şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan səfirinin saxta erməni propoqandasını ifşa edən müsahibəsi İtaliya mətbuatında…

Image


Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın nüfuzlu Il Giornale qəzetinin İnsideover analtik-informasiya portalının baş redaktoru Matteo Karnielettoya geniş müsahibəsi dərc olunub.

Müsahibəsində diplomat erməni tərəfinin beynəlxalq ictimaiyyəti aldatmağa və ictimai rəy üzərində manipulyasiya etməyə yönələn dezinformasiya xarakterli, saxtakarlıqlara əsaslanan propaqandasını ifşa edərək bölgədəki son vəziyyətlə bağlı həqiqətlər barədə italyan oxuculara geniş məlumat verib. Müsahibənin tərcüməsini qısa ixtisarla təqdim edirik:

- Münaqişə bitib və fəal sülh danışıqları davam etməkdədir. Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşma regionun hamı tərəfindən qəbul edilən yeni düzəninə gətirib çıxarıb. Bununla belə, mübahisələr səngimək bilmir. Buna səbəb nədir?

- Əvvəla bildirmək istərdim ki, Azərbaycan ərazisinin iyirmi faizini otuz ilə yaxın müddət ərzində işğal altında saxlamış, bir milyondan çox azərbaycanlını öz yurd-yuvasından didərgin salaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur etmiş, azərbaycanlılara qarşı etnik təmizləmə törətmiş, işğal zamanı Azərbaycan ərazilərini tamamilə dağıtmış və talan etmiş Emənistan kimi bir ölkənin hələ də beynəlxalq ictimaiyyəti aldatmağa cəsarət etməsi inanılmazdır. Erməni tərəfi bunu Azərbaycanın möhkəm dostluq və strateji tərəfdaşlıq əlaqələrinə malik olduğu, siyasi, iqtisadi və mədəni sahələrdə mükəmməl əməkdaşlığa malik olduğu İtaliya kimi ölkədə də etməyə çalışır. Qeyd edək ki, bəzi hallarda Ermənistanın, xüsusən də erməni revanşist ekstremist qüvvələrin Azərbaycanla və bölgədəki mövcud vəziyyətlə bağlı yaydığı dezinformasiya və saxtakarlıqlara inananlara rast gəlinir. Bu ekstremist qüvvələr erməni xalqının gələcəyini və maraqlarını düşünmək iqtidarında deyillər. Məhz bu qüvvələr 1980-ci illərin sonlarında Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək Ermənistanı müharibəyə sürüklədilər. Bu müharibə Ermənistana və bütün regiona faciədən başqa heç nə gətirmədi. Qonşularına qarşı apardığı siyasətə görə regional inkişaf proseslərindən kənarda qalan Ermənistan dünyanın ən yoxsul və geridə qalmış ölkələrindən birinə çevrildi. Bu ekstremist qüvvələr ötən il Azərbaycanın yeni ərazilərini zəbt etmək üçün Ermənistanı yeni müharibəyə sövq etdilər və bu müharibə 30 ilə yaxın işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi ilə başa çatdı.

- Amma bu keçmişdə qalan məsələlərdir. İndi nə etmək niyyətindəsiz?

- Münaqişə bitib və biz gələcəyə baxmalıyıq. Bu yeni reallıqların yaratdığı imkanlar Ermənistanı inkişaf yoluna çıxara bilər. Təəssüflər olsun ki, indiki vəziyyətdə belə erməni ekstremist qüvvələr Ermənistanı yeni faciələrə sürükləməyə çalışırlar.

- Dezinformasiyadan danışdınız. Sizcə mübaliğə etmirsiniz?

- Qətiyyən yox: müxtəlif ölkələrdə, o cümlədən İtaliyada səslənən bəzi fikirlərin erməni propaqandasının təsiri altında olması aşkardır, lakin həmin fikirləri səsləndirənlərin regionumuzda baş verən proseslərdən nə qədər xəbərsiz olduqları təəccüb doğurur. İnformasiya mənbələrinə geniş çıxışın olduğu bir dövrdə həqiqəti dərk etmək üçün çox səy göstərməyə ehtiyac yoxdur. Obyektiv və qərəzsiz olmaq üçün regionumuzda baş verən son hadisələrdən, eləcə də Ermənistan rəhbərliyinin idə qatıldığı son görüşlərdən asanlıqla xəbərdar olmaq mümkündür. Lakin başqa bir sual doğrudan da həqiqəti öyrənmək istəyinin olub-olmamasıdır.

- Bununla belə, çoxları hesab edir ki, Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminə əməl olunmaması və Azərbaycan qoşunlarının Ermənistan ərazisinə daxil olması səbəbindən gərginlik yüksək olaraq qalır...

- Əvvəla vurğulamaq istərdim ki, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur. Azərbaycan Prezidentinin bu il 7 iyul tarixli sərəncamı ilə keçmiş işğal olunmuş ərazilərdə iki iqtisadi rayon yaradılıb: Qarabağ və Şərqi Zəngəzur. Ona görə də vacibdir ki, beynəlxalq ictimaiyyət hüquqi cəhətdən mövcud olmayan və manipulyasiya xarakterli terminlərdən istifadə edərək ərazilərimizə istinad etməsin. Qarabağ iqtisadi rayonunun erməni əsilli Azərbaycan vətəndaşlarının yaşadığı hissəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Həmin bəyanatda Ermənistan silahlı qüvvələrinin oradan çıxarılması ilə paralel olaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin həmin ərazilərə yerləşdiriləcəyi də nəzərdə tutulur. Lakin Ermənistanın bu şərtə əməl etməməsi və erməni qüvvələrinin hələ də qanunsuz olaraq həmin ərazilərdə qalması gərginliyin əsas səbəblərindən biridir.

- Son gərginliklərin ardınca noyabrın 26-da Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Nəticədə Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi və gücləndirilməsi naminə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının daha da ardıcıl şəkildə həyata keçirilməsi və onlara ciddi riayət edilməsi öhdəliyini bir daha təsdiqləyən, hər iki bəyanatdan irəli gələn həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə birgə bəyanat verilib. Bu gün vəziyyət necədir?

- 26 noyabr Bəyanatı ilə üç lider Azərbaycan və Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı, Azərbaycan Respublikası və Ermənistan Respublikasının dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. Həmin Bəyanatda, habelə 11 yanvar 2021-ci il tarixli Bəyanata uyğun olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikası baş nazirlərinin müavinilərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavinin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirilib, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Bu xüsusda, dekabrın 10-da Moskvada Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində “3+3” formatında əməkdaşlıq platformasının ilk iclasının keçirildiyini vurğulamaq da faydalı olardı. Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi və regionun altı ölkəsinin (Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə, Gürcüstan) cəlb olunduğu iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərinə həsr edilmiş iclasın keçirilməsi regionda davamlı sülhün təmin edilməsi məqsədi ilə müharibənin başa çatmasından dərhal sonra Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüsdür.

- Lakin son müharibə ilə bölgədəki tarazlıq dəyişib. Ankaranın dəstəyi ilə güc tətbiq edərək Bakının Ermənistan Respublikasının suveren və beynəlxalq səviyyədə tanınmış ərazisi vasitəsilə iki ölkəni birləşdirən ekstraterritorial “dəhliz” yaratmaqla hədələdiyini iddia edənlər də var.

- Həm hər üç üçtərəfli bəyanatın şərtləri, həm də dekabrın 10-da Moskvada keçirilmiş görüş nəqliyyat dəhlizlərinin açılması ilə bağlı spekulyasiya etmək istəyənlər üçün tutarlı cavabdır. Buradan belə nəticəyə gəlmək olar ki, ya sənədləri imzalayan və danışıqlarda iştirak edən Ermənistan hakimiyyəti nəqliyyat dəhlizlərinin açılması ilə bağlı həqiqətləri öz vətəndaşları və beynəlxalq ictimaiyyətdən gizlədərək onları aldadır və ya bu dəhlizlərə ehtiyacı olan, dərin iqtisadi və sosial çətinliklər içində boğulan Ermənistandakı revanşist qüvvələr nəqliyyat dəhlizlərinin açılmasını istəmirlər. Çünki bu qüvvələr yaxşı bilirlər ki, regionda nəqliyyat dəhlizlərinin açılması Ermənistana iqtisadi səmərə gətirməklə yanaşı, regionda müharibə riskini də sıfıra endirəcəkdir ki, bu da həmin qüvvələrin gündəliyinə və maraqlarına ziddir. Əslində bu qüvvələr ancaq ölkəni müharibə təhlükəsi altında saxlamaqla onlara ehtiyac olduğunu göstərirlər.

- Erməni məhbuslarına dair vəziyyət aydındır. Bəs azərbaycanlılarla bağlı vəziyyət nə yerdədir?

- Təəssüf ki, Ermənistan tərəfi birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusu tərəfindən əsir götürülmüş, əksəriyyəti mülki şəxslər olan 4000-ə yaxın azərbaycanlı haqqında məlumat vermir. Bundan əlavə, qeyd etmək istərdim ki, regionda sülhə əsas təhlükə işğal zamanı Ermənistan tərəfindən Azərbaycan ərazilərində bir milyondan artıq mina yerləşdirilməsidir. Böyük təəssüflə qeyd edirəm ki, 2020-ci il noyabrın 10-da müharibə başa çatdıqdan sonra Ermənistan tərəfindən yerləşdirilmiş minalar işğaldan azad edilmiş ərazilərdə 190-dan çox azərbaycanlının (mülki və hərbçilərin) ölümünə səbəb olub. Bütün bunları söyləyərək, biz hər kəsdən, o cümlədən Ermənistan tərəfini dəstəkləyənlərdən Azərbaycanın humanist addımlarını qiymətləndirmələrini, habelə 4000-ə yaxın itkin düşmüş azərbaycanlı haqqında məlumatların, eləcə də minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təqdim edilməsi üçün İrəvana təzyiq göstərmələrini gözləyirik.

- Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanı müharibə əsirlərinin hüquqlarını təmin etməyə, erməni əhalisinə qarşı irqi nifrətin qızışdırılmasının qarşısını almağa, erməni tarixi və mədəni irsinə vandalizmi pisləməyə çağıran qərar çıxarıb. Güclü ittihamdır...

- Erməni tərəfi bu məsələdə də ictimai rəy üzərində manipulyasiya edərək ictimaiyyəti aldadır. Həqiqət ondan ibarətdir ki, 2021-ci il dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan ərazisində fəaliyyət göstərən, o cümlədən azərbaycanlıları hədəfə alan şəxslər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq edilməsini qadağan edən müvəqqəti tədbirlər görülməsi barədə Azərbaycanın müraciətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistanı azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Azərbaycan ölkəmizin iddiaları ilə bağlı mahiyyəti üzrə qərar verilənə qədər Azərbaycanın hüquqlarına və azərbaycanlıların insan hüquqlarına bərpası mümkün olmayan zərər vurulmasının qarşısını almaq üçün vacib olan məhkəmə qərarını alqışlayıb. Biz Ermənistanı Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırırıq. Məhkəmənin Ermənistan tərəfindən tələb edilən müvəqqəti tədbirlərlə bağlı tələbinə gəldikdə qeyd olunur ki, Ermənistan tərəfinin bir sıra iddiaları, o cümlədən erməni əsilli şəxslərin azadlığa buraxılması ilə bağlı iddiaları Məhkəmə tərəfindən haqlı olaraq rədd edilib. Eyni zamanda, Azərbaycan beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərinə sadiq olduğunu, Məhkəmənin irqi ayrıseçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərinə əməl edəcəyini, habelə beynəlxalq hüquq normaları çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüququn pozulmasına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcəyini bəyan edib…



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ