənə biləcəyik. Belə çıxır ki, biz Azərbaycanın istəklərinə uyğun olaraq bir sıra əraziləri verməli olacağıq. Mümkün yeni müharibə haqqında onu deyə bilərəm ki, bu mövzu yalnız qarşıdan gələn potensial itkilərə və güzəştlərə haqq qazandırmaq üçündür. İndi müharibə Ermənistandan başqa Rusiya üçün də sərfəli deyil. Rusiya üçün yeni müharibə ikitərəfli münasibətlər və KTMT çərçivəsində müttəfiqlik öhdəliklərinin qaçılmaz şəkildə yerinə yetirilməsi deməkdir. Yeni müharibə Rusiyanın həm Azərbaycan üçün arbitr statusunu, həm inteqrasiya layihələrində iştirak perspektivlərini, həm də Ermənistanla müttəfiqliyini itirməsinə gətirib çıxaracaq. Öhdəliklərin yerinə yetirilməməsi baxımından uğursuzluq anti-Rusiya əhval-ruhiyyəsinin kəskin artması ilə nəticələnəcək. Eyni zamanda, qazla bağlı heç bir problem olmayacaq, çünki onu artıq Azərbaycan verəcək! Ermənilər türklərlə intensiv ticarət əlaqələri aparacaq, ucuz benzin idxal edəcək, türk pomidoru, naringi yeyəcəklər. Bizə neft və qazın tranzitindən çoxlu pul vəd ediləcək. Və çox güman ki, bu perspektiv ölkəmizin vətəndaşlarının da xoşuna gələcək və onlar yaxın gələcəkdə küçə tacirindən vətənpərvərə çevrilməyəcəklər. Onların bir çoxu müstəqil dövlətdə yaşayıb-yaşamayacaqlarına əhəmiyyət vermir və buna görə də şüuraltı şəkildə seçkilərdə öz müvəqqəti rifah perspektivinə səs verir. Ermənilərin böyük əksəriyyəti evdə oturub arzuladıqları liderin zühurunu gözləyir. O lider isə hələ də görünmür. Çünki o hər kəs üçün çox fərqlidir”. Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan da “facebook” səhifəsində hakimiyyətdən narazılıq edib: “Məgər qoşunu qurban verdikdən dərhal sonra türklə pul qazanmağı düşünən vətənsiz hakimiyyət öz xalqına layiqdir? Türk o qədər də ağılsız deyil ki, erməninin kapitulyasiya edilmiş vəziyyətdə pul qazanmasına və dövləti saxlamasına imkan versin. Pul qazananlar yalnız Nikolun “Vətəndaş Müqaviləsi” Partiyasının dar çərçivəsinin sui-qəsdçiləri olacaqlar ki, növbəti addımda Ermənistan və Qarabağı ermənilərdən boşaltmaq üçün türklərə kömək etsinlər”.

Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov da eyni mövqeni sərgiləyir. O, Nikol Paşinyana xitabən bildirir: “Kapitulyant, daxili auditoriyanın hissləri üzərində oynamağın yetər. 2020-ci il noyabrın 9-da, 2021-ci il yanvarın 11-də və noyabrın 26-da ermənilərin marağını müdafiə etsəydin, yaxşı olardın. Hər şeyi təhvil verməyə razı olmusan, indi nə gəlib populizm oynayırsan? Əsl həyatda İlham Əliyevi konstruktiv adlandırırsan, sosial şəbəkələrdə isə “qorxaq” görünməyə çalışırsan? Ermənistan və Qarabağın marağını “facebook”da müdafiə etmirlər, real həyatda müdafiə edirlər”.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ